Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Büdcədən vəsait istənilməsi və ayrılması təcrübəsindən uzaqlaşmalıyıq - Tahir Mirkişili

© Sputnik / Murad OrujovMilli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili  - Sputnik Azərbaycan, 1920, 13.11.2023
Abunə olmaq
Komitə sədri hesab edir ki, nəzarət yalnız xərclərə deyil, həm də gəlirlərin formalaşmasında hansı prinsiplərə əməl edildiyini əhatə etməlidir.
BAKI, 13 noyabr - Sputnik. "Azərbaycanda artıq büdcə təşkilatları üçün vərdiş halını almış bu və yaxud digər istiqamətlər üçün büdcə vəsaitinin istənilməsi və ayrılması təcrübəsindən tədricən uzaqlaşmaq, sosial-iqtisadi siyasətin məqsədlərinə çatmaq üçün maliyyə təminatının istənməsinə, ayrılmasına və icrasına nəzarətə nail olmaq lazımdır".
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.
"Büdcə planlaşmasında və icrasında hər il tətbiq olunan yenilikləri və təkmilləşmələri təqdirəlayiq hal hesab edirik. Büdcə dayanıqlılığının qorunub saxlanılmasını da iqtisadi siyasətdə mühüm uğur hesab edirik. Eyni zamanda, müasir texnologiyaların inkişafı, ölkəmizdə bunun hər sahədə tətbiqi bu sahədə yeni imkanlar yaradır" , - deyə o qeyd edib.
Komitə sədri hesab edir ki, nəzarət yalnız xərclərə deyil, həm də gəlirlərin formalaşmasında hansı prinsiplərə əməl edildiyini əhatə etməlidir.
Xatırladaq ki, Milli Məclisin plenar iclasında 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi başlayıb.
Deputatlar üç gün dalbadal - noyabrın 13-ü, 14-ü və 15-də büdcə zərfini müzakirə edəcəklər. İclasda Baş nazir Əli Əsədov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və digər hökimət üzvləri iştirak edirlər.
İclasın gündəliyinə ümumilikdə 14 məsələ daxil edilib.
Qanun layihəsinə görə, 2024-cü il dövlət büdcəsinin gəlirlərinin 34,1 milyard manat, xərclərinin isə 36,7 milyard manat təşkil edəcəyi gözlənilir.
Xəbər lenti
0