https://sputnik.az/20231110/pasinyan-sefire-cavab-vere-bilmedi-azerbaycan-ermenistani-qerbi-azerbaycan-adlandirir--460448443.html
Paşinyan Parisdə səfirlə mübahisə etdi: "Ermənistanı "Qərbi Azərbaycan" adlandırırsız"
Paşinyan Parisdə səfirlə mübahisə etdi: "Ermənistanı "Qərbi Azərbaycan" adlandırırsız"
Sputnik Azərbaycan
Səfir Leyla Abdullayeva fransız moderatordan soruşub ki, Fransanın Ermənistanı silahlandırmaq, ölkədəki revanşist ideologiyanı dəstəkləmək qərarı həqiqətən də... 10.11.2023, Sputnik Azərbaycan
2023-11-10T23:38+0400
2023-11-10T23:38+0400
2023-11-10T23:43+0400
qarabağın dirçəlişi və reinteqrasiyası
leyla abdullayeva
fransa
nikol paşinyan
ermənistanın baş naziri nikol paşinyan
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/17/460816223_0:39:2723:1571_1920x0_80_0_0_9924bec2b5e920ce4c644c1b6170b456.jpg
BAKI, 10 noyabr - Sputnik. Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Paris Sülh Forumu çərçivəsində keçirilən panel müzakirəsində Ermənistanın Baş naziri Nikol Paşinyana və Azərbaycanla bağlı qərəzli suallar ünvanlayan moderatora cavab verib.Nikol Paşinyan gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə birlikdə iştirak etdiyi panel müzakirəsində Qranadada beştərəfli görüşün baş tutmamasına görə Azərbaycan tərəfini günahlandırıb və Azərbaycanın daha əvvəl razılaşdırılmış görüşdə imtina etdiyini bildirib.Müzakirədə dinləyici qismində çıxış edən Leyla Abdullayeva əvvəlcə moderatorun suallarının qərəzli olmasına diqqət çəkib: “Moderator, vurğuladınız ki, siz Fransada Azərbaycanın Ermənistana qarşı törətdiyi “təhdidlərdən” narahatsınız. Diqqətinizə çatdırım ki, bu “təhdidlər” tamamilə əsassızdır. Çünki Azərbaycanın bu günədək etdiyi beynəlxalq ictimaiyyət tərəfindən tanınmış öz əraziləri üzərində suverenliyini bərpa etmək olub. Biz faktiki olaraq beynəlxalq hüquqa görə Azərbaycana aid olanı qazanmışıq. Azərbaycan hər zaman dəfələrlə sülhdə maraqlı olduğunu bəyan edib. Sadəcə bəyan etməyib, Azərbaycan 2020-ci ildə müharibədən dərhal sonra Ermənistanla normallaşma prosesinin təşəbbüskarı olub və əlbəttə ki, Azərbaycan Ermənistanla birbaşa doialoqun tərəfdarıdır”.Leyla Abdullayeva daha sonra Nikol Paşinyanın ittihamlarına cavab verib: “Azərbaycan Prezidentinin Qranada görüşü ilə bağlı mövqeyi düşünürəm ki, aydın şəkildə bildirilib. Qranada görüşündən bir gün öncə Fransanın xarici işlər naziri Ermənistana səfər etdi və Ermənistana silahların göndərilməsi ilə bağlı qərarı bəyan etdi. Bu Ermənistanı silahlandırmaq, ölkədəki revanşist ideologiyanı dəstəkləmək qərarı həqiqətən də regionda sülh və normallaşmaya xidmət etmək məqsədilə idi? Digər tərəfdən isə Fransa vasitəçi kimi iştirak etmək niyyətində idi. Beləliklə açıq şəkildə bir ölkənin tərəfini tutan və onu açıq şəkildə silahlandırıran ölkə daha sonra deyir ki, mən vasitəçiyəm. Digər tərəfdən isə liderlər Türkiyə Prezidentinin iştirakından imtina etdilər. Bu izahlar Azərbaycan tərəfindən açıq şəkildə ifadə edilib”.Leyla Abdullayevanin çıxışı zaldakı dinləyicilərin alqışları ilə qarşılanıb. Nikol Paşinyan Azərbaycan səfirinə cavab vermək üçün mikrofonu götürsə də, səsləndirilən arqumentlərə münasibət bildirməyib və mövzunu dəyişərək Azərbaycanın Ermənistanı Qərbi Azərbaycan adlandırdığını deyib (APA).
