https://sputnik.az/20231109/qtisadi-emekdasliq-teskilatinin-novbeti-sammiti-azerbaycanda-kecirilecek-460413322.html
İqtisadi Əməkdaşlıq Təşkilatının növbəti sammiti Azərbaycanda keçiriləcək
İqtisadi Əməkdaşlıq Təşkilatının növbəti sammiti Azərbaycanda keçiriləcək
Sputnik Azərbaycan
İqtisadi Əməkdaşlıq Təşkilatı 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılıb. 09.11.2023, Sputnik Azərbaycan
2023-11-09T14:15+0400
2023-11-09T14:15+0400
2023-11-09T14:18+0400
dünya xəbərləri
iqtisadi əməkdaşlıq təşkilatı
azərbaycan
sammit
zirvə toplantısı
bmt
bmt
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/09/460409065_0:36:3512:2012_1920x0_80_0_0_67e598640f9fdb74bcc3ae37a0158b6d.jpg
BAKI, 9 noyabr - Sputnik. Özbəkistanın paytaxtı Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısında növbəti sammitin Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul olunub.Bu barədə "Report" xəbər verir.İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılıb. Qurum üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasından ibarətdir. Şura təşkilatın fəaliyyət siyasətini, Regional Planlaşdırma Şurasını, Müavinlər Şurasını müəyyən edir. Mənzil-qərargahı Tehranda yerləşən Müavinlər Şurası İƏT ölkələri səfirlərindən ibarətdir.İƏT-in kənd təsərrüfatı sahəsi; sənaye əməkdaşlığı; nəqliyyat və rabitə; infrastruktur və ictimai işlər; elm, təhsil və mədəniyyət; energetika; narkotik maddələrin yayılmaması məsələləri üzrə fəaliyyət göstərən 8 texniki komitəsi var. Komitələr ildə bir dəfə toplanır. İƏT Nazirlər Şurası da ən azı ildə bir dəfə yığıncaq keçirir.1993-cü ildə BMT Baş Assambleyasının 48-ci sessiyasında İƏT BMT-də, 1994-cü ildə isə İslam Təşkilatı Konfransı nda müşahidəçi statusu alıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/09/460409065_391:0:3122:2048_1920x0_80_0_0_204601553b010dfd40bbd82c2cdbc383.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iqtisadi əməkdaşlıq təşkilatı, azərbaycan, sammit, zirvə toplantısı, bmt, bmt
iqtisadi əməkdaşlıq təşkilatı, azərbaycan, sammit, zirvə toplantısı, bmt, bmt
İqtisadi Əməkdaşlıq Təşkilatının növbəti sammiti Azərbaycanda keçiriləcək
14:15 09.11.2023 (Yenilənib: 14:18 09.11.2023) İqtisadi Əməkdaşlıq Təşkilatı 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılıb.
BAKI, 9 noyabr - Sputnik. Özbəkistanın paytaxtı Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısında növbəti sammitin Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul olunub.
Bu barədə "Report" xəbər verir.
İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılıb. Qurum üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasından ibarətdir. Şura təşkilatın fəaliyyət siyasətini, Regional Planlaşdırma Şurasını, Müavinlər Şurasını müəyyən edir. Mənzil-qərargahı Tehranda yerləşən Müavinlər Şurası İƏT ölkələri səfirlərindən ibarətdir.
İƏT-in kənd təsərrüfatı sahəsi; sənaye əməkdaşlığı; nəqliyyat və rabitə; infrastruktur və ictimai işlər; elm, təhsil və mədəniyyət; energetika; narkotik maddələrin yayılmaması məsələləri üzrə fəaliyyət göstərən 8 texniki komitəsi var. Komitələr ildə bir dəfə toplanır. İƏT Nazirlər Şurası da ən azı ildə bir dəfə yığıncaq keçirir.
1993-cü ildə BMT Baş Assambleyasının 48-ci sessiyasında İƏT BMT-də, 1994-cü ildə isə İslam Təşkilatı Konfransı nda müşahidəçi statusu alıb.