Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.09.2023
Qarabağın dirçəlişi və reinteqrasiyası

Azad edilmiş ərazilərin bərpasına indiyədək 11 milyard manat xərclənib - Maliyyə naziri

© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidAğdamda bərpa işləri
Ağdamda bərpa işləri - Sputnik Azərbaycan, 1920, 13.11.2023
Abunə olmaq
Şərifov qeyd edib ki, müdafiə və milli təhlükəsizliyin gücləndirilməsi də büdcədə prioritet istiqamət olaraq qəbul edilib.
BAKI, 13 noyabr - Sputnik. "Azərbaycanda gələn ilin dövlət büdcəsi və növbəti 3 ilin büdcə çərçivəsi işğaldan azad edilmiş ərazilərin bərpası üçün əhəmiyyətli maliyyə təminatının yaradılmasını nəzərdə tutur".
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında maliyyə naziri Samir Şərifov bildirib.
O, qeyd edib ki, müdafiə və milli təhlükəsizliyin gücləndirilməsi də büdcədə prioritet istiqamət olaraq qəbul edilib.
"Prezident İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycanın dövlətçilik əsasları daha da möhkəmlənib. Ölkəmizin neft-qaz resurslarından məharətlə istifadə olunub. Azərbaycan dövləti 3 ildir ki, işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərini sürətlə davam etdirir. Bu müddətdə dövlət büdcəsindən ayrılmış vəsaitlə yanaşı, əlavə gəlirlər də quruculuq işlərinə yönəldilib. İndiyə kimi həmin ərazilərin bərpasına ümumilikdə 11 milyard manat xərclənib, cari ilin sonuna bu vəsaitin 12 milyard manata çatması gözlənilir. Qarabağın və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatına reinteqtrasiyası gələn illərdə də əsas priortet olacaq", - deyə nazir əlavə edib.
Xatırladaq ki, Milli Məclisin plenar iclasında 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi başlayıb.
Deputatlar üç gün dalbadal - noyabrın 13-ü, 14-ü və 15-də büdcə zərfini müzakirə edəcəklər.
İclasda Baş nazir Əli Əsədov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və digər hökimət üzvləri iştirak edirlər.
İclasın gündəliyinə ümumilikdə 14 məsələ daxil edilib.
Qanun layihəsinə görə, 2024-cü il dövlət büdcəsinin gəlirlərinin 34,1 milyard manat, xərclərinin isə 36,7 milyard manat təşkil edəcəyi gözlənilir.
Xəbər lenti
0