https://sputnik.az/20231113/cenub-qaz-dehlizinin-ilk-yarimildeki-menfeeti-aciqlanib-460509157.html
"Cənub Qaz Dəhlizi"nin ilk yarımildəki mənfəəti açıqlanıb
"Cənub Qaz Dəhlizi"nin ilk yarımildəki mənfəəti açıqlanıb
Sputnik Azərbaycan
QSC-nin aktivləri 2023-ci ilin iyulun 1-nə 14,7 mlrd. dollar təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 7,3% çoxdur. 13.11.2023, Sputnik Azərbaycan
2023-11-13T21:41+0400
2023-11-13T21:41+0400
2023-11-13T21:41+0400
qaz
neft-qaz
"cənub qaz dəhlizi"
"cənub qaz dəhlizi" layihəsi
cənub qaz dəhlizi” layihəsi
socar
https://cdnn1.img.sputnik.az/img/07e7/05/04/454473655_0:97:3295:1950_1920x0_80_0_0_8848767d845e313b5294f9b751828431.jpg
BAKI, 13 noyabr — Sputnik. Cənub Qaz Dəhlizi (CQD) QSC bu ilin ilk yarısını 726,6 milyon dollar xalis mənfəətlə bitirib. Bu barədə Cənub Qaz Dəhlizi QSC məlumat yayıb. Məlumata görə, bu ilin yanvar-iyun aylarında ümumi gəlirlər 1,39 mlrd. dollar təşkil edib: Şirkətin 245,12 mln. satış xərcləri çıxıldıqdan sonra xalis gəlirləri 1,15 mlrd. dollar təşkil edib. CQD-nin əməliyyat mənfəəti 940,83 mln. dollar, maliyyə xərcləri 284,79 mln. dollar, vergi ödənilənədək mənfəəti 739,8 milyon dollar təşkil edib. Qeyd edək ki, 2022-ci ilin ilk yarımili üzrə şirkət mənfəət-zərər hesabatını açıqlamadığı üçün nəticələri ötən ilin eyni dövrü ilə müqayisə etmək mümkün deyil. QSC-nin aktivləri isə 2023-ci ilin iyulun 1-nə 14,7 mlrd. dollar təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 7,3% çoxdur. CQD-nin öhdəlikləri isə dövr üzrə 3,9% artaraq 938,24 mln. dollara bərabər olub. Bu il iyulun 1-nə "Cənub Qaz Dəhlizi"nin cəmi kapitalı 12,7% artaraq 6,43 mlrd. dollara yüksəlib. Səhmdar kapitalı isə ilin əvvəlindən dəyişməyərək 2,415 mlrd. dollar təşkil edib. Avropa bazarlarına Azərbaycan qazının çatdırılmasını təmin etmək üçün, Azərbaycan Prezidentinin 29 oktyabr 2013-cü il tarixində Şahdəniz qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi ("SD2"), Cənubi Qafqaz Boru Kəməri sisteminin genişləndirilməsi ("SCPX"), Trans-Anadolu Boru Kəməri ("TANAP") və Trans-Adriatik Boru Kəməri ("TAP") layihələrinin (birlikdə "Layihələr") səmərəli şəkildə həyata keçirilməsi ilə bağlı dövlət tərəfindən nəzarət və hərtərəfli kömək göstərilməsini təmin etmək məqsədi ilə Dövlət Komissiyası yaradılması haqqında sərəncam imzalanıb. Prezident 25 fevral 2014-cü il tarixində Layihələr üzrə Dövlətə məxsus payların konsolidasiya edilməsi, idarə olunması və maliyyələşdirilməsi məqsədilə "Cənub Qaz Dəhlizi" QSC-nin yaradılması haqqında sərəncam imzalayıb. CQD Dövlət (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) (51%) və SOCAR-ın (49%) təsisçiliyi ilə 31 mart 2014-cü il tarixində yaradılıb. Yuxarıda qeyd olunan sərəncama uyğun olaraq, SOCAR-ın Layihələr üzrə bütün iştirak payları CQD-yə ötürülüb və bu payların maliyyələşdirilməsi CQD tərəfindən həyata keçirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/05/04/454473655_283:0:3012:2047_1920x0_80_0_0_287fdc8e0f51b85b47f3a8a3ad1014d6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qaz, "cənub qaz dəhlizi", "cənub qaz dəhlizi" layihəsi, cənub qaz dəhlizi” layihəsi, socar
qaz, "cənub qaz dəhlizi", "cənub qaz dəhlizi" layihəsi, cənub qaz dəhlizi” layihəsi, socar
"Cənub Qaz Dəhlizi"nin ilk yarımildəki mənfəəti açıqlanıb
QSC-nin aktivləri 2023-ci ilin iyulun 1-nə 14,7 mlrd. dollar təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 7,3% çoxdur.
