https://sputnik.az/20231109/prezident-azerbaycan-eco-nun-novbeti-zirve-gorusune-ev-sahibliyi-etmeye-hazirdir-460411438.html
Prezident: "Azərbaycan ECO-nun növbəti Zirvə görüşünə ev sahibliyi etməyə hazırdır"
Prezident: "Azərbaycan ECO-nun növbəti Zirvə görüşünə ev sahibliyi etməyə hazırdır"
Sputnik Azərbaycan
Əliyev vurğulayıb ki, İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü kimi Azərbaycan təşkilatın işində fəal iştirak edir. 09.11.2023, Sputnik Azərbaycan
2023-11-09T12:54+0400
2023-11-09T12:54+0400
2023-11-09T14:34+0400
azərbaycan xəbərləri
prezident ilham əliyev
iqtisadi əməkdaşlıq təşkilatı
azərbaycan
nəqliyyat
logistika
infrastruktur
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/09/460414318_0:0:3030:1705_1920x0_80_0_0_f1d310fef1edc9061bae15835009d6f7.jpg
BAKI, 9 noyabr - Sputnik. Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) üzv dövlətləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı daha da genişləndirməkdə qərarlıdır.Bunu Prezident İlham Əliyev Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısında çıxışı zamanı deyib.Dövlət başçısı bildirib ki, Azərbaycan təşkilatın növbəti Zirvə görüşünə ev sahibliyi etməyə hazırdır.Prezident qeyd edib ki, İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü kimi Azərbaycan təşkilatın işində fəal iştirak edir.Ötən ay ECO Nazirlər Şurasının iclasının Şuşada keçirildiyini vurğulayan dövlətimizin başçısı bildirib: “Azərbaycanın nəqliyyat və logistika infrastrukturu ECO-nun üzv dövlətləri üçün açıqdır. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub və Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Hər iki dəhlizin Azərbaycandan keçən hissələri tam hazırdır. Biz hazırda bu dəhlizlər boyu dəmir yolu xətlərinin yükaşırma qabiliyyətinin genişləndirilməsi üzərində işləyirik”.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/09/460414318_180:0:2909:2047_1920x0_80_0_0_812c2ef24857ba2719d9bcd4090f7840.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, iqtisadi əməkdaşlıq təşkilatı, azərbaycan, nəqliyyat, logistika, infrastruktur
prezident ilham əliyev, iqtisadi əməkdaşlıq təşkilatı, azərbaycan, nəqliyyat, logistika, infrastruktur
Prezident: "Azərbaycan ECO-nun növbəti Zirvə görüşünə ev sahibliyi etməyə hazırdır"
12:54 09.11.2023 (Yenilənib: 14:34 09.11.2023) Əliyev vurğulayıb ki, İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü kimi Azərbaycan təşkilatın işində fəal iştirak edir.
BAKI, 9 noyabr - Sputnik. Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) üzv dövlətləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı daha da genişləndirməkdə qərarlıdır.
Bunu Prezident İlham Əliyev Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısında çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan təşkilatın növbəti Zirvə görüşünə ev sahibliyi etməyə hazırdır.
Prezident qeyd edib ki, İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü kimi Azərbaycan təşkilatın işində fəal iştirak edir.
Ötən ay ECO Nazirlər Şurasının iclasının Şuşada keçirildiyini vurğulayan dövlətimizin başçısı bildirib:
“Azərbaycanın nəqliyyat və logistika infrastrukturu ECO-nun üzv dövlətləri üçün açıqdır. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub və Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Hər iki dəhlizin Azərbaycandan keçən hissələri tam hazırdır. Biz hazırda bu dəhlizlər boyu dəmir yolu xətlərinin yükaşırma qabiliyyətinin genişləndirilməsi üzərində işləyirik”.