https://sputnik.az/20231113/bu-il-inflyasiya-109-faiz-teskil-edib---mikayil-cabbarov-460491394.html
Bu il inflyasiya 10.9 faiz təşkil edib - Mikayıl Cabbarov
Bu il inflyasiya 10.9 faiz təşkil edib - Mikayıl Cabbarov
Sputnik Azərbaycan
Nazir bildirib ki, qeyri-neft sektorunun bütün sahələrində artım qeydə alınıb və bu il ərzində qeyri-neft sektorunun ixracı 11 faiz artaraq 2.7 milyard manata... 13.11.2023, Sputnik Azərbaycan
2023-11-13T13:02+0400
2023-11-13T13:02+0400
2023-11-13T13:03+0400
mikayıl cabbarov
iqtisadiyyat
milli məclis
milli məclis
büdcə
büdcə müzakirələri
dövlət büdcəsi
inflyasiya
inflyasiya
https://cdnn1.img.sputnik.az/img/42252/97/422529716_0:0:2000:1125_1920x0_80_0_0_50de563da326d25439cd309fd23652dc.jpg
BAKI, 13 noyabr - Sputnik. "Cari ilin 9 ayında inflyasiya 10.9 faiz təşkil edib". Bunu Milli Məclisin bu gün keçirilən iclasında dövlət büdcəsinin müzakirəsi zaman iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Nazir bildirib ki, qeyri-neft sektorunun bütün sahələrində artım qeydə alınıb və bu il ərzində qeyri-neft sektorunun ixracı 11 faiz artaraq 2.7 milyard manata çatıb. O, qeyd edib ki, antiinflyasiya tədbirləri inflyasiya yavaşlamasına şərait yaradıb. Nəticədə 2023-cü ilin 9 ayında inflyasiya 10.9 faiz təşkil edib. M.Cabbarov vurğulayıb ki, hazırda Azərbaycanın qeyri-neft-qaz sektorunda strateji layihələr üzrə istiqamətlərin müəyyən edilməsi ilə bağlı işlər aparılır. “Əsas vəzifəmiz iqtisadiyyatda yüksək əlavə dəyər yaradan, başlıca olaraq özəl sektorda cəmləşmiş fəaliyyət sahələrində təşviq və yeni stiumullaşdırma alətlərinin geniş tətbiqini təmin etməkdir”, - deyə nazir əlavə edib. Xatırladaq ki, Milli Məclisin plenar iclasında 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi başlayıb. Deputatlar üç gün dalbadal - noyabrın 13-ü, 14-ü və 15-də büdcə zərfini müzakirə edəcəklər. 2024-cü il dövlət büdcəsinin gəlirlərinin 34,1 milyard manat, xərclərinin isə 36,7 milyard manat təşkil edəcəyi gözlənilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42252/97/422529716_167:0:1940:1330_1920x0_80_0_0_5bdb86a23bf12170b5d12377470e01b8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
mikayıl cabbarov, milli məclis, milli məclis, büdcə, büdcə müzakirələri, dövlət büdcəsi, inflyasiya, inflyasiya
mikayıl cabbarov, milli məclis, milli məclis, büdcə, büdcə müzakirələri, dövlət büdcəsi, inflyasiya, inflyasiya
Bu il inflyasiya 10.9 faiz təşkil edib - Mikayıl Cabbarov
13:02 13.11.2023 (Yenilənib: 13:03 13.11.2023) Nazir bildirib ki, qeyri-neft sektorunun bütün sahələrində artım qeydə alınıb və bu il ərzində qeyri-neft sektorunun ixracı 11 faiz artaraq 2.7 milyard manata çatıb.
BAKI, 13 noyabr - Sputnik. "Cari ilin 9 ayında inflyasiya 10.9 faiz təşkil edib".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında dövlət büdcəsinin müzakirəsi zaman iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, qeyri-neft sektorunun bütün sahələrində artım qeydə alınıb və bu il ərzində qeyri-neft sektorunun ixracı 11 faiz artaraq 2.7 milyard manata çatıb.
O, qeyd edib ki, antiinflyasiya tədbirləri inflyasiya yavaşlamasına şərait yaradıb. Nəticədə 2023-cü ilin 9 ayında inflyasiya 10.9 faiz təşkil edib.
M.Cabbarov vurğulayıb ki, hazırda Azərbaycanın qeyri-neft-qaz sektorunda strateji layihələr üzrə istiqamətlərin müəyyən edilməsi ilə bağlı işlər aparılır.
“Əsas vəzifəmiz iqtisadiyyatda yüksək əlavə dəyər yaradan, başlıca olaraq özəl sektorda cəmləşmiş fəaliyyət sahələrində təşviq və yeni stiumullaşdırma alətlərinin geniş tətbiqini təmin etməkdir”, - deyə nazir əlavə edib.
Xatırladaq ki, Milli Məclisin plenar iclasında 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi başlayıb. Deputatlar üç gün dalbadal - noyabrın 13-ü, 14-ü və 15-də büdcə zərfini müzakirə edəcəklər.
2024-cü il dövlət büdcəsinin gəlirlərinin 34,1 milyard manat, xərclərinin isə 36,7 milyard manat təşkil edəcəyi gözlənilir.