CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət qurumlarının adından kiberdələduzluq halları aşkarlandı

© Sputnik / Murad OrujovEkranda virus xəbərdarlığı, arxiv şəkli
Ekranda virus xəbərdarlığı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.11.2023
Abunə olmaq
Vətəndaşlara reklam olunan kampaniyalara qarşı həssas davranmağı, alınan məlumatları dəqiqləşdirməyi və yalnız rəsmi səhifələrə etibar etməyi tövsiyə edilir.
BAKI, 13 noyabr — Sputnik. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi dövlət qurumlarının adından kiberdələduzluq halları ilə bağlı xəbərdarlıq edib.
Xəbərdarlıqda deyilir ki, dələduzlar hxxps://asanodeme.info/kommunal, hxxps://asan-cerime.net, hxxps://asan-cerime.biz və hxxp://asan-cerime.com saytları yaradıb.
"Belə ki, kommunal xidmətlərin və yaxud cərimələrin xüsusi endirimlər və bonuslarla ödənilməsi adı altında yaradılan, sosial şəbəkələr vasitəsi ilə reklam olunaraq vətəndaşların marağını cəlb edən belə saytlar vətəndaşları aldatmaqla, onları saxta ödəniş səhifələrinə yönləndirir və kart məlumatlarını ələ keçirərək vəsaitlərini oğurlayır.
Belə kiberdələduzluq halları tərəfimizdən araşdırılmaqla və ölkə üzrə bloklanaraq vətəndaşların dələduzların qurbanına çevrilməsinin qarşısının alınması üzərində aktiv işlənilməklə yanaşı hər gün yenilənən saxta səhifələrlə mübarizədə vətəndaşları ayıq olmağa media nümayəndələrini isə vətəndaşları belə dələduzluq halları ilə bağlı maarifləndirmədə köməklik göstərməyə çağırırıq.
Vətəndaşlara reklam olunan kampaniyalara qarşı həssas davranmağı, alınan məlumatları dəqiqləşdirməyi və yalnız rəsmi səhifələrə etibar etməyi tövsiyə edirik!"-deyə açıqlamada qeyd olunub.
Xəbər lenti
0