https://sputnik.az/20231109/abs-azerbaycana-yeni-sefir-teyin-edib-460406681.html
ABŞ Azərbaycana yeni səfir təyin edib
ABŞ Azərbaycana yeni səfir təyin edib
Sputnik Azərbaycan
ABŞ-nin Azərbaycandakı səfirinin fəaliyyət müddəti ötən ilin iyulunda başa çatıb. 09.11.2023, Sputnik Azərbaycan
2023-11-09T10:39+0400
2023-11-09T10:39+0400
2023-11-09T11:09+0400
siyasət
abş
abş
senat
senat
azərbaycan
səfir
https://cdnn1.img.sputnik.az/img/41888/62/418886224_0:184:2987:1864_1920x0_80_0_0_ad122fb04d980611de8e6faa9f42ef6e.jpg
BAKI, 9 noyabr - Sputnik. Mark Libbi ABŞ-nin Azərbaycandakı yeni səfiri təyin olunub.“Report” xəbər verir ki, Senat (Konqresin yuxarı palatası) səsvermə yolu ilə Libbinin Azərbaycanda səfir vəzifəsinə namizədliyini təsdiqləyib.Qeyd edək ki, ABŞ-nin Azərbaycandakı səfirinin fəaliyyət müddəti ötən ilin iyulunda başa çatıb.2022-ci ilin may ayının 25-də ABŞ Prezidenti Cozef Bayden diplomatı Azərbaycana səfir təyin edilməsi ilə bağlı Konqresin Xarici Əlaqələr Komitəsinə təklif irəli sürüb.Ancaq bu ilin yanvar ayının 3-də onun namizədliyi ilə bağlı təklif Bayden administrasiyasına geri qaytarılıb. Elə, həmin gün Dövlət Departamenti yenidən Libbinin namizədliyini irəli sürüb.Baydenin Azərbaycana səfir namizədi Mark Libbi Vaşinqtondakı Milli Hərbi Kollecdə çalışıb. Libbi 2021-ci ilin iyun ayınadək ABŞ-nin Brüsseldə Avropa İttifaqı yanındakı missiyasında müvəqqəti işlər vəkili, missiya rəhbərinin müavini işləyib.O həmçinin müxtəlif vaxtlarda Varşava, Nassau, Nikosiya və Bağdadda siyasi müşavir olub.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41888/62/418886224_128:0:2859:2048_1920x0_80_0_0_3213a14297642ecba6ffd90ac3cdda0d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
abş, abş, senat, senat, azərbaycan, səfir
abş, abş, senat, senat, azərbaycan, səfir
ABŞ Azərbaycana yeni səfir təyin edib
10:39 09.11.2023 (Yenilənib: 11:09 09.11.2023) ABŞ-nin Azərbaycandakı səfirinin fəaliyyət müddəti ötən ilin iyulunda başa çatıb.
BAKI, 9 noyabr - Sputnik. Mark Libbi ABŞ-nin Azərbaycandakı yeni səfiri təyin olunub.
“Report” xəbər verir ki, Senat (Konqresin yuxarı palatası) səsvermə yolu ilə Libbinin Azərbaycanda səfir vəzifəsinə namizədliyini təsdiqləyib.
Qeyd edək ki, ABŞ-nin Azərbaycandakı səfirinin fəaliyyət müddəti ötən ilin iyulunda başa çatıb.
2022-ci ilin may ayının 25-də ABŞ Prezidenti Cozef Bayden diplomatı Azərbaycana səfir təyin edilməsi ilə bağlı Konqresin Xarici Əlaqələr Komitəsinə təklif irəli sürüb.
Ancaq bu ilin yanvar ayının 3-də onun namizədliyi ilə bağlı təklif Bayden administrasiyasına geri qaytarılıb. Elə, həmin gün Dövlət Departamenti yenidən Libbinin namizədliyini irəli sürüb.
Baydenin Azərbaycana səfir namizədi Mark Libbi Vaşinqtondakı Milli Hərbi Kollecdə çalışıb. Libbi 2021-ci ilin iyun ayınadək ABŞ-nin Brüsseldə Avropa İttifaqı yanındakı missiyasında müvəqqəti işlər vəkili, missiya rəhbərinin müavini işləyib.
O həmçinin müxtəlif vaxtlarda Varşava, Nassau, Nikosiya və Bağdadda siyasi müşavir olub.