https://sputnik.az/20231110/sabah-goycayda-nar-festivali-baslayacaq-460443774.html
Sabah Göyçayda nar festivalı başlayacaq
Sabah Göyçayda nar festivalı başlayacaq
Sputnik Azərbaycan
İki gün davam edəcək XV festivalda nar və nar məhsullarının satış-yarmarkaları, yerli musiqiçilərin iştirakı ilə konsert təşkil olunacaq, nardan hazırlanan... 10.11.2023, Sputnik Azərbaycan
2023-11-10T20:00+0400
2023-11-10T20:00+0400
2023-11-10T21:35+0400
azərbaycan xəbərləri
nar
nar bayramı
göyçay
göyçay rayonu
https://cdnn1.img.sputnik.az/img/42227/66/422276685_0:160:3072:1888_1920x0_80_0_0_472a32d92dd236b1e2fad1850e6226f5.jpg
BAKI, 10 noyabr - Sputnik. Noyabrın 11-də Göyçayda dörd illik fasilədən sonra nar festivalı başlayacaq.İki gün davam edəcək XV festivalda nar və nar məhsullarının satış-yarmarkaları, yerli musiqiçilərin iştirakı ilə konsert təşkil olunacaq, nardan hazırlanan müxtəlif əl işləri nümayiş etdiriləcək.Səhər saatlarında mərkəzi stadiondan start veriləcək bayram tədbirində dövlət və hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının, ölkəmizdə akkreditə olunan diplomatik korpus təmsilçilərinin, beynəlxalq təşkilatların, diaspor nümayəndələrinin, yerli və xarici iş adamlarının iştirakı gözlənilir.Festivalın iştirakçıları gün ərzində nar məhsullarının sərgi-yarmarkası ilə tanış olacaq, rayon mədəniyyət evinin musiqi kollektivi, məktəblilərdən ibarət mahnı və rəqs qrupları, kəndirbaz və idmançıların çıxışlarına baxacaqlar. Tədbir zamanı nar ilə bağlı müxtəlif müsabiqələr, oyunlar keçiriləcək. Qonaqlar əl əməyi ilə yüksək ustalıqla hazırlanan nar şirəsinin, nar şərabının, nardançanın, gilələnən narın dadına baxacaqlar. Burada ən böyük nar nümayiş olunacaq.Nar festivalı üçün hazırlıq işləri artıq yekunlaşmaq üzrədir, folklor qrupları, incəsənət ustaları son məşqlərini edirlər. Eyni zamanda, sərgiyə və satış yarmarkasına çıxarılacaq nar və nardan hazırlanan məhsullar kəndlərdən rayon mərkəzinə daşınır.Qeyd edək ki, müxtəlif turizm şirkətləri noyabrın 11-12 də Bakı şəhərindən Göyçaya endirimli qiymətlərlə tur-aksiyalar keçirirlər. Turistlər rahat nəqliyyat vasitələri ilə Göyçaya gələrək rayonun gəzməli-görməli yerləri ilə tanış olacaq, bayram tədbirinə qatılacaq, satış yarmarkalarında nar məhsullarının dadına baxmaq və onları almaq imkanı qazanacaqlar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42227/66/422276685_171:0:2902:2048_1920x0_80_0_0_feacfb6e1128b0935c84c26a07f8cdd7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
nar, nar bayramı, göyçay, göyçay rayonu
nar, nar bayramı, göyçay, göyçay rayonu
Sabah Göyçayda nar festivalı başlayacaq
20:00 10.11.2023 (Yenilənib: 21:35 10.11.2023) İki gün davam edəcək XV festivalda nar və nar məhsullarının satış-yarmarkaları, yerli musiqiçilərin iştirakı ilə konsert təşkil olunacaq, nardan hazırlanan müxtəlif əl işləri nümayiş etdiriləcək.
BAKI, 10 noyabr - Sputnik. Noyabrın 11-də Göyçayda dörd illik fasilədən sonra nar festivalı başlayacaq.
İki gün davam edəcək XV festivalda nar və nar məhsullarının satış-yarmarkaları, yerli musiqiçilərin iştirakı ilə konsert təşkil olunacaq, nardan hazırlanan müxtəlif əl işləri nümayiş etdiriləcək.
Səhər saatlarında mərkəzi stadiondan start veriləcək bayram tədbirində dövlət və hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının, ölkəmizdə akkreditə olunan diplomatik korpus təmsilçilərinin, beynəlxalq təşkilatların, diaspor nümayəndələrinin, yerli və xarici iş adamlarının iştirakı gözlənilir.
Festivalın iştirakçıları gün ərzində nar məhsullarının sərgi-yarmarkası ilə tanış olacaq, rayon mədəniyyət evinin musiqi kollektivi, məktəblilərdən ibarət mahnı və rəqs qrupları, kəndirbaz və idmançıların çıxışlarına baxacaqlar. Tədbir zamanı nar ilə bağlı müxtəlif müsabiqələr, oyunlar keçiriləcək. Qonaqlar əl əməyi ilə yüksək ustalıqla hazırlanan nar şirəsinin, nar şərabının, nardançanın, gilələnən narın dadına baxacaqlar. Burada ən böyük nar nümayiş olunacaq.
Nar festivalı üçün hazırlıq işləri artıq yekunlaşmaq üzrədir, folklor qrupları, incəsənət ustaları son məşqlərini edirlər. Eyni zamanda, sərgiyə və satış yarmarkasına çıxarılacaq nar və nardan hazırlanan məhsullar kəndlərdən rayon mərkəzinə daşınır.
Qeyd edək ki, müxtəlif turizm şirkətləri noyabrın 11-12 də Bakı şəhərindən Göyçaya endirimli qiymətlərlə tur-aksiyalar keçirirlər. Turistlər rahat nəqliyyat vasitələri ilə Göyçaya gələrək rayonun gəzməli-görməli yerləri ilə tanış olacaq, bayram tədbirinə qatılacaq, satış yarmarkalarında nar məhsullarının dadına baxmaq və onları almaq imkanı qazanacaqlar.