DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

HƏMAS qaçqın adı altında girovları Qəzzadan çıxarmağa cəhd edir

© AFP 2023 / Jack GuezYaxın Şərqdə münaqişə, arxiv
Yaxın Şərqdə münaqişə, arxiv  - Sputnik Azərbaycan, 1920, 12.11.2023
Abunə olmaq
İsrail Müdafiə Qüvvələrinin (IDF) ehtiyatda olan sözçüsü Conatan Konrikus bildirib ki, buna nəzarət etmək və qarşısını almaq üçün işlər davam edir.
BAKI, 12 noyabr - Sputnik. Fələstin radikal HƏMAS hərəkatının silahlıları qaçqın adı altında Qəzza zolağının şimal rayonlarından tutduqları girovları humanitar dəhlizlərdən keçirməyə cəhd edə bilər. Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) ehtiyatda olan sözçüsü Conatan Konrikus brifinq zamanı bildirib.
"Əməliyyatın planı ilə əlaqəli olduğu üçün təfərrüatı açıqlaya bilmərəm. Sadəcə onu deyə bilərəm ki, bu məsələdən xəbərdarıq", - deyə o bildirib.
Konrikus humanitar dəhlizə nəzarət edən İsrail hərbçilərinin Qəzza zolağının şimal bölgələrini tərk edən qaçqınlar arasında girovları müəyyən etməyə çalışdığına dair mediada məlumatların olduğuna diqqət çəkib.
“Onlar ivrit dilində hərəkətdə olan mülki vətəndaşlara qışqırdılar ki, aralarında girovlar olarsa, onların yanına qaça bilərlər və təhlükəsiz olacaqlar”, - deyə o qeyd edib.
"Nə etdiyimiz barədə heç bir təfərrüat verə bilmərəm.Buna nəzarət etmək və qarşısını almaq üçün işlər davam edir", - Konrikus əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0