https://sputnik.az/20231111/yasli-hekimlere-yasil-isiq-bolgelerde-hekim-catismazligi-nece-aradan-qaldirilacaq-460238564.html
Yaşlı həkimlərə yaşıl işıq: Bölgələrdə həkim çatışmazlığı necə aradan qaldırılacaq?
Yaşlı həkimlərə yaşıl işıq: Bölgələrdə həkim çatışmazlığı necə aradan qaldırılacaq?
Sputnik Azərbaycan
Ədalət Rüstəm bildirib ki, hazırda bölgələrdə cərrah, uşaq cərrahı və ciddi anestezioloq çatışmazlığı var. 11.11.2023, Sputnik Azərbaycan
2023-11-11T09:30+0400
2023-11-11T09:30+0400
2023-11-11T09:30+0400
həkim
səhiyyə
təbib
xəstəxana
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/02/469126061_0:0:3071:1728_1920x0_80_0_0_2b268d52b68133898602ce53dbb4c7a9.jpg
BAKI, 11 noyabr — Sputnik. Azərbaycanda həkimlərin yaş məhdudiyyəti ilə bağlı təkliflər verilib. TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə bildirib ki, həkimlərin yaş həddi qanunvericiliklə tənzimlənir:"Bəzi regionlarımızda həkim və tibb işçilərinin çatışmazlığını nəzərə alaraq, müvafiq qurumlara yaş həddi üzrə təkliflər vermişik. Təklif etmişik ki, bununla bağlı qanunvericilikdə bəzi məqamlar nəzərə alınsın. Hazırda məsələ ilə əlaqədar iş gedir". O, bildirib ki, bu ilin sonuna yaxın TƏBİB tabeliyində olan tibb müəssisələrində xaricdə təhsil alıb ölkəyə qayıdan 10 həkim fəaliyyətə başlayacaq. Bunlar əsasən Almaniya və Türkiyə Respublikalarında çalışmış həkimlərdir. TƏBİB sədrinin sözlərinə görə, regionlarda həkim çatışmazlığını aradan qaldırmaq üçün layihə həyata keçirilir: "Xaricdə təhsil alıb ölkəyə qayıtmış 79 həkim bu layihə üzrə işə başlayıb". Həkimlərin fəaliyyətinə yaş məhdudiyyəti qoyulur Azərbaycan Həkimlər Birliyinin sədri Ədalət Rüstəm Sputnik Azərbaycan-a bildirib ki, həkimlər də şairlər, yazıçılar kimi yaradacı şəxslər olduğundan onların fəaliyyətinə yaş məhdudiyyətinin qoyulması düzgün deyil. Onun sözlərinə görə, həkimlərin fəaliyyətinə yaş məhdudiyyəti qoyulduğundan, rayonlarda həkim çatışmazlığı müşahidə olunur. "Həkimin də işi yaradıcı fəaliyyətdir. Ona görə də, həkimlərin 65 yaşdan sonra işləməsinə məhdudiyyətin qoyulması düzgün deyil. Bu gün 65 yaşdan yuxarı həkimlər dövlət tibb müəssisələrində işləyə bilmir. Ona görə də yaşlı həkimlər gedib özəl tibb müəssisələrində işləyirlər. Bu zaman sual yaranır, 70 yaşlı həkim özəl tibb müəssisəsində işləyə bilirsə, niyə dövlət tibb müəssisəsində çalışmasın? Yaşlı həkimlər daha təcrübəli olurlar. Dünyaca məşhur cərrah Fyodor Qriqoryeviç Uqlov 102 yaşında cərrahiyyə əməliyyatı aparıb. Bu gün elə həkimlərimiz var ki, 80 yaşları olsa da, əmək qabiliyyətlərini itirməyiblər" - deyə Birlik sədri bildirib. Gənc həkimlər bölgələrə niyə getmirlər? Ə.Rüstəmin sözlərinə görə, gənc həkimlər bölgələrə işləməyə getmirlər. Buna səbəb isə əmək haqqının aşağı olması, xəstəxanalarda şəraitsizlikdir. Onun sözlərinə görə, bölgələrdə, kiçik şəhər və rayonlarda ancaq məcbur olanlar işləyirlər: "Bu gün Ağsu, Yardımlı kimi kiçik rayonlara həkimlər işləməyə getmirlər. Onlar bölgələrdən əsasən iri şəhərlərdə işləməyə razı