https://sputnik.az/20231110/avropa-ttifaqi-gelecekde-turkiyenin-qapisini-tez-tez-doyecek---erdogan-460444998.html
Avropa İttifaqı gələcəkdə Türkiyənin qapısını tez-tez döyəcək - Ərdoğan
Avropa İttifaqı gələcəkdə Türkiyənin qapısını tez-tez döyəcək - Ərdoğan
Sputnik Azərbaycan
Türkiyə lideri deyib ki, Aİ düşdüyü strateji korluqdan qurtulmaq ümidini tədricən itirir. 10.11.2023, Sputnik Azərbaycan
2023-11-10T20:27+0400
2023-11-10T20:27+0400
2023-11-10T20:27+0400
dünya xəbərləri
rəcəb tayyip ərdoğan
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
avropa ittifaqı
türkiyə
dmitri peskov
vladimir putinin köməkçisi dmitri peskov
nato
nato
yens stoltenberq
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1b/457195397_0:0:3072:1728_1920x0_80_0_0_399dfcc94791e984fa2b47ce18a1ccd8.jpg
BAKI, 10 noyabr – Sputnik. Avropa İttifaqı düşdüyü strateji korluqdan qurtulmaq ümidini getdikcə itirir və “tez-tez Türkiyənin qapısını döyəcək”.Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.Türkiyə 1963-cü ildə Avropa İttifaqına (o zaman Avropa İqtisadi İttifaqı) ilə assosiasiya sazişi imzalayıb və 1987-ci ildə birliyə üzvlük üçün müraciət edib. Lakin üzvlük danışıqları yalnız 2005-ci ildə başlayıb və fikir ayrılıqlarına görə dəfələrlə dayandırılıb. Hazırda danışıqlar dosyesinin 35 fəslindən 16-sı açıqdır. Bundan əvvəl Ərdoğan BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka uçmazdan öncə demişdi ki, lazım gələrsə, Türkiyə ilə Aİ-nin yolları “ayrıla bilər”.“Aİ düşdüyü strateji korluqdan qurtulmaq ümidini tədricən itirir. Tədricən ümidini itirən Aİ tez-tez Türkiyənin qapısını döyəcək”, – Türkiyə lideri cümə günü Ankarada deyib.Ərdoğan daha əvvəl demişdi ki, İsveçin NATO-ya daxil olması Türkiyə Aİ-yə qəbul edildikdən sonra mümkün olacaq. Daha sonra NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Ərdoğan İsveçin NATO-ya üzv olmaq ərizəsini Türkiyə parlamentinə ratifikasiya etmək üçün “mümkün qədər tez” göndərməyə razılaşıb. İsveç Avropa Birliyinin üzvü kimi ərizəni ratifikasiya etmək müqabilində Türkiyənin Aİ-yə daxil olması prosesinin intensivləşdirilməsinə yardım edəcəyinə söz verib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyəni Avropada görmək istəmədiklərini, Ankaranın çəhrayı rəngli eynək taxmamalı olduğunu qeyd edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1b/457195397_341:0:3072:2048_1920x0_80_0_0_ddeeaaea8adbd5c400033cfcc7f00610.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, avropa ittifaqı, türkiyə, dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov, nato, nato, yens stoltenberq, isveç
rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, avropa ittifaqı, türkiyə, dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov, nato, nato, yens stoltenberq, isveç
Avropa İttifaqı gələcəkdə Türkiyənin qapısını tez-tez döyəcək - Ərdoğan
Türkiyə lideri deyib ki, Aİ düşdüyü strateji korluqdan qurtulmaq ümidini tədricən itirir.
BAKI, 10 noyabr – Sputnik. Avropa İttifaqı düşdüyü strateji korluqdan qurtulmaq ümidini getdikcə itirir və “tez-tez Türkiyənin qapısını döyəcək”.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə 1963-cü ildə Avropa İttifaqına (o zaman Avropa İqtisadi İttifaqı) ilə assosiasiya sazişi imzalayıb və 1987-ci ildə birliyə üzvlük üçün müraciət edib. Lakin üzvlük danışıqları yalnız 2005-ci ildə başlayıb və fikir ayrılıqlarına görə dəfələrlə dayandırılıb.
Hazırda danışıqlar dosyesinin 35 fəslindən 16-sı açıqdır. Bundan əvvəl Ərdoğan BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka uçmazdan öncə demişdi ki, lazım gələrsə, Türkiyə ilə Aİ-nin yolları “ayrıla bilər”.
“Aİ düşdüyü strateji korluqdan qurtulmaq ümidini tədricən itirir. Tədricən ümidini itirən Aİ tez-tez Türkiyənin qapısını döyəcək”, – Türkiyə lideri cümə günü Ankarada deyib.
Ərdoğan daha əvvəl demişdi ki, İsveçin NATO-ya daxil olması Türkiyə Aİ-yə qəbul edildikdən sonra mümkün olacaq. Daha sonra NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Ərdoğan İsveçin NATO-ya üzv olmaq ərizəsini Türkiyə parlamentinə ratifikasiya etmək üçün “mümkün qədər tez” göndərməyə razılaşıb. İsveç Avropa Birliyinin üzvü kimi ərizəni ratifikasiya etmək müqabilində Türkiyənin Aİ-yə daxil olması prosesinin intensivləşdirilməsinə yardım edəcəyinə söz verib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyəni Avropada görmək istəmədiklərini, Ankaranın çəhrayı rəngli eynək taxmamalı olduğunu qeyd edib.