Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

BVF iqtisadçıları dünyanı iki ticarət blokuna ayıran bir model yaradıblar

© AFP 2024 / DANIEL SLIM Valyuta Fondu
 Valyuta Fondu - Sputnik Azərbaycan, 1920, 11.11.2023
Abunə olmaq
Proqnozdan belə çıxır ki, bir bloka ABŞ və Aİ, ikinci bloka isə Çin və Rusiya rəhbərlik edəcək.
BAKI, 11 noyabr — Sputnik. Beynəlxalq Valyuta Fondunun (BVF) iqtisadçıları dünya iqtisadiyyatının bir-biri ilə qarşılıqlı əlaqədə olmayan iki ticarət blokuna çökməsi modelini qurublar.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
Proqnozdan belə çıxır ki, bir bloka ABŞ və Avropa İttifaqı, ikinci bloka isə Çin və Rusiya Federasiyası rəhbərlik edəcək. Ekspertlər hesab edirlər ki, birliklər bir-biri ilə qarşılıqlı əlaqədə olmayacaqlar. Bu, ticarət məhdudiyyətləri və xammal uğrunda mübarizə ilə bağlı olacaq. Belə tədbirlərin bir çox malların qiymətinə təsir edəcəyi iddia edilir.
İqtisadçıların fikrincə, dünyanı iki bloka bölərkən Afrika və Mərkəzi Asiya ölkələrinin, eləcə də digər regionlardakı dövlətlərin qlobal iqtisadiyyata təsirini də nəzərə almaq lazımdır.
Bununla yanaşı, rusiyalı iqtisadçılar BVF modelinin hipotetik olduğunu düşünürlər. Onlar qeyd ediblər ki, iki bloklu dünyada çox şey blokların konfiqurasiyasından - ilk növbədə Afrika, Mərkəzi Asiya və Ukraynanın hansı tərəfə qoşulacağından asılı olacaq.
Qeyd edək ki, 2023-cü ilin yanvar-oktyabr aylarında Rusiya ilə Çin arasında ticarət dövriyyəsinin 27,7% artdığı bildirilib.
Xəbər lenti
0