https://sputnik.az/20231109/a-de-regionlararasi-emekdasliq-uzre-portal-ise-dusub-460417987.html
Aİİ-də regionlararası əməkdaşlıq üzrə portal işə düşüb
Aİİ-də regionlararası əməkdaşlıq üzrə portal işə düşüb
Sputnik Azərbaycan
Portalda Aİİ ölkələrinin region hökumətinə, sahibkarlara və sərmayəçilərə aid istənilən iqtisadi subyekt sərbəst şəkildə məlumat yerləşdirə bilər. 09.11.2023, Sputnik Azərbaycan
2023-11-09T16:57+0400
2023-11-09T16:57+0400
2023-11-09T16:57+0400
iqtisadiyyat
aii
avrasiya iqtisadi ittifaqı
portal
əməkdaşlıq
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/09/460416659_0:17:2991:1699_1920x0_80_0_0_ba469c3e29d6003ec3c09348601dbde1.jpg
BAKI, 9 noyabr - Sputnik. Aİİ-də regionlararası əməkdaşlıq üzrə portal fəaliyyətə başlayıb.Bu barədə "MİR" telekanalına Avrasiya İqtisadi Komissiyasının (AİK) iqtisadi siyasətin strategiyaları şöbəsinin rəisi Andrey Panteleyev məlumat verib."Avrasiya İqtisadi İttifaqında regionlararası əməkdaşlıq üzrə portal fəaliyyətə başlayıb. Portalda Aİİ ölkələrinin region hökumətinə, sahibkarlara və sərmayəçilərə aid istənilən iqtisadi subyekt sərbəst şəkildə məlumat yerləşdirə bilər. Məsələn, sahibkarlar maliyyə cəlb etmək və digər regionlarda tərəfdaş axtarmaq məqsədilə öz şirkətləri, istehsal etdikləri məhsullar, xidmətlər, həmçinin mövcud və potensial investisiya layihələri barəsində məlumat yerləşdirə bilərlər", - o, deyib.Komissiyanın nümayəndəsi vurğulayıb ki, bu gün Aİİ ölkələrinin əməkdaşlığı əsasən ölkələrin paytaxtları vasitəsilə həyata keçirilir. Digər şəhərlər və bölgələr əməkdaşlığa çox zəif cəlb olunublar. Panteleyev hesab edir ki, yeni portalın açılması onların bu proseslərə daha fəal cəlb olunmasına xidmət edir.Şöbə rəisi həmçinin bildirib ki, Aİİ-də xüsusən biznes xətti ilə regionlarası əməkdaşlıq aktivləşir. Misal üçün, Rusiya-Qırğızıstan regionlarası konfransda bölgələrdə təxminən 900 milyon dollarlıq layihələrin həyata keçirilməsi barədə razılaşmalar əldə olunub.Bir müddət əvvəl Aİİ dövlət başçıları regionlararası əməkdaşlıq mövzusunu Strategiya-2025-ə daxil ediblər, daha sonra isə AİK regionlararası əməkdaşlığın aktivləşdirilməsin dair tədbirlər planını qəbul edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/09/460416659_122:0:2851:2047_1920x0_80_0_0_67f9d978c617563cbf087bb60f6c50e1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
aii, avrasiya iqtisadi ittifaqı, portal, əməkdaşlıq
aii, avrasiya iqtisadi ittifaqı, portal, əