https://sputnik.az/20231109/elcin-emirbeyov-ermenistan-ciddi-sadiqlik-numayis-etdirse-sulh-mumkundur-460411734.html
Elçin Əmirbəyov: “Ermənistan ciddi sadiqlik nümayiş etdirsə, sülh mümkündür”
Elçin Əmirbəyov: “Ermənistan ciddi sadiqlik nümayiş etdirsə, sülh mümkündür”
Sputnik Azərbaycan
Xüsusi tapşırıqlar üzrə nümayəndə qeyd edib ki, regionda sülh və əmin-amanlığa nail olmaq o halda mümkündür ki, Ermənistan sülh prosesində iştirakını imitasiya... 09.11.2023, Sputnik Azərbaycan
2023-11-09T13:16+0400
2023-11-09T13:16+0400
2023-11-09T14:34+0400
azərbaycan xəbərləri
səfir elçin əmirbəyov
elçin əmirbəyov
birinci vitse-prezidentin köməkçisi
ermənistan
sülh
sülh sazişi
https://cdnn1.img.sputnik.az/img/07e7/04/16/454054387_0:0:850:478_1920x0_80_0_0_bcafdae60164e1b7ec94234c363d2526.jpg
BAKI, 9 noyabr - Sputnik. “Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması Ermənistanın sülhə ciddi sadiqlik və sülh prosesində konstruktiv mövqe nümayiş etdirməsi halında mümkündür”.“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İtaliyaya işgüzar səfəri zamanı deyib.O qeyd edib ki, regionda sülh və əmin-amanlığa nail olmaq o halda mümkündür ki, Ermənistan sülh prosesində iştirakını imitasiya etməyi dayandırsın və Azərbaycanın bir ildən də artıq müddət öncə ona təqdim etdiyi və beynəlxalq hüququn beş əsas prinsipinə əsaslanan sülh sazişi layihəsi üzərində konstruktiv işi bərpa etsin.Azərbaycan Prezidentinin nümayəndəsi vurğulayıb ki, danışıqların müsbət nəticələnməsi təəssüf ki, bu gün ikili yanaşmaya sadiq qalan Ermənistan hakimiyyətinin səmimiyyət səviyyəsindən asılı olacaq: “Bir tərəfdən, onlar sülh sazişi üzərində işi başa çatdırmaq istəyi barədə danışırlar, digər tərəfdən isə Azərbaycana qarşı diplomatik müharibəyə başlayıblar”.E.Əmirbəyovun sözlərinə görə, Ermənistan hakimiyyəti müxtəlif beynəlxalq platformalardan, məsələn, BMT Təhlükəsizlik Şurası, Avropa Parlamenti və hətta Avropa İttifaqının özündən belə sui-istifadə edir. Bununla da rəsmi İrəvan həm bütün maraqlı tərəflərin diqqətini sülhə aparan əsas yoldan yayındırır, həm də prosesi dalana dirənmiş hala gətirir. “Halbuki, Rəsmi Bakı razılığa gəlmək üçün heç bir şərt irəli sürmür”, - o əlavə edib.“Lakin hesab edirəm ki, yekun razılığa gəlmək üçün Ermənistan artıq üzərinə götürdüyü öhdəliklərə hörmət etdiyini, keçmişdə verdiyi vədləri yerinə yetirəcəyini nümayiş etdirməlidir. Düşünürəm ki, Ermənistan sülh sazişi layihəsi üzrə danışıqları bərpa etməlidir, lakin ən yüksək səviyyədə və müttəfiqlərinin köməyi ilə paralel istiqamətlərdə öz dar siyasi məqsədlərinə nail olmaq cəhdlərini dayandırmalıdır”, - o bildirib.Prezidentin nümayəndəsi Ermənistan tərəfinin Azərbaycanın Qarabağ bölgəsində guya etnik təmizləmə və soyqırımı törətməsi ilə bağlı iddialarını tamamilə əsassız sayaraq, rəsmi İrəvanı bu anlayışları bayağı şəkildə dəyərsizləşdirməkdə ittiham edib və sözügüdən bölgədəki faktların bunun tam əksini göstərdiyini vurğulayıb.