SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

ATƏT Parlament Assambleyasının prezidenti Azərbaycana səfərə gəlib

© AFP 2023 / ALEX HALADAATƏT, arxiv
ATƏT, arxiv - Sputnik Azərbaycan, 1920, 12.11.2023
Abunə olmaq
Səfər çərçivəsində bir sıra rəsmi görüşlərin keçiriləcəyi, Azərbaycan və ATƏT Parlament Assambleyası arasında əməkdaşlığı, regiondakı hazırkı vəziyyət ətrafında müzakirələrin aparılacağı gözlənilir.
BAKI, 12 noyabr - Sputnik. ATƏT Parlament Assambleyasının (PA) prezidenti xanım Pia Kauman noyabrın 12-də Azərbaycan Respublikasına səfərə gəlib. Bu barədə Azərtac xəbər yayıb.
ATƏT Parlament Assambleyasının prezidenti Pia Kaumanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Məclisin deputatı, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev və digər rəsmi şəxslər qarşılayıblar.
Bundan əlavə ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kari Henriksen, ATƏT Parlament Assambleyasının Baş katibi Roberto Montellanın də Azərbaycanda rəsmi səfərdə olacağı bildirilirdi.
Səfər çərçivəsində bir sıra rəsmi görüşlərin keçiriləcəyi, Azərbaycan və ATƏT Parlament Assambleyası arasında əməkdaşlığı, regiondakı hazırkı vəziyyət və digər ikitərəfli məsələlər ətrafında müzakirələrin aparılacağı qeyd edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0