olurlar. Hansı ki, orada diaqnostik mərkəzlər, müasir avadanlıqlar var. Buna görə bu gün rayonların əksəriyyətində həkim çatışmazlığı problemi mövcuddur. Hazırda rayon mərkəzlərində normal şəraiti olan mənzillərin kirayə haqqı 300 manatdır. Həkimə 300 manat kirayə haqqı ödəyib bölgədə işləmək sərf etmir. Ona görə də TƏBİB bölgələrə təyinat alan həkimlərə daha yüksək əmək haqqı, kirayə pulu ödəməlidir". Ə.Rüstəm deyir ki, hazırda bölgələrdə daha çox uşaq cərahları, ümumi cərrahlar, anestezioloq çatışmır. O, bölgələrdəki xəstəxanalarda anesteziologiya-reanimasiya şöbəsi olsa da, anestezioloqlar yoxdur. Stimullaşdırıcı tədbirlərə ehtiyac var Pediatr Vaqif Qarayev isə bildirir ki, həkimlərin regiona getməsi üçün stimullaşdırıcı tədbirlərə ehtiyac var. Onun sözlərinə görə, regionlardakı tibb müəssisələrinin maddi-texniki bazası arzuolunan səviyyədə deyil. "Gənc həkim normal mənzil şəraiti, övladı üçün normal bağça, məktəb istəyir. Həmçinin gənc həkim ailəsi ilə asudə vaxtlarını normal keçirmək istəyir. Bütün bunlara görə işləməyə bölgələri yox, paytaxtı seçir. Ona görə də, həkimlərin əmək haqqının artırılması, məişət məsələləri öz həllini tapmalıdır" - Qarayev bildirib. Həkim çatışmazlığı bölgələrdə ölüm hallarını artırır Qeyd edək ki, rayonlarda ciddi həkim çatışmazlığı səbəbindən xəstələr hələ də müalicə üçün paytaxta üz tuturlar. Bir neçə gün öncə Şəkidən ağır vəziyyətdə Bakıya gətirilən 4 aylıq Ayla Mövlamlının vəfatı bölgələrdə həkim çatışmazlığı problemini yenidən aktuallaşdırıb. 4 aylıq körpənin ölümü ilə bağlı təfərrüatlar jurnalist Almaz Qasımovun sosial şəbəkədəki paylaşımından sonra ictimailəşib. Körpə bu ilin oktyabr ayının 22-də yüksək qızdırma ilə Şəki Mərkəzi Xəstəxanasına aparılsa da, tibb müəssisəsində gecə növbəsində həkim olmayıb. Xəstəxanada buna səbəb kimi tibb müəssisəsində yaşanan həkim çatışmazlığının olduğu göstərilib. Növbəti gün İntensiv terapiya şöbəsinə köçürülən körpəyə zəruri tibbi müdaxilələr edilib və rentgen müayinəsində körpənin hər iki ağciyərində pnevmaniya olduğu aşkarlanıb. Oktyabrın 24-də Bakıya gətirilən körpə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, Aylanın həyatını xilas etmək mümkün olmayıb. Ölüm faktı ilə bağlı TƏBİB-də Komissiya araşdırmalarına başlanılıb. Xatırladaq ki, bu hadisə ölkəmizdə ilk fakt deyil. Əvvəllər də rayonlardakı həkim çatışmazlığı pasiyentlərin ölümünə səbəb olub. Bölgələrdə bu ixtisaslar üzrə həkim çatışmır Bir neçə ay öncə TƏBİB respublikanın bir çox bölgələrində travmatoloq, ortoped, anestezioloq-reanimatoloq, mama-ginekoloq, nefroloq, psixiatr, narkoloq, uşaq cərrahı, uroloq, nevroloq, şüa diaqnostikası üzrə həkim (rentgen və KT üzrə) çatışmazlığının müşahidə olunduğunu açıqlamışdı.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/02/469126061_190:0:2921:2048_1920x0_80_0_0_0b869a5955cb34136bcbe30e28ded847.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
həkim, təbib, xəstəxana
Yaşlı həkimlərə yaşıl işıq: Bölgələrdə həkim çatışmazlığı necə aradan qaldırılacaq?
