DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Mask “Şimal axını”nda partlayışda iştirakla bağlı versiyaya reaksiya verib

© AFP 2024 / ALAIN JOCARDMask
Mask - Sputnik Azərbaycan, 1920, 12.11.2023
Abunə olmaq
Dünyanın əan varlı insanlarından biri Dövlət Departamentinin keçmiş əməkdaşı Maykl Bensin X sosial şəbəkəsində (keçmiş Twitter) açdığı müzakirəyə qoşulub.
BAKI, 12 noyabr - Sputnik. Tesla SpaceX şirkətlərinin sahibi İlon Mask “The Washington Post”un Ukrayna Silahlı Qüvvələrinin polkovniki Roman Çervinskinin “Şimal axını”nda təxribatda iştirakı ilə bağlı versiyasını maraqlı hesab edir.
Mask məqalənin skrinşotunu öz səhifəsində paylaşan Dövlət Departamentinin keçmiş əməkdaşı Maykl Bensin X sosial şəbəkəsində (keçmiş Twitter) açdığı müzakirəyə qoşulub.
Maykl Bens yazıb ki, bir il yalan danışdıqdan sonra , "Washington Post" nəhayət bu gün bundan imtina edib.
Mask müzakirədə tək bir şərh yazıb: “Maraqlıdır”.
Qəzet noyabrın 11-də Ukrayna rəsmilərinə və Avropa mənbələrinə istinadən yazıb ki, “Şimal axını 1” və “Şimal axını 2” dəniz qaz kəmərlərinin partladılmasının koordinatoru Ukrayna Silahlı Qüvvələrinin xüsusi əməliyyat qüvvələrinin bölmələrindən birinin keçmiş komandiri, polkovnik Roman Çervinski olub. Nəşrin mənbələrinin bildirdiyinə görə, o, yaxta icarəyə götürən və təxribat ərazisində partlayıcı yerləşdirmək üçün dərin dəniz dalğıc avadanlıqlarından istifadə edən altı nəfərdən ibarət komandanın işinə nəzarət edib.
Bu versiyaya görə, Çervinski Ukraynanın yüksək rütbəli məmurlarından əmrlər alıb, onlar da öz növbəsində Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnıya hesabat veriblər və əməliyyat Ukrayna prezidenti Vladimir Zelenskidən gizli saxlanılıb. Çervinski yazılı açıqlamada boru kəməri partlayışlarında iştirakını inkar edir.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova noyabrın 10-da bildirib ki, Rusiya BMT Təhlükəsizlik Şurası sədrinin “Şimal axını”nda terror aktının araşdırılması ilə bağlı layihəsi üzərində işi ixtisar etmək məcburiyyətində qalıb. Onun sözlərinə görə, Qərb həqiqəti üzə çıxarmaq istəməyərək bu təşəbbüsə mane olub. Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Rusiya hələ də “Şimal axını” partlayışı ilə bağlı araşdırmanın nəticələrinə görə Qərb ölkələrindən sağlam cavab almayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0