https://sputnik.az/20231113/azerbaycandaki-turkiye-herbcilerinin-fealiyyet-muddeti-daha-bir-il-uzadilir-460493445.html
Azərbaycandakı Türkiyə hərbçilərinin fəaliyyət müddəti daha bir il uzadılır
Azərbaycandakı Türkiyə hərbçilərinin fəaliyyət müddəti daha bir il uzadılır
Sputnik Azərbaycan
2021 və 2022-ci illərin noyabrında Türkiyənin Azərbaycandakı hərbçilərinin fəaliyyət müddəti bir il uzadılıb. 13.11.2023, Sputnik Azərbaycan
2023-11-13T14:20+0400
2023-11-13T14:20+0400
2023-11-13T14:20+0400
türkiyə
hərbi
hərbçi
hərbçilər
hərbçi
azərbaycan
fəaliyyət
qanunvericilik
https://cdnn1.img.sputnik.az/img/07e5/09/07/427866429_0:57:1200:732_1920x0_80_0_0_d4d1982bc701de30ca8abd65a2f249b6.jpg
BAKI, 13 noyabr — Sputnik. Azərbaycanın Ağdam rayonunda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində xidmət edən türkiyəli hərbçilərin fəaliyyət müddəti daha bir il uzadılır. Bu barədə "Report"a Ankaradakı diplomatik mənbələr bildirib. Qeyd olunub ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu həftə ərzində məsələ ilə bağlı qanun layihəsini parlamentə göndərəcək. Layihə daha sonra Türkiyə Böyük Millət Məclisində müzakirəyə çıxarılacaq. Qanunverici orqan türkiyəli hərbçilərin Azərbaycanda qalma müddətinin daha bir il uzadılmasına razılıq versə, qərar rəsmi mətbuatda dərc olunandan sonra qüvvəyə minəcək. Xatırladaq ki, 2020-ci il noyabrın 17-də Türkiyə Böyük Millət Məclisi ölkənin Silahlı Qüvvələrinə qoşunlarını bir il müddətinə Azərbaycana göndərmək səlahiyyəti verib. 2021 və 2022-ci illərin noyabrında Türkiyənin Azərbaycandakı hərbçilərinin fəaliyyət müddəti bir il uzadılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/07/427866429_71:0:1200:847_1920x0_80_0_0_6095c620eaf377776c5efe784762d079.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə, hərbçi, hərbçilər, hərbçi, azərbaycan, fəaliyyət, qanunvericilik
türkiyə, hərbçi, hərbçilər, hərbçi, azərbaycan, fəaliyyət, qanunvericilik
Azərbaycandakı Türkiyə hərbçilərinin fəaliyyət müddəti daha bir il uzadılır
2021 və 2022-ci illərin noyabrında Türkiyənin Azərbaycandakı hərbçilərinin fəaliyyət müddəti bir il uzadılıb.
BAKI, 13 noyabr — Sputnik. Azərbaycanın Ağdam rayonunda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində xidmət edən türkiyəli hərbçilərin fəaliyyət müddəti daha bir il uzadılır.
Bu barədə "Report"a Ankaradakı diplomatik mənbələr bildirib.
Qeyd olunub ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu həftə ərzində məsələ ilə bağlı qanun layihəsini parlamentə göndərəcək.
Layihə daha sonra Türkiyə Böyük Millət Məclisində müzakirəyə çıxarılacaq.
Qanunverici orqan türkiyəli hərbçilərin Azərbaycanda qalma müddətinin daha bir il uzadılmasına razılıq versə, qərar rəsmi mətbuatda dərc olunandan sonra qüvvəyə minəcək.
Xatırladaq ki, 2020-ci il noyabrın 17-də Türkiyə Böyük Millət Məclisi ölkənin Silahlı Qüvvələrinə qoşunlarını bir il müddətinə Azərbaycana göndərmək səlahiyyəti verib.
2021 və 2022-ci illərin noyabrında Türkiyənin Azərbaycandakı hərbçilərinin fəaliyyət müddəti bir il uzadılıb.