BAKI, 13 noyabr — Sputnik. Cənub Qaz Dəhlizi (CQD) QSC bu ilin ilk yarısını 726,6 milyon dollar xalis mənfəətlə bitirib.
Bu barədə Cənub Qaz Dəhlizi QSC məlumat yayıb.
Məlumata görə, bu ilin yanvar-iyun aylarında ümumi gəlirlər 1,39 mlrd. dollar təşkil edib: Şirkətin 245,12 mln. satış xərcləri çıxıldıqdan sonra xalis gəlirləri 1,15 mlrd. dollar təşkil edib.
CQD-nin əməliyyat mənfəəti 940,83 mln. dollar, maliyyə xərcləri 284,79 mln. dollar, vergi ödənilənədək mənfəəti 739,8 milyon dollar təşkil edib. Qeyd edək ki, 2022-ci ilin ilk yarımili üzrə şirkət mənfəət-zərər hesabatını açıqlamadığı üçün nəticələri ötən ilin eyni dövrü ilə müqayisə etmək mümkün deyil.
QSC-nin aktivləri isə 2023-ci ilin iyulun 1-nə 14,7 mlrd. dollar təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 7,3% çoxdur. CQD-nin öhdəlikləri isə dövr üzrə 3,9% artaraq 938,24 mln. dollara bərabər olub.
Bu il iyulun 1-nə "Cənub Qaz Dəhlizi"nin cəmi kapitalı 12,7% artaraq 6,43 mlrd. dollara yüksəlib. Səhmdar kapitalı isə ilin əvvəlindən dəyişməyərək 2,415 mlrd. dollar təşkil edib.
Avropa bazarlarına Azərbaycan qazının çatdırılmasını təmin etmək üçün, Azərbaycan Prezidentinin 29 oktyabr 2013-cü il tarixində Şahdəniz qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi ("SD2"), Cənubi Qafqaz Boru Kəməri sisteminin genişləndirilməsi ("SCPX"), Trans-Anadolu Boru Kəməri ("TANAP") və Trans-Adriatik Boru Kəməri ("TAP") layihələrinin (birlikdə "Layihələr") səmərəli şəkildə həyata keçirilməsi ilə bağlı dövlət tərəfindən nəzarət və hərtərəfli kömək göstərilməsini təmin etmək məqsədi ilə Dövlət Komissiyası yaradılması haqqında sərəncam imzalanıb.
Prezident 25 fevral 2014-cü il tarixində Layihələr üzrə Dövlətə məxsus payların konsolidasiya edilməsi, idarə olunması və maliyyələşdirilməsi məqsədilə "Cənub Qaz Dəhlizi" QSC-nin yaradılması haqqında sərəncam imzalayıb. CQD Dövlət (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) (51%) və SOCAR-ın (49%) təsisçiliyi ilə 31 mart 2014-cü il tarixində yaradılıb.
Yuxarıda qeyd olunan sərəncama uyğun olaraq, SOCAR-ın Layihələr üzrə bütün iştirak payları CQD-yə ötürülüb və bu payların maliyyələşdirilməsi CQD tərəfindən həyata keçirilir.