Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.09.2023
Qarabağın dirçəlişi və reinteqrasiyası

Azad olunan ərazilərin ayrıca inkişaf strategiyası hazırlanmalıdır - Elşad Mirbəşiroğlu

© Photo : Facebook / Elşad Mirbəşir oğluElşad Mirbəşiroğlu
Elşad Mirbəşiroğlu - Sputnik Azərbaycan, 1920, 13.11.2023
Abunə olmaq
Azad edilən ərazilərin bərpası üçün lazım olan vəsaitlərin ilkin proqnozu kimi 50-55 milyard manat, bəzən də daha yüksək rəqəmlər səsləndirilir.
BAKI, 13 noyabr — Sputnik. "Gələcək üçün işğaldan azad olunan ərazilərin ayrıca inkişaf strategiyası hazırlanmalıdır".
Bunu Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu parlamentin noyabrın 13-də keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, həmin strategiya çərçivəsində həmin ərazilərin bərpası üçün kənar mənbələrdən vəsaitlərin cəlbi uyğun olardı.
Deputatın sözlərinə görə, azad edilən ərazilərin bərpası üçün lazım olan vəsaitlərin ilkin proqnozu kimi 50-55 milyard manat, bəzən də daha yüksək rəqəmlər səsləndirilir: "Hesab edirəm ki, həmin məbləğ dövlət büdcəsinin imkanları xaricindədir və əlavə yük deməkdir. Odur ki, gələcək üçün işğaldan azad olunan ərazilərin ayrıca inkişaf strategiyası hazırlanmalıdır".
Xəbər lenti
0