https://sputnik.az/20231110/naxcivanda-muellimlerin-mektebin-internetinden-istifadesine-niye-qadaga-qoyulub-460441891.html
Naxçıvanda müəllimlərin məktəbin internetindən istifadəsinə niyə qadağa qoyulub?
Naxçıvanda müəllimlərin məktəbin internetindən istifadəsinə niyə qadağa qoyulub?
Sputnik Azərbaycan
Məktəbdə tədris elektron lövhəli otaqlarda qrafikə əsasən, kompüter otaqlarında isə dərs cədvəlinə uyğun olaraq aparılır 10.11.2023, Sputnik Azərbaycan
2023-11-10T19:05+0400
2023-11-10T19:05+0400
2023-11-10T21:36+0400
təhsil
naxçıvan
müəllimlər
məktəb
internet
https://cdnn1.img.sputnik.az/img/07e6/02/08/438936756_0:0:3073:1728_1920x0_80_0_0_cc3839021fe5a395807e4e2f9f905f94.jpg
BAKI, 10 noyabr - Sputnik. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Şahbuz rayon Külüs kənd tam orta məktəbində müəllimlərin məktəbə aid internetdən istifadəsinə qadağa qoyulması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.Nazirlikdən "Report"a verilən məlumatda bildirilib ki, Şahbuz Rayon Rabitə İdarəsi ilə bağlanmış müqaviləyə əsasən sözügedən məktəbə 2.5 meqabit internet verilir: "İnternetdən məktəb tərəfindən üç elektron lövhə və kompüter otağında olan kompüterlərdən tədris prosesinə uyğun olaraq istifadə olunur. Həmin internetdən müəllimlər şəxsi məqsədləri üçün istifadə etdikdə isə internetin sürəti aşağı düşür. Bu da tədrisdə müəyyən çətinliklər yaradır. Həmçinin müəllimlərin şəxsi məqsədlər üçün internetlə təmin olunması ilə bağlı məktəbin heç bir öhdəliyi yoxdur".Qeyd olunub ki, məktəbdə tədris elektron lövhəli otaqlarda qrafikə əsasən, kompüter otaqlarında isə dərs cədvəlinə uyğun olaraq aparılır: "Həmin qrafikdə və dərs cədvəlində nəzərdə tutulmuş tədris saatlarından kənar vaxtlarda müəllimlər öz şəxsi inkişafları üçün məktəbin elektron lövhələrindən və kompüterlərindən istifadə edirlər. Bunun üçün də peqaqoji heyətə heç bir məhdudiyyət qoyulmur. Külüs kəndində mobil internetdən istifadə ilə bağlı problemə gəldikdə, akinlər müvafiq operatorlardan istifadə etməklə 4G şəbəkəsi ilə internetə qoşula bilirlər".Məlumatda məktəbdə suyun olmaması ilə bağlı yayılanların da həqiqəti əks etdirmədiyi vurğulanıb: "Hazırda məktəbdə su ilə bağlı heç bir problem yoxdur və digər vasitələrdən istifadə olunmaqla müvəqqəti olaraq məktəbə su çəkilib. Məktəbin artezian quyusunun avadanlığında olan nasazlıqla bağlı məlumat aidiyyəti qurumlara göndərilib. Yaxın müddət ərzində artezian quyusunda təmir işləri aparılacaq".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/08/438936756_0:0:2731:2048_1920x0_80_0_0_3a50d38648cc62b6e6aeae480d4f68b6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
naxçıvan, müəllimlər, məktəb, internet
naxçıvan, müəllimlər, məktəb, internet
Naxçıvanda müəllimlərin məktəbin internetindən istifadəsinə niyə qadağa qoyulub?
19:05 10.11.2023 (Yenilənib: 21:36 10.11.2023) Məktəbdə tədris elektron lövhəli otaqlarda qrafikə əsasən, kompüter otaqlarında isə dərs cədvəlinə uyğun olaraq aparılır
BAKI, 10 noyabr - Sputnik. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Şahbuz rayon Külüs kənd tam orta məktəbində müəllimlərin məktəbə aid internetdən istifadəsinə qadağa qoyulması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Nazirlikdən "Report"a verilən məlumatda bildirilib ki, Şahbuz Rayon Rabitə İdarəsi ilə bağlanmış müqaviləyə əsasən sözügedən məktəbə 2.5 meqabit internet verilir: "İnternetdən məktəb tərəfindən üç elektron lövhə və kompüter otağında olan kompüterlərdən tədris prosesinə uyğun olaraq istifadə olunur. Həmin internetdən müəllimlər şəxsi məqsədləri üçün istifadə etdikdə isə internetin sürəti aşağı düşür. Bu da tədrisdə müəyyən çətinliklər yaradır. Həmçinin müəllimlərin şəxsi məqsədlər üçün internetlə təmin olunması ilə bağlı məktəbin heç bir öhdəliyi yoxdur".
Qeyd olunub ki, məktəbdə tədris elektron lövhəli otaqlarda qrafikə əsasən, kompüter otaqlarında isə dərs cədvəlinə uyğun olaraq aparılır: "Həmin qrafikdə və dərs cədvəlində nəzərdə tutulmuş tədris saatlarından kənar vaxtlarda müəllimlər öz şəxsi inkişafları üçün məktəbin elektron lövhələrindən və kompüterlərindən istifadə edirlər. Bunun üçün də peqaqoji heyətə heç bir məhdudiyyət qoyulmur. Külüs kəndində mobil internetdən istifadə ilə bağlı problemə gəldikdə, akinlər müvafiq operatorlardan istifadə etməklə 4G şəbəkəsi ilə internetə qoşula bilirlər".
Məlumatda məktəbdə suyun olmaması ilə bağlı yayılanların da həqiqəti əks etdirmədiyi vurğulanıb: "Hazırda məktəbdə su ilə bağlı heç bir problem yoxdur və digər vasitələrdən istifadə olunmaqla müvəqqəti olaraq məktəbə su çəkilib. Məktəbin artezian quyusunun avadanlığında olan nasazlıqla bağlı məlumat aidiyyəti qurumlara göndərilib. Yaxın müddət ərzində artezian quyusunda təmir işləri aparılacaq".