SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ceyhun Bayramov Mərakeş Krallığına rəsmi səfərə gedib

© AFP 2024 / ATTA KENARECeyhun Bayramov, arxiv şəkli
Ceyhun Bayramov, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.11.2023
Abunə olmaq
XİN nazir Ceyhun Bayramovun Mərakeş Krallığına rəsmi səfərinə dair məlumat yayıb.
BAKI, 12 noyabr - Sputnik. Noyabrın 12-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Mərakeş Krallığına rəsmi səfərə yola düşüb. Bi barədə XİN məlumat yayıb.
Səfər çərçivəsində, nazir Ceyhun Bayramovun həmsədrliyi ilə Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın iclasının, Mərakeş xarici işlər naziri ilə ikitərəfli və geniştərkibli görüşlərin keirilməsi planlaşdırılır.
"İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru və digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub", - deyə məlumatda qeyd olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0