DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Asia Times: Qərb ölkələri Zelenskini vəzifəsindən uzaqlaşdıra bilər

© Ukrainian Presidential Press Office via APUkrayna Prezidenti Vladimir Zelenski, arxiv şəkli
Ukrayna Prezidenti Vladimir Zelenski, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.11.2023
Abunə olmaq
Qərb ölkələri Ukrayna ordusunun Rusiya ilə münaqişədə qalib gələ bilməyəcəyini başa düşməyə başlayıblar.
BAKI, 12 noyabr - Sputnik. Qərb ölkələri Ukrayna Silahlı Qüvvələrinin (USQ) cəbhədəki uğursuzluqları və Rusiya ilə münaqişədə qalib gələ bilməməsi səbəbindən Vladimir Zelenskini hakimiyyətdən uzaqlaşdıra bilər.
Bunu ABŞ müdafiə nazirinin müavininin sabiq köməkçisi Stiven Brayan “Asia Times”a qeyd edib.
Brayanın sözlərinə görə, Zelenskinin yalnız iki yolu var, onlardan birincisi 2024-cü ilin martında Ukraynada prezident seçkilərinin keçirilməsidir.
“Ya da əgər o, müqavimət göstərsə, “Maydan”a bənzər bir inqilab nəticəsində onu onsuz da uzaqlaşdırılacaqlar”, - nəşrdə deyilir.
Brayan qeyd edib ki, Qərb ölkələri Ukrayna ordusunun Rusiya ilə münaqişədə qalib gələ bilməyəcəyini başa düşməyə başlayıblar.
Bu yaxınlarda sabiq amerikalı kəşfiyyatçı Skott Ritter Zelenskinin Ukrayna ordusunun bir sıra uğursuzluqlarına görə hakimiyyətdən uzaqlaşdırıla biləcəyi ilə bağlı fikirlərini də söyləyib.
Xəbər lenti
0