https://sputnik.az/20231111/astarada-77-yasli-tibb-bacisini-oldurenlerden-ikisi-qonsusudur-460454674.html
Astarada 77 yaşlı tibb bacısını öldürənlərdən ikisi qonşusudur
Astarada 77 yaşlı tibb bacısını öldürənlərdən ikisi qonşusudur
Sputnik Azərbaycan
Ehtimal edilir ki, qadın həmin vaxt evdə olmayıb, amma bir qədər sonra geri qayıdıb və mənzildə oğrularla qarşılaşıb. 11.11.2023, Sputnik Azərbaycan
2023-11-11T14:20+0400
2023-11-11T14:20+0400
2023-11-11T14:20+0400
hadisə
qətl
qətl hadisəsi
qətl hadisəsi
astara
https://cdnn1.img.sputnik.az/img/42395/16/423951657_0:320:3073:2048_1920x0_80_0_0_2b556161f0c0c529e9da8fb3ce9362b4.jpg
BAKI, 11 noyabr - Sputnik. Astara rayonunun Kakalos kənd sakini, 77 yaşlı Zeynəb Məmmədovanın qətlə yetirilməsi hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub."Report"un əldə etdiyi məlumata görə, hadisə noyabrın 10-u günorta saatlarında baş verib.Qətldə şübhəli bilinərək saxlanılan Məmmədov Elmir Ətrafil oğlu, əvvəllər məhkum olunmuş Əkbərov Vüsal Zaid oğlu və Şəmkir rayon sakini, Süleymanov Bəhruz Rəşid oğlu evə oğurluq məqsədilə daxil olublar. Z.Məmmədova həmin evdə tək yaşayırmış.Ehtimal edilir ki, qadın həmin vaxt evdə olmayıb, amma bir qədər sonra geri qayıdıb və mənzildə oğrularla qarşılaşıb.Məlumata görə, qadın işgəncələrlə öldürülüb. Belə ki, onun qolları, ayaqları bağlanıb, üzərində olan qızıl-ziynət əşyaları götürülüb.Hadisəni törətməkdə şübhəli bilinən şəxslərdən ikisi - E.Məmmədov və V.Əkbərov öldürdükləri qadınla qonşu olublar.Qeyd edək ki, Z.Məmmədova təqaüddə olan tibb bacısıdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42395/16/423951657_0:0:2731:2048_1920x0_80_0_0_f71bbaba23a4e4f51477fbf0e36738d6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qətl, qətl hadisəsi, qətl hadisəsi, astara
qətl, qətl hadisəsi, qətl hadisəsi, astara
Astarada 77 yaşlı tibb bacısını öldürənlərdən ikisi qonşusudur
Ehtimal edilir ki, qadın həmin vaxt evdə olmayıb, amma bir qədər sonra geri qayıdıb və mənzildə oğrularla qarşılaşıb.
BAKI, 11 noyabr - Sputnik. Astara rayonunun Kakalos kənd sakini, 77 yaşlı Zeynəb Məmmədovanın qətlə yetirilməsi hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.
"Report"un əldə etdiyi məlumata görə, hadisə noyabrın 10-u günorta saatlarında baş verib.
Qətldə şübhəli bilinərək saxlanılan Məmmədov Elmir Ətrafil oğlu, əvvəllər məhkum olunmuş Əkbərov Vüsal Zaid oğlu və Şəmkir rayon sakini, Süleymanov Bəhruz Rəşid oğlu evə oğurluq məqsədilə daxil olublar. Z.Məmmədova həmin evdə tək yaşayırmış.
Ehtimal edilir ki, qadın həmin vaxt evdə olmayıb, amma bir qədər sonra geri qayıdıb və mənzildə oğrularla qarşılaşıb.
Məlumata görə, qadın işgəncələrlə öldürülüb. Belə ki, onun qolları, ayaqları bağlanıb, üzərində olan qızıl-ziynət əşyaları götürülüb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxslərdən ikisi - E.Məmmədov və V.Əkbərov öldürdükləri qadınla qonşu olublar.
Qeyd edək ki, Z.Məmmədova təqaüddə olan tibb bacısıdır.