Ədalət Rüstəm bildirib ki, hazırda bölgələrdə cərrah, uşaq cərrahı və ciddi anestezioloq çatışmazlığı var.
BAKI, 11 noyabr — Sputnik. Azərbaycanda həkimlərin yaş məhdudiyyəti ilə bağlı təkliflər verilib. TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə bildirib ki, həkimlərin yaş həddi qanunvericiliklə tənzimlənir:
"Bəzi regionlarımızda həkim və tibb işçilərinin çatışmazlığını nəzərə alaraq, müvafiq qurumlara yaş həddi üzrə təkliflər vermişik. Təklif etmişik ki, bununla bağlı qanunvericilikdə bəzi məqamlar nəzərə alınsın. Hazırda məsələ ilə əlaqədar iş gedir".
O, bildirib ki, bu ilin sonuna yaxın TƏBİB tabeliyində olan tibb müəssisələrində xaricdə təhsil alıb ölkəyə qayıdan 10 həkim fəaliyyətə başlayacaq. Bunlar əsasən Almaniya və Türkiyə Respublikalarında çalışmış həkimlərdir. TƏBİB sədrinin sözlərinə görə, regionlarda həkim çatışmazlığını aradan qaldırmaq üçün layihə həyata keçirilir: "Xaricdə təhsil alıb ölkəyə qayıtmış 79 həkim bu layihə üzrə işə başlayıb".
Həkimlərin fəaliyyətinə yaş məhdudiyyəti qoyulur
Azərbaycan Həkimlər Birliyinin sədri Ədalət Rüstəm Sputnik Azərbaycan-a bildirib ki, həkimlər də şairlər, yazıçılar kimi yaradacı şəxslər olduğundan onların fəaliyyətinə yaş məhdudiyyətinin qoyulması düzgün deyil. Onun sözlərinə görə, həkimlərin fəaliyyətinə yaş məhdudiyyəti qoyulduğundan, rayonlarda həkim çatışmazlığı müşahidə olunur.
"Həkimin də işi yaradıcı fəaliyyətdir. Ona görə də, həkimlərin 65 yaşdan sonra işləməsinə məhdudiyyətin qoyulması düzgün deyil. Bu gün 65 yaşdan yuxarı həkimlər dövlət tibb müəssisələrində işləyə bilmir. Ona görə də yaşlı həkimlər gedib özəl tibb müəssisələrində işləyirlər. Bu zaman sual yaranır, 70 yaşlı həkim özəl tibb müəssisəsində işləyə bilirsə, niyə dövlət tibb müəssisəsində çalışmasın? Yaşlı həkimlər daha təcrübəli olurlar. Dünyaca məşhur cərrah Fyodor Qriqoryeviç Uqlov 102 yaşında cərrahiyyə əməliyyatı aparıb. Bu gün elə həkimlərimiz var ki, 80 yaşları olsa da, əmək qabiliyyətlərini itirməyiblər" - deyə Birlik sədri bildirib.
Gənc həkimlər bölgələrə niyə getmirlər?
