DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Bayden Si Cinpinlə Rusiya və İran haqqında "sərt söhbət" etməyi planlaşdırıb

© Sputnik / Сергей СавостьяновПрезидент РФ Владимир Путин на церемонии встречи глав делегаций - участников III Международного форума "Один пояс, один путь" в Пекине
Президент РФ Владимир Путин на церемонии встречи глав делегаций - участников III Международного форума Один пояс, один путь в Пекине - Sputnik Azərbaycan, 1920, 12.11.2023
Abunə olmaq
Co Bayden 2023-cü il noyabrın 15-də San-Fransiskoda Si Cinpinlə ikitərəfli görüş keçirəcək.
BAKI, 12 noyabr - Sputnik. ABŞ Prezidenti Co Bayden ÇXR rəhbəri Si Cinpinlə ikitərəfli münasibətlərin, o cümlədən Pekinin Tehran və Moskva ilə əlaqələrinin əsas məsələlərinə dair "sərt söhbət" etməyi planlaşdırıb.
Bu barədə “Politico” nəşri yüksək vəzifəli amerikalı rəsmilərinə istinadən yazır.
Nəşrin qeyd etdiyinə görə, ABŞ Prezidenti Çin liderini Tehranın “Yaxın Şərqdə zorakılığı artırmağa və ya yaymağa çalışmamağı üçün” ona təsir göstərmək niyyətindədir. O, həmçinin "Ukrayna münaqişəsində Çinin Rusiyaya dəstəyini" də müzakirə etməyə hazırlaşır.
Digər bir mövzu da ABŞ-da opioidlərin həddindən artıq dozada olması epidemiyasında Pekinin rolunun olması olacaq. Bu yaxınlarda Ağ Ev Çini Meksika kartellərində, daha sonra isə ABŞ-da bu preporatların istehsalına nəzarəti sərtləşdirməyi istəməməkdə günahlandırıb.
Qeyd olunur ki, Bayden bu görüşü seçki kampaniyası öncəsi ikitərəfli münasibətləri yenidən bərpa etmək üçün Si Cinpinə təsir etmək üçün son şansı hesab edir.
Xatırladaq ki, Co Bayden 2023-cü il noyabrın 15-də San-Fransiskoda Si Cinpinlə ikitərəfli görüş keçirəcək.
Xəbər lenti
0