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/17/460816223_229:0:2650:1816_1920x0_80_0_0_3950218d98f6855f1ba0d81588c7cd50.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
leyla abdullayeva, fransa, nikol paşinyan, ermənistanın baş naziri nikol paşinyan, ermənistan
leyla abdullayeva, fransa, nikol paşinyan, ermənistanın baş naziri nikol paşinyan, ermənistan
Paşinyan Parisdə səfirlə mübahisə etdi: "Ermənistanı "Qərbi Azərbaycan" adlandırırsız"
23:38 10.11.2023 (Yenilənib: 23:43 10.11.2023) Səfir Leyla Abdullayeva fransız moderatordan soruşub ki, Fransanın Ermənistanı silahlandırmaq, ölkədəki revanşist ideologiyanı dəstəkləmək qərarı həqiqətən də regionda sülh və normallaşmaya xidmət etmək məqsədilə idi?
BAKI, 10 noyabr - Sputnik. Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Paris Sülh Forumu çərçivəsində keçirilən panel müzakirəsində Ermənistanın Baş naziri Nikol Paşinyana və Azərbaycanla bağlı qərəzli suallar ünvanlayan moderatora cavab verib.
Nikol Paşinyan gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə birlikdə iştirak etdiyi panel müzakirəsində Qranadada beştərəfli görüşün baş tutmamasına görə Azərbaycan tərəfini günahlandırıb və Azərbaycanın daha əvvəl razılaşdırılmış görüşdə imtina etdiyini bildirib.
Müzakirədə dinləyici qismində çıxış edən Leyla Abdullayeva əvvəlcə moderatorun suallarının qərəzli olmasına diqqət çəkib:
“Moderator, vurğuladınız ki, siz Fransada Azərbaycanın Ermənistana qarşı törətdiyi “təhdidlərdən” narahatsınız. Diqqətinizə çatdırım ki, bu “təhdidlər” tamamilə əsassızdır. Çünki Azərbaycanın bu günədək etdiyi beynəlxalq ictimaiyyət tərəfindən tanınmış öz əraziləri üzərində suverenliyini bərpa etmək olub. Biz faktiki olaraq beynəlxalq hüquqa görə Azərbaycana aid olanı qazanmışıq. Azərbaycan hər zaman dəfələrlə sülhdə maraqlı olduğunu bəyan edib. Sadəcə bəyan etməyib, Azərbaycan 2020-ci ildə müharibədən dərhal sonra Ermənistanla normallaşma prosesinin təşəbbüskarı olub və əlbəttə ki, Azərbaycan Ermənistanla birbaşa doialoqun tərəfdarıdır”.
Leyla Abdullayeva daha sonra Nikol Paşinyanın ittihamlarına cavab verib: “Azərbaycan Prezidentinin Qranada görüşü ilə bağlı mövqeyi düşünürəm ki, aydın şəkildə bildirilib. Qranada görüşündən bir gün öncə Fransanın xarici işlər naziri Ermənistana səfər etdi və Ermənistana silahların göndərilməsi ilə bağlı qərarı bəyan etdi. Bu Ermənistanı silahlandırmaq, ölkədəki revanşist ideologiyanı dəstəkləmək qərarı həqiqətən də regionda sülh və normallaşmaya xidmət etmək məqsədilə idi? Digər tərəfdən isə Fransa vasitəçi kimi iştirak etmək niyyətində idi. Beləliklə açıq şəkildə bir ölkənin tərəfini tutan və onu açıq şəkildə silahlandırıran ölkə daha sonra deyir ki, mən vasitəçiyəm. Digər tərəfdən isə liderlər Türkiyə Prezidentinin iştirakından imtina etdilər. Bu izahlar Azərbaycan tərəfindən açıq şəkildə ifadə edilib”.
Leyla Abdullayevanin çıxışı zaldakı dinləyicilərin alqışları ilə qarşılanıb. Nikol Paşinyan Azərbaycan səfirinə cavab vermək üçün mikrofonu götürsə də, səsləndirilən arqumentlərə münasibət bildirməyib və mövzunu dəyişərək Azərbaycanın Ermənistanı Qərbi Azərbaycan adlandırdığını deyib (APA).