“Məhz Ermənistan ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın bütün işğal olunmuş ərazilərində azərbaycanlı əhaliyə qarşı total etnik təmizləmə aparıb, soyqırımı aktına gəlincə, bu, 1992-ci il fevralın 26-da Ermənistan tərəfindən həyata keçirilib, azərbaycanlıların yaşadığı Xocalı şəhəri tamamilə yerlə-yeksan edilib, əhali, o cümlədən qadınlar, qocalar və uşaqlar qətlə yetirilib. Təsəvvür edin, orada bir gecədə 613 azərbaycanlı öldürülüb. Halbuki, Azərbaycan ölkənin bütün sakinlərinin, o cümlədən Qarabağ bölgəsində yaşayan etnik ermənilərin hüquqlarına hörmətlə yanaşır”, - E.Əmirbəyov deyib.O, Azərbaycan hökumətinin 30 illik erməni işğalından azad edilmiş ərazilərdə apardığı genişmiqyaslı bərpa işlərindən, ölkə hökumətinin artıq 7 milyard ABŞ dollarından artıq vəsait xərclədiyindən də danışıb.E.Əmirbəyov, həmçinin Azərbaycanın münaqişədən sonrakı bərpa zamanı üzləşdiyi əsas problemlərdən biri - işğaldan azad edilmiş ərazilərin müxtəlif növ minalar və partlamamış hərbi sursatlarla misli görünməmiş çirklənməsi barədə də ətraflı danışıb.“Ermənistan 1,5 milyona yaxın mina quraşdırıb və Azərbaycan tərəfində zərərçəkənlərin sayı durmadan artır. Bu gün atəşkəsdən sonra Azərbaycanda ermənilərin mina terroru qurbanlarının sayı 337 nəfərdir”, - o bildirib.
https://sputnik.az/20231104/patrusev-ermenistan-ve-azerbaycan-arasinda-sulh-sazisi-hazirlanir-460258377.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/16/454054387_175:0:818:483_1920x0_80_0_0_f8ade4fe08abf6ad5465d8a52569906f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
səfir elçin əmirbəyov, elçin əmirbəyov, birinci vitse-prezidentin köməkçisi, ermənistan, sülh, sülh sazişi
səfir elçin əmirbəyov, elçin əmirbəyov, birinci vitse-prezidentin köməkçisi, ermənistan, sülh, sülh sazişi
Elçin Əmirbəyov: “Ermənistan ciddi sadiqlik nümayiş etdirsə, sülh mümkündür”
13:16 09.11.2023 (Yenilənib: 14:34 09.11.2023) Xüsusi tapşırıqlar üzrə nümayəndə qeyd edib ki, regionda sülh və əmin-amanlığa nail olmaq o halda mümkündür ki, Ermənistan sülh prosesində iştirakını imitasiya etməyi dayandırsın.
BAKI, 9 noyabr - Sputnik. “Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması Ermənistanın sülhə ciddi sadiqlik və sülh prosesində konstruktiv mövqe nümayiş etdirməsi halında mümkündür”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İtaliyaya işgüzar səfəri zamanı deyib.
O qeyd edib ki, regionda sülh və əmin-amanlığa nail olmaq o halda mümkündür ki, Ermənistan sülh prosesində iştirakını imitasiya etməyi dayandırsın və Azərbaycanın bir ildən də artıq müddət öncə ona təqdim etdiyi və beynəlxalq hüququn beş əsas prinsipinə əsaslanan sülh sazişi layihəsi üzərində konstruktiv işi bərpa etsin.