Ə.Rüstəmin sözlərinə görə, gənc həkimlər bölgələrə işləməyə getmirlər. Buna səbəb isə əmək haqqının aşağı olması, xəstəxanalarda şəraitsizlikdir. Onun sözlərinə görə, bölgələrdə, kiçik şəhər və rayonlarda ancaq məcbur olanlar işləyirlər:
"Bu gün Ağsu, Yardımlı kimi kiçik rayonlara həkimlər işləməyə getmirlər. Onlar bölgələrdən əsasən iri şəhərlərdə işləməyə razı olurlar. Hansı ki, orada diaqnostik mərkəzlər, müasir avadanlıqlar var. Buna görə bu gün rayonların əksəriyyətində həkim çatışmazlığı problemi mövcuddur. Hazırda rayon mərkəzlərində normal şəraiti olan mənzillərin kirayə haqqı 300 manatdır. Həkimə 300 manat kirayə haqqı ödəyib bölgədə işləmək sərf etmir. Ona görə də TƏBİB bölgələrə təyinat alan həkimlərə daha yüksək əmək haqqı, kirayə pulu ödəməlidir".
Ə.Rüstəm deyir ki, hazırda bölgələrdə daha çox uşaq cərahları, ümumi cərrahlar, anestezioloq çatışmır. O, bölgələrdəki xəstəxanalarda anesteziologiya-reanimasiya şöbəsi olsa da, anestezioloqlar yoxdur.
Stimullaşdırıcı tədbirlərə ehtiyac var
Pediatr Vaqif Qarayev isə bildirir ki, həkimlərin regiona getməsi üçün stimullaşdırıcı tədbirlərə ehtiyac var. Onun sözlərinə görə, regionlardakı tibb müəssisələrinin maddi-texniki bazası arzuolunan səviyyədə deyil.
"Gənc həkim normal mənzil şəraiti, övladı üçün normal bağça, məktəb istəyir. Həmçinin gənc həkim ailəsi ilə asudə vaxtlarını normal keçirmək istəyir. Bütün bunlara görə işləməyə bölgələri yox, paytaxtı seçir. Ona görə də, həkimlərin əmək haqqının artırılması, məişət məsələləri öz həllini tapmalıdır" - Qarayev bildirib.
Həkim çatışmazlığı bölgələrdə ölüm hallarını artırır
Qeyd edək ki, rayonlarda ciddi həkim çatışmazlığı səbəbindən xəstələr hələ də müalicə üçün paytaxta üz tuturlar. Bir neçə gün öncə Şəkidən ağır vəziyyətdə Bakıya gətirilən 4 aylıq Ayla Mövlamlının vəfatı bölgələrdə həkim çatışmazlığı problemini yenidən aktuallaşdırıb. 4 aylıq körpənin ölümü ilə bağlı təfərrüatlar jurnalist Almaz Qasımovun sosial şəbəkədəki paylaşımından sonra ictimailəşib.
Körpə bu ilin oktyabr ayının 22-də yüksək qızdırma ilə Şəki Mərkəzi Xəstəxanasına aparılsa da, tibb müəssisəsində gecə növbəsində həkim olmayıb. Xəstəxanada buna səbəb kimi tibb müəssisəsində yaşanan həkim çatışmazlığının olduğu göstərilib. Növbəti gün İntensiv terapiya şöbəsinə köçürülən körpəyə zəruri tibbi müdaxilələr edilib və rentgen müayinəsində körpənin hər iki ağciyərində pnevmaniya olduğu aşkarlanıb. Oktyabrın 24-də Bakıya gətirilən körpə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, Aylanın həyatını xilas etmək mümkün olmayıb. Ölüm faktı ilə bağlı TƏBİB-də Komissiya araşdırmalarına başlanılıb.
Xatırladaq ki, bu hadisə ölkəmizdə ilk fakt deyil. Əvvəllər də rayonlardakı həkim çatışmazlığı pasiyentlərin ölümünə səbəb olub.
Bölgələrdə bu ixtisaslar üzrə həkim çatışmır
Bir neçə ay öncə TƏBİB respublikanın bir çox bölgələrində travmatoloq, ortoped, anestezioloq-reanimatoloq, mama-ginekoloq, nefroloq, psixiatr, narkoloq, uşaq cərrahı, uroloq, nevroloq, şüa diaqnostikası üzrə həkim (rentgen və KT üzrə) çatışmazlığının müşahidə olunduğunu açıqlamışdı.