https://sputnik.az/20231113/azerbaycanda-arxiv-senedlerinin-verilmesine-gore-dovlet-rusumu-legv-edilib-460497965.html
Azərbaycanda arxiv sənədlərinin verilməsinə görə dövlət rüsumu ləğv edilib
Azərbaycanda arxiv sənədlərinin verilməsinə görə dövlət rüsumu ləğv edilib
Sputnik Azərbaycan
Yeni dəyişiklikdə adıçəkilən qanunun 2.0.21-ci, 33-3-cü və 33-4-cü maddələri ləğv edillib. 13.11.2023, Sputnik Azərbaycan
2023-11-13T20:49+0400
2023-11-13T20:49+0400
2023-11-13T20:49+0400
rüsum
iqtisadiyyat
fiziki şəxs
fiziki və hüquqi şəxslər
mərkəzi arxiv idarəsi
qanun
dövlət rüsumu
https://cdnn1.img.sputnik.az/img/07e5/03/1f/426584890_0:84:2001:1209_1920x0_80_0_0_8a2c3a0fde3e191dde48681842d3a1c0.jpg
BAKI, 13 noyabr — Sputnik. Azərbaycanda hüquqi və fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin sürətləndirilmiş qaydada verilməsi üçün dövlət rüsumu ləğv edilir. Bu barədə Azərbaycan Prezidentinin təsdiqlədiyi "Dövlət rüsumu haqqında" Qanuna dəyişiklik edilməsi barədə Qanunda göstərilib. Yeni dəyişiklikdə adıçəkilən qanunun 2.0.21-ci, 33-3-cü və 33-4-cü maddələri ləğv edillib. Qeyd edək ki, mövcud qanuna görə, Milli Arxiv İdarəsi tərəfindən hüquqi şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin 3 iş günü ərzində verilməsinə görə 20 manat, 5 iş günü ərzində verilməsinə görə 10 manat rüsum hesablanırdı. Bundan əlavə eyni xidmətlər fiziki şəxslərə 3 gün ərzində göstərildikdə 10 manat, 5 gün ərzində göstərildikdə isə 5 manat rüsum ödənilirdi. Daha uzun müddətə göstərilən xidmət üçün isə heç bir rüsum tələbi yoxdur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/1f/426584890_0:0:1777:1333_1920x0_80_0_0_dc02b5bbf6859bdb4e30f8298bcf0a9e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rüsum, fiziki şəxs, fiziki və hüquqi şəxslər, mərkəzi arxiv idarəsi, qanun, dövlət rüsumu
rüsum, fiziki şəxs, fiziki və hüquqi şəxslər, mərkəzi arxiv idarəsi, qanun, dövlət rüsumu
Azərbaycanda arxiv sənədlərinin verilməsinə görə dövlət rüsumu ləğv edilib
Yeni dəyişiklikdə adıçəkilən qanunun 2.0.21-ci, 33-3-cü və 33-4-cü maddələri ləğv edillib.
BAKI, 13 noyabr — Sputnik. Azərbaycanda hüquqi və fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin sürətləndirilmiş qaydada verilməsi üçün dövlət rüsumu ləğv edilir.
Bu barədə Azərbaycan Prezidentinin təsdiqlədiyi "Dövlət rüsumu haqqında" Qanuna dəyişiklik edilməsi barədə Qanunda göstərilib.
Yeni dəyişiklikdə adıçəkilən qanunun 2.0.21-ci, 33-3-cü və 33-4-cü maddələri ləğv edillib.
Qeyd edək ki, mövcud qanuna görə, Milli Arxiv İdarəsi tərəfindən hüquqi şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin 3 iş günü ərzində verilməsinə görə 20 manat, 5 iş günü ərzində verilməsinə görə 10 manat rüsum hesablanırdı.
Bundan əlavə eyni xidmətlər fiziki şəxslərə 3 gün ərzində göstərildikdə 10 manat, 5 gün ərzində göstərildikdə isə 5 manat rüsum ödənilirdi. Daha uzun müddətə göstərilən xidmət üçün isə heç bir rüsum tələbi yoxdur.