Bu günlərdə Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (XTNS) "Rusiya" sərgi-forumu keçirilir, ilk üç gündə təxminən 450 min insan buranı zayarət edib. Bu barədə təşkilatçılar xəbər verib. Açılış günü, noyabrın 4-də tədbirə 191 min nəfər, noyabrın 5-də – 123 min nəfər, noyabrın 6-da – 134 min nəfər qatılıb ki, bu da XTNS üçün rekorddur. "Noyabrın 5-də sərgi meydançasında Rusiyanın hər yerindən istedadlı gənclərin çıxış etdiyi "Küləklərin qızılgülü - Rusiyanın nailiyyəti" qala-konserti, həmçinin Antoxa MS, "Gayazovs Brothers", Ramil", Sevillenin iştirakı ilə VK konserti baş tutub. Bazar ertəsi şair və müğənni, "Ulduzlar fabriki"nin qalibi İrina Dubtsova "Rusiya" Beynəlxalq sərgi-forumunun əsas səhnəsinə çıxıb", - deyə təşkilatçılar qeyd ediblər. Beynəlxalq sərgi-forumu 2024-cü il aprelin 12-dək davam edəcək. Burada 89 region, 22 federal icra hakimiyyəti orqanı (nazirliklər, həmçinin Dövlət Ehtiyatları üzrə Federal Agentlik), 20 şirkət, korporasiya və ictimai təşkilatlar iştirak edirlər, ümumilikdə burada 131 ekspozisiya nümayiş olunub. Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində konsertlər, maarifləndirici tədbirlər və ustad dərsləri keçirilib, yeni pavilyonlar və təqdimatlar açılıb.
Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Moskva sərgi-forumuna gələnlərin sayı ilk üç gündə rekord qırıb.
Bu günlərdə Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (XTNS) "Rusiya" sərgi-forumu keçirilir, ilk üç gündə təxminən 450 min insan buranı zayarət edib. Bu barədə təşkilatçılar xəbər verib.
Açılış günü, noyabrın 4-də tədbirə 191 min nəfər, noyabrın 5-də – 123 min nəfər, noyabrın 6-da – 134 min nəfər qatılıb ki, bu da XTNS üçün rekorddur.
"Noyabrın 5-də sərgi meydançasında Rusiyanın hər yerindən istedadlı gənclərin çıxış etdiyi "Küləklərin qızılgülü - Rusiyanın nailiyyəti" qala-konserti, həmçinin Antoxa MS, "Gayazovs Brothers", Ramil", Sevillenin iştirakı ilə VK konserti baş tutub. Bazar ertəsi şair və müğənni, "Ulduzlar fabriki"nin qalibi İrina Dubtsova "Rusiya" Beynəlxalq sərgi-forumunun əsas səhnəsinə çıxıb", - deyə təşkilatçılar qeyd ediblər.
Beynəlxalq sərgi-forumu 2024-cü il aprelin 12-dək davam edəcək. Burada 89 region, 22 federal icra hakimiyyəti orqanı (nazirliklər, həmçinin Dövlət Ehtiyatları üzrə Federal Agentlik), 20 şirkət, korporasiya və ictimai təşkilatlar iştirak edirlər, ümumilikdə burada 131 ekspozisiya nümayiş olunub.
Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində konsertlər, maarifləndirici tədbirlər və ustad dərsləri keçirilib, yeni pavilyonlar və təqdimatlar açılıb.