CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Beynəlxalq qurumlara Ermənistanda insan haqlarının pozulması barədə hesabatlar göndərilib

© Sputnik / Murad OrujovAzərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Səbinə Əliyeva
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Səbinə Əliyeva  - Sputnik Azərbaycan, 1920, 11.11.2023
Abunə olmaq
Səbinə Əliyeva deyib ki, işğal dövründə Ermənistanın törədiyi cinayətlər, II Qarabağ müharibəsi zamanı mülki əhalinin məskunlaşdığı ərazilərə edilmiş raket hücumlarının tələfatları və dağıntılar, aşkarlanmış kütləvi məzarlıqlar da hesabatlarda yer alıb.
BAKI, 11 noyabr — Sputnik. “Beynəlxalq təşkilatlara Ermənistanın insan hüquqlarını pozması barədə hesabatlar göndərmişik”.
Bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva IX Bakı Beynəlxalq Kitab Sərgisində çıxışı zamanı deyib.
O söyləyib ki, builki sərgidə təsisatının Azərbaycan, rus və ingilis dillərində 240 adda nəşri sərgilənir.
Ombudsman qeyd edib ki, nəşrlər arasında təsisat tərəfindən məişət zorakılığının qarşısının alınması, miqrantların hüquqlarının müdafiəsi, informasiya əldə etmək hüququ, autizmli uşaqlarla bağlı və digər mövzularda hazırlanmış maarifləndirici bukletlər və lifletlər, eləcə də Azərbaycan torpaqlarının otuz illik işğalı dövründə Ermənistan tərəfindən törədilmiş insan hüquqları pozuntuları, nifrət nitqi və nifrət cinayətləri, İkinci Qarabağ müharibəsi zamanı mülki əhalinin məskunlaşdığı ərazilərə edilmiş raket hücumlarının tələfatları və dağıntılarla əlaqədar və azərbaycanlılara məxsus dağıdılmış qəbiristanlıqlarda, aşkarlanmış kütləvi məzarlıqlarda həyata keçirilmiş faktaraşdırıcı missiyaların nəticələri ilə bağlı hesabatlar da yer alıb.
S.Əliyeva bildirib ki, bütün bu nəşrlər cəmiyyətin hüquqi maarifləndirilməsində, həmçinin ölkəmizə və xalqımıza qarşı törədilmiş hüquq pozuntuları barədə məlumatların daha geniş yayılmasında mühüm rol oynayır:
“Təsisatın hüquqi maarifləndirmə məqsədilə çap olunmuş nəşrləri artıq bir çox xarici ölkələrin ombudsman və milli insan hüquqları institutlarına, milli kitabxanalarına, beynəlxalq insan hüquqları təşkilatlarına, ali məktəblərin, eyni zamanda, bir sıra dövlət qurumlarının və müəssisələrinin kitabxanalarına, ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların ofislərinə də göndərilib”.
30.10.23, 10:29
Ermənistanda azərbaycanlılara qarşı nifrət nitqi artır
"Bu gün sosial şəbəkələrdə və rəqəmsal mediada Ermənistan tərəfindən azərbaycanlılara qarşı nifrət nitqi daha da artmaqdadır". Bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bakıda keçirilən Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi hesabatının təqdimatında deyib.
Onun sözlərinə görə, Ermənistanda cəmiyyətin müxtəlif təbəqələri, eləcə də dünyanın müxtəlif bölgələrində yaşayan erməni əsilli şəxslər tərəfindən azərbaycanlılara qarşı nifrət nitqi kəskin şəkildə ifadə edilməkdədir:

"Bu cür hallar İkinci Qarabağ müharibəsi zamanı və postmüharibə dövründə daha geniş vüsət almışdır. Belə ki, istər sosial şəbəkələrdə, istərsə də mətbuatda ölkəmizə və azərbaycanlılara qarşı aşağılayıcı, təhqiramiz, açıq şəkildə nifrəti təbliğ edən ifadələr səsləndirilib".

Ombudsman bildirib ki, hazırda sosial şəbəkələrdə, internet saytlarda davamlı olaraq azərbaycanlıları hədələyən açıqlamaların verilməsi, onlara münasibətdə aqressiv və insan ləyaqətini alçaldan ifadələrin işlənməsi, etnik zəmində nifrətin təşviq edilməsi məhz uzun illərdir Ermənistan tərəfindən ölkəmizə qarşı yaradılmış dözümsüzlük siyasətinin daha bir təzahürüdür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0