https://sputnik.az/20231113/aztelekom-dovlet-xidmetini-mehkemeye-verib-460496412.html
"Aztelekom" Dövlət Xidmətini məhkəməyə verib
"Aztelekom" Dövlət Xidmətini məhkəməyə verib
Sputnik Azərbaycan
Dövlət Xidmətinin "Aztelekom"a qarşı 24.06.2023-cü il tarixli qərarı və göstərişi məhkəmə qaydasında mübahisələndirilib. 13.11.2023, Sputnik Azərbaycan
2023-11-13T16:22+0400
2023-11-13T16:22+0400
2023-11-13T16:22+0400
aztelekom
cəmiyyət
məhkəmə
məhkəmə
iqtisadiyyat nazirliyi yanında antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidməti
antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidməti
https://cdnn1.img.sputnik.az/img/07e5/09/03/427843448_0:162:3073:1890_1920x0_80_0_0_f405e019cb8645020078c986e6fc845f.jpg
BAKI, 13 noyabr — Sputnik. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom" MMC İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətini məhkəməyə verib. Bu barədə "Aztelekom"dan bildirilib. Məlumata görə, Dövlət Xidmətinin "Aztelekom"a qarşı 24.06.2023-cü il tarixli qərarı və göstərişi məhkəmə qaydasında mübahisələndirilib. Hazırda iş üzrə məhkəmə araşdırması davam edir. Xatırladaq ki, iyunun 14-də Dövlət Xidməti "Aztelekom", eləcə də nazirliyə məxsus "Bakı Telefon Rabitəsi" ("Baktelecom") MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə dair qərar qəbul edib. Qərara əsasən, qaldırılmış işə Cəmiyyətlər tərəfindən bir sıra infrastruktur xidmətləri üzrə "qiymət manipulyasiyasına yol verilmənin olub-olmaması" hissəsində xitam verilib. Həmçinin həmin qərar ilə Cəmiyyətlərin göstərdiyi data (port) xidmətinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması barədə Cəmiyyətlərə göstəriş verib və onların hər birinə 16 500 manat maliyyə sanksiyası tətbiq edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/03/427843448_110:0:2841:2048_1920x0_80_0_0_73e565ece9724d32b615f5a9263d3c8f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
aztelekom, məhkəmə, məhkəmə, iqtisadiyyat nazirliyi yanında antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidməti, antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidməti
aztelekom, məhkəmə, məhkəmə, iqtisadiyyat nazirliyi yanında antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidməti, antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidməti
"Aztelekom" Dövlət Xidmətini məhkəməyə verib
Dövlət Xidmətinin "Aztelekom"a qarşı 24.06.2023-cü il tarixli qərarı və göstərişi məhkəmə qaydasında mübahisələndirilib.
BAKI, 13 noyabr — Sputnik. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom" MMC İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətini məhkəməyə verib.
Bu barədə "Aztelekom"dan bildirilib.
Məlumata görə, Dövlət Xidmətinin "Aztelekom"a qarşı 24.06.2023-cü il tarixli qərarı və göstərişi məhkəmə qaydasında mübahisələndirilib. Hazırda iş üzrə məhkəmə araşdırması davam edir.
Xatırladaq ki, iyunun 14-də Dövlət Xidməti "Aztelekom", eləcə də nazirliyə məxsus "Bakı Telefon Rabitəsi" ("Baktelecom") MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə dair qərar qəbul edib. Qərara əsasən, qaldırılmış işə Cəmiyyətlər tərəfindən bir sıra infrastruktur xidmətləri üzrə "qiymət manipulyasiyasına yol verilmənin olub-olmaması" hissəsində xitam verilib. Həmçinin həmin qərar ilə Cəmiyyətlərin göstərdiyi data (port) xidmətinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması barədə Cəmiyyətlərə göstəriş verib və onların hər birinə 16 500 manat maliyyə sanksiyası tətbiq edilib.