https://sputnik.az/20231110/azerbaycanli-reperin-konserti-macaristana-ses-saldi--460442657.html
Azərbaycanlı reperin konserti Macarıstana səs saldı
Azərbaycanlı reperin konserti Macarıstana səs saldı
Sputnik Azərbaycan
Reperin xüsusilə “40-cı paralel”, “Torpaqdan ev” kimi milli vətənpərvərlik ruhunda və milli dəyərlərimizin təbliğinə həsr olunmuş mahnıları böyük rəğbətlə... 10.11.2023, Sputnik Azərbaycan
2023-11-10T22:25+0400
2023-11-10T22:25+0400
2023-11-10T22:25+0400
mədəniyyət
reper
budapeşt
zəfər günü
diaspor
diasporla iş üzrə dövlət komitəsi
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0b/426197098_0:198:1080:806_1920x0_80_0_0_4f6f7b71e77f1de869954e7a3f610a8b.jpg
BAKI, 10 noyabr -Sputnik. ABŞ-da yaşayan azərbaycanlı reper Orxan Zeynallı 8 Noyabr - Zəfər Günü ərəfəsində Budapeştdə konsert proqramı ilə çıxış edib.Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycanın hüdudlarından kənarda ilk konsertini verən Orxan Zeynallı 400-ə yaxın həmyerlimizi bir araya toplayıb. Azərbaycan Diasporuna Dəstək Fondunun da yardımı ilə baş tutan konsertə Budapeştdə yaşayan azərbaycanlılarla yanaşı, Polşa, İsveç, Belçika, Niderland, Litva, İngiltərə, Estoniya, Almaniya, İtaliya, Çexiya, Fransa, Gürcüstandan və eyni zamanda, Azərbaycandan da həmvətənlərimiz qatılıblar.Reperin xüsusilə “40-cı paralel”, “Torpaqdan ev” kimi milli vətənpərvərlik ruhunda və milli dəyərlərimizin təbliğinə həsr olunmuş mahnıları böyük rəğbətlə qarşılanıb. İki saata yaxın davam edən konsertdə Orxan Zeynallı sevilən mahnılarını dinləyiciləri ilə birlikdə ifa edib.Konsertin növbəti günü Budapeşt Azərbaycan Evində Orxan Zeynallının dinləyiciləri ilə maraqlı görüşü olub. Yaxın gələcəkdə reperin digər ölkələrdə də konsertlərinin keçirilməsi planlaşdırılır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0b/426197098_0:97:1080:907_1920x0_80_0_0_605dd8897ce426883b5954156f9b79cd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
reper, budapeşt, zəfər günü, diaspor, diasporla iş üzrə dövlət komitəsi
reper, budapeşt, zəfər günü, diaspor, diasporla iş üzrə dövlət komitəsi
Azərbaycanlı reperin konserti Macarıstana səs saldı
Reperin xüsusilə “40-cı paralel”, “Torpaqdan ev” kimi milli vətənpərvərlik ruhunda və milli dəyərlərimizin təbliğinə həsr olunmuş mahnıları böyük rəğbətlə qarşılanıb.
BAKI, 10 noyabr -Sputnik. ABŞ-da yaşayan azərbaycanlı reper Orxan Zeynallı 8 Noyabr - Zəfər Günü ərəfəsində Budapeştdə konsert proqramı ilə çıxış edib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycanın hüdudlarından kənarda ilk konsertini verən Orxan Zeynallı 400-ə yaxın həmyerlimizi bir araya toplayıb. Azərbaycan Diasporuna Dəstək Fondunun da yardımı ilə baş tutan konsertə Budapeştdə yaşayan azərbaycanlılarla yanaşı, Polşa, İsveç, Belçika, Niderland, Litva, İngiltərə, Estoniya, Almaniya, İtaliya, Çexiya, Fransa, Gürcüstandan və eyni zamanda, Azərbaycandan da həmvətənlərimiz qatılıblar.
Reperin xüsusilə “40-cı paralel”, “Torpaqdan ev” kimi milli vətənpərvərlik ruhunda və milli dəyərlərimizin təbliğinə həsr olunmuş mahnıları böyük rəğbətlə qarşılanıb. İki saata yaxın davam edən konsertdə Orxan Zeynallı sevilən mahnılarını dinləyiciləri ilə birlikdə ifa edib.
Konsertin növbəti günü Budapeşt Azərbaycan Evində Orxan Zeynallının dinləyiciləri ilə maraqlı görüşü olub. Yaxın gələcəkdə reperin digər ölkələrdə də konsertlərinin keçirilməsi planlaşdırılır.