Azərbaycan Prezidentinin nümayəndəsi vurğulayıb ki, danışıqların müsbət nəticələnməsi təəssüf ki, bu gün ikili yanaşmaya sadiq qalan Ermənistan hakimiyyətinin səmimiyyət səviyyəsindən asılı olacaq: “Bir tərəfdən, onlar sülh sazişi üzərində işi başa çatdırmaq istəyi barədə danışırlar, digər tərəfdən isə Azərbaycana qarşı diplomatik müharibəyə başlayıblar”.
E.Əmirbəyovun sözlərinə görə, Ermənistan hakimiyyəti müxtəlif beynəlxalq platformalardan, məsələn, BMT Təhlükəsizlik Şurası, Avropa Parlamenti və hətta Avropa İttifaqının özündən belə sui-istifadə edir. Bununla da rəsmi İrəvan həm bütün maraqlı tərəflərin diqqətini sülhə aparan əsas yoldan yayındırır, həm də prosesi dalana dirənmiş hala gətirir. “Halbuki, Rəsmi Bakı razılığa gəlmək üçün heç bir şərt irəli sürmür”, - o əlavə edib.
“Lakin hesab edirəm ki, yekun razılığa gəlmək üçün Ermənistan artıq üzərinə götürdüyü öhdəliklərə hörmət etdiyini, keçmişdə verdiyi vədləri yerinə yetirəcəyini nümayiş etdirməlidir. Düşünürəm ki, Ermənistan sülh sazişi layihəsi üzrə danışıqları bərpa etməlidir, lakin ən yüksək səviyyədə və müttəfiqlərinin köməyi ilə paralel istiqamətlərdə öz dar siyasi məqsədlərinə nail olmaq cəhdlərini dayandırmalıdır”, - o bildirib.
Prezidentin nümayəndəsi Ermənistan tərəfinin Azərbaycanın Qarabağ bölgəsində guya etnik təmizləmə və soyqırımı törətməsi ilə bağlı iddialarını tamamilə əsassız sayaraq, rəsmi İrəvanı bu anlayışları bayağı şəkildə dəyərsizləşdirməkdə ittiham edib və sözügüdən bölgədəki faktların bunun tam əksini göstərdiyini vurğulayıb.
“Məhz Ermənistan ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın bütün işğal olunmuş ərazilərində azərbaycanlı əhaliyə qarşı total etnik təmizləmə aparıb, soyqırımı aktına gəlincə, bu, 1992-ci il fevralın 26-da Ermənistan tərəfindən həyata keçirilib, azərbaycanlıların yaşadığı Xocalı şəhəri tamamilə yerlə-yeksan edilib, əhali, o cümlədən qadınlar, qocalar və uşaqlar qətlə yetirilib. Təsəvvür edin, orada bir gecədə 613 azərbaycanlı öldürülüb. Halbuki, Azərbaycan ölkənin bütün sakinlərinin, o cümlədən Qarabağ bölgəsində yaşayan etnik ermənilərin hüquqlarına hörmətlə yanaşır”, - E.Əmirbəyov deyib.
O, Azərbaycan hökumətinin 30 illik erməni işğalından azad edilmiş ərazilərdə apardığı genişmiqyaslı bərpa işlərindən, ölkə hökumətinin artıq 7 milyard ABŞ dollarından artıq vəsait xərclədiyindən də danışıb.
E.Əmirbəyov, həmçinin Azərbaycanın münaqişədən sonrakı bərpa zamanı üzləşdiyi əsas problemlərdən biri - işğaldan azad edilmiş ərazilərin müxtəlif növ minalar və partlamamış hərbi sursatlarla misli görünməmiş çirklənməsi barədə də ətraflı danışıb.
“Ermənistan 1,5 milyona yaxın mina quraşdırıb və Azərbaycan tərəfində zərərçəkənlərin sayı durmadan artır. Bu gün atəşkəsdən sonra Azərbaycanda ermənilərin mina terroru qurbanlarının sayı 337 nəfərdir”, - o bildirib.