DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ alimləri: Günəş aktivliyinin zirvəsi proqnozlaşdırılandan daha tez gələcək

© AFP 2024 / SAEED KHANGünəş, arxiv şəkli
Günəş, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.11.2023
Abunə olmaq
Günəş aktivliyinin pik dövründə nəinki hava şəraitindən asılı olan insanların rifahı pisləşə bilər, həm də yüksək texnologiyalı avadanlıq və elektronika sıradan çıxa bilər.
BAKI, 11 noyabr — Sputnik. 2019-cu ildə Günəş tsiklinin pik aktivliyi ilə bağlı verilən proqnoz qeyri-dəqiq olub. Hadisənin özü daha tez baş verəcək və əvvəllər düşünüldüyündən daha güclü olacaq. Bunu ABŞ-ın Kosmik Hava Proqnozları Mərkəzinin alimləri bildiriblər.
Belə ki, Günəş dövrü təxminən 11 ildir və ulduzun müxtəlif dövrlərində fərqli fəaliyyəti ilə xarakterizə olunur. Mütəxəssislərin fikrincə, günəş aktivliyinin hazırkı pik nöqtəsi 2024-cü ilin yanvar-oktyabr aylarında baş verəcək.
Onlar xəbərdarlıq ediblər ki, Günəş aktivliyinin pik dövründə nəinki hava şəraitindən asılı olan insanların rifahı pisləşə bilər, həm də yüksək texnologiyalı avadanlıq və elektronika sıradan çıxa bilər.

"Biz kosmosdakı hava şəraitini məhəl qoymaya bilmərik, lakin özümüzü qorumaq üçün müvafiq tədbirlər görə bilərik", - deyə NASA-da bəyan ediblər.

Xatırladaq ki, yüksək Günəş aktivliyinin Yerdəki avadanlıqlara təsirinin ən parlaq nümunələrindən biri 1989-cu ildə Kanadada baş verib. Həmin vaxt planetin maqnit sahəsindəki pozuntu nəticəsində bütün Kvebek əyalətində elektrik enerjisi tam 12 saat ərzində yox olmuşdu.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0