https://sputnik.az/20231111/yuz-iyirmiden-cox-britaniya-sirketi-rusiyaya-qarsi-sanksiyalari-pozdugunu-etiraf-edib-460361599.html
Yüz iyirmidən çox Britaniya şirkəti Rusiyaya qarşı sanksiyaları pozduğunu etiraf edib
Yüz iyirmidən çox Britaniya şirkəti Rusiyaya qarşı sanksiyaları pozduğunu etiraf edib
Sputnik Azərbaycan
Nəşr Rusiyaya qarşı tətbiq edilən tədbirlərin genişliyinin Britaniya biznesi üçün böyük sınaq olduğuna diqqət çəkib. 11.11.2023, Sputnik Azərbaycan
2023-11-11T16:02+0400
2023-11-11T16:02+0400
2023-11-11T16:02+0400
rusiya
iqtisadiyyat
böyük britaniya
şirkət
sanksiyalar
rusiya əleyhinə sanksiyalar
avstraliya
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1d/446836725_0:160:3072:1888_1920x0_80_0_0_5aac772e2070c6b2ca109f9c1b0643e0.jpg
BAKI, 11 noyabr — Sputnik. 120-dən çox Britaniya şirkəti Rusiya əleyhinə sanksiyaları pozduğunu etiraf edib. "Financial Times" bu barədə yazıb. Ümumilikdə 127 şirkət pozuntular barədə könüllü olaraq Böyük Britaniya hökumətini məlumatlandırıb. Şirkətlər cərimələrin azaldılması üçün istintaqla əməkdaşlığa razılaşıblar. Nəşr Rusiyaya qarşı tətbiq edilən tədbirlərin genişliyinin Britaniya biznesi üçün böyük sınaq olduğuna diqqət çəkib. Qəzet məhdudiyyətlərin pozulmasının səbəbləri arasında Britaniya tacirlərinin biznes apardığı Rusiya Federasiyası ilə əlaqəli şirkətlərin qeyri-şəffaf mülkiyyət strukturunu da göstərib. Rusiyanın fiziki və hüquqi şəxslərinin Rusiya Federasiyasının hüdudlarından kənarda təsir imkanlarının olduğu iddia edilib. Qeyd edək ki, bu günlərdə Avstraliyanın hakim orqanları Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı yeni sanksiyalar elan edərək, Rusiya Federasiyasına müəyyən malların tədarükünü qadağan edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1d/446836725_171:0:2902:2048_1920x0_80_0_0_f1e13aa14b2f94284f49de09958cdcdb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
rusiya, böyük britaniya, şirkət, sanksiyalar, rusiya əleyhinə sanksiyalar, avstraliya
rusiya, böyük britaniya, şirkət, sanksiyalar, rusiya əleyhinə sanksiyalar, avstraliya
Yüz iyirmidən çox Britaniya şirkəti Rusiyaya qarşı sanksiyaları pozduğunu etiraf edib
Nəşr Rusiyaya qarşı tətbiq edilən tədbirlərin genişliyinin Britaniya biznesi üçün böyük sınaq olduğuna diqqət çəkib.
BAKI, 11 noyabr — Sputnik. 120-dən çox Britaniya şirkəti Rusiya əleyhinə sanksiyaları pozduğunu etiraf edib.
"Financial Times" bu barədə yazıb.
Ümumilikdə 127 şirkət pozuntular barədə könüllü olaraq Böyük Britaniya hökumətini məlumatlandırıb. Şirkətlər cərimələrin azaldılması üçün istintaqla əməkdaşlığa razılaşıblar.
Nəşr Rusiyaya qarşı tətbiq edilən tədbirlərin genişliyinin Britaniya biznesi üçün böyük sınaq olduğuna diqqət çəkib.
Qəzet məhdudiyyətlərin pozulmasının səbəbləri arasında Britaniya tacirlərinin biznes apardığı Rusiya Federasiyası ilə əlaqəli şirkətlərin qeyri-şəffaf mülkiyyət strukturunu da göstərib. Rusiyanın fiziki və hüquqi şəxslərinin Rusiya Federasiyasının hüdudlarından kənarda təsir imkanlarının olduğu iddia edilib.
Qeyd edək ki, bu günlərdə Avstraliyanın hakim orqanları Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı yeni sanksiyalar elan edərək, Rusiya Federasiyasına müəyyən malların tədarükünü qadağan edib.