Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Şabranda qəza olub, 5 nəfər xəsarət alıb

© AFP 2023 / JOEL SAGETQəza, arxiv şəkli
Qəza, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.11.2023
Abunə olmaq
Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.
BAKI, 10 noyabr - Sputnik. Şabran rayonunun Pirəbədil kəndi ərazisində hotel işçiləri qəzaya düşüb, 5 nəfər xəsarət alıb.
"Report"un məlumatına gorə, “VAZ-2106” və “Nissan X-Trail” markalı minik avtomobillərinin toqquşması nəticəsində "Şabran Hotel"in işçiləri - 1992-ci il təvəllüdlü Zeynalov Əlisahib Mirzə oğlu, Vəliyev Cəmil Əşrəf oğlu, 2004-cü il təvəllüdlü Sərdarov Elmir Vüsal oğlu, 2007-ci il təvəllüdlü Zeynalov Cavad Həbib oğlu və 1988-ci il təvəllüdlü Haşımov Elxan Pirverdi oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Xəbər lenti
0