https://sputnik.az/20231112/litvada-2024-cu-il-prezident-seckileri-ucun--kampaniya-baslayib-460471105.html
Litvada 2024-cü il prezident seçkiləri üçün kampaniya başlayıb
Litvada 2024-cü il prezident seçkiləri üçün kampaniya başlayıb
Sputnik Azərbaycan
Bu gündən etibarən partiyalar öz namizədlərini Mərkəzi Seçki Komissiyasında qeydiyyata ala bilərlər. 12.11.2023, Sputnik Azərbaycan
2023-11-12T21:29+0400
2023-11-12T21:29+0400
2023-11-12T21:29+0400
litva
dünya xəbərləri
prezident seçkisi
kampaniya
https://cdnn1.img.sputnik.az/img/07e6/06/05/442558224_0:104:2000:1229_1920x0_80_0_0_0ab81ec672ccffc38a0bf583a1961017.jpg
BAKI, 12 noyabr - Sputnik. Litvada 2024-cü ilin mayında keçiriləcək prezident seçkiləri ilə bağlı kampaniya başlayıb. Bu barədə bu Baltik Respublikasının Mərkəzi Seçki Komissiyası məlumat yayıb.Bu gündən etibarən partiyalar öz namizədlərini Mərkəzi Seçki Komissiyasında qeydiyyata ala bilərlər. Eyni şey öz namizədliyini irəli sürmək niyyətində olan namizədlərə də aiddir. Tarixi təyin edən Seymin (parlament) qərarına əsasən, prezident seçkiləri 2024-cü il mayın 12-də keçiriləcək. İkinci tur tələb olunarsa, o, mayın 26-da keçiriləcək. Dövlət başçısı vəzifəsinə namizəd olmaq niyyətini baş nazir İnqrida Şimonite, silahlı qüvvələrin keçmiş komandanı, ehtiyatda olan general-leytenant Valdas Tutkus, Kazlu şəhərinin meri Ruda Mantas Varaşka, keçmiş səhiyyə naziri Aureliyus Veriqa, Tibb professoru Eduardas Vaitkus, ictimai xadim Antanas Kandrotas və NATO baş katibinin keçmiş müavini Qedrimas Eqlinskas açıqlayıblar.İkinci müddətə namizəd ola biləcək hazırkı prezident Gitanas Nauseda hələ bu məsələ ilə bağlı açıqlama verməyib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/05/442558224_112:0:1889:1333_1920x0_80_0_0_fa0f50a1a710c1c36105feb5ab073d1a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
litva, prezident seçkisi, kampaniya
litva, prezident seçkisi, kampaniya
Litvada 2024-cü il prezident seçkiləri üçün kampaniya başlayıb
Bu gündən etibarən partiyalar öz namizədlərini Mərkəzi Seçki Komissiyasında qeydiyyata ala bilərlər.
BAKI, 12 noyabr - Sputnik. Litvada 2024-cü ilin mayında keçiriləcək prezident seçkiləri ilə bağlı kampaniya başlayıb. Bu barədə bu Baltik Respublikasının Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
“Səsvermə gününə altı ay qalmış siyasi seçki kampaniyasının başlanması rəsmən elan edilir”, - deyə məlumatda bildirilir.
Bu gündən etibarən partiyalar öz namizədlərini Mərkəzi Seçki Komissiyasında qeydiyyata ala bilərlər. Eyni şey öz namizədliyini irəli sürmək niyyətində olan namizədlərə də aiddir.
Tarixi təyin edən Seymin (parlament) qərarına əsasən, prezident seçkiləri 2024-cü il mayın 12-də keçiriləcək. İkinci tur tələb olunarsa, o, mayın 26-da keçiriləcək.
Dövlət başçısı vəzifəsinə namizəd olmaq niyyətini baş nazir İnqrida Şimonite, silahlı qüvvələrin keçmiş komandanı, ehtiyatda olan general-leytenant Valdas Tutkus, Kazlu şəhərinin meri Ruda Mantas Varaşka, keçmiş səhiyyə naziri Aureliyus Veriqa, Tibb professoru Eduardas Vaitkus, ictimai xadim Antanas Kandrotas və NATO baş katibinin keçmiş müavini Qedrimas Eqlinskas açıqlayıblar.
İkinci müddətə namizəd ola biləcək hazırkı prezident Gitanas Nauseda hələ bu məsələ ilə bağlı açıqlama verməyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.