https://sputnik.az/20231110/azerbaycan-ermenistan-ve-rf-xn-bascilarinin-moskva-gorusunun-tarixi-deqiqlesmeyib-460441108.html
Azərbaycan, Ermənistan və RF XİN başçılarının Moskva görüşünün tarixi dəqiqləşməyib
Azərbaycan, Ermənistan və RF XİN başçılarının Moskva görüşünün tarixi dəqiqləşməyib
Sputnik Azərbaycan
“Biz görüşün tarixini razılaşdıqdan sonra onu elan edəcəyik”, - Qaluzin deyib. 10.11.2023, Sputnik Azərbaycan
2023-11-10T16:10+0400
2023-11-10T16:10+0400
2023-11-10T17:39+0400
siyasət
rusiya xin
rusiya xarici işlər nazirliyi
azərbaycan xin
ermənistan xin
https://cdnn1.img.sputnik.az/img/07e7/02/17/452055827_0:106:2855:1711_1920x0_80_0_0_37a6aee1b6ce65d33c816519707470a3.jpg
BAKI, 10 noyabr - Sputnik. "Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin Moskvada görüşünün tarixi dəqiqləşdirilməyib".“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib."Biz dəfələrlə ikitərəfli münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması ilə bağlı Ermənistan və Azərbaycanın xarici işlər nazirləri səviyyəsində gələcək dialoq üçün Moskva platforması təqdim etməyə hazır olduğumuzu təsdiq etmişik”, - o vurğulayıb.“Biz görüşün tarixini razılaşdıqdan sonra onu elan edəcəyik”, - M.Qaluzin əlavə edib.Xatırladaq ki, daha əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva münaqişənin həllinə kömək etmək üçün Bakı və İrəvanla dialoqu davam etdirir, ancaq hələ ciddi irəliləyiş yoxdur. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın bildirdiyinə görə, siyasi iradə olarsa, Moskva Ermənistan və Azərbaycan XİN başçılarını qəbul etməyə hazırdır. O qeyd edib ki, perspektiv tamhüquqlu üçtərəfli sammitə çıxış ola bilər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/17/452055827_29:0:2642:1960_1920x0_80_0_0_2dc5e3cda153d75f231cacf040bed514.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya xin, rusiya xarici işlər nazirliyi, azərbaycan xin, ermənistan xin
rusiya xin, rusiya xarici işlər nazirliyi, azərbaycan xin, ermənistan xin
Azərbaycan, Ermənistan və RF XİN başçılarının Moskva görüşünün tarixi dəqiqləşməyib
16:10 10.11.2023 (Yenilənib: 17:39 10.11.2023) “Biz görüşün tarixini razılaşdıqdan sonra onu elan edəcəyik”, - Qaluzin deyib.
BAKI, 10 noyabr - Sputnik. "Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin Moskvada görüşünün tarixi dəqiqləşdirilməyib".
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
"Biz dəfələrlə ikitərəfli münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması ilə bağlı Ermənistan və Azərbaycanın xarici işlər nazirləri səviyyəsində gələcək dialoq üçün Moskva platforması təqdim etməyə hazır olduğumuzu təsdiq etmişik”, - o vurğulayıb.
“Biz görüşün tarixini razılaşdıqdan sonra onu elan edəcəyik”, - M.Qaluzin əlavə edib.
Xatırladaq ki, daha əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva münaqişənin həllinə kömək etmək üçün Bakı və İrəvanla dialoqu davam etdirir, ancaq hələ ciddi irəliləyiş yoxdur. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın bildirdiyinə görə, siyasi iradə olarsa, Moskva Ermənistan və Azərbaycan XİN başçılarını qəbul etməyə hazırdır. O qeyd edib ki, perspektiv tamhüquqlu üçtərəfli sammitə çıxış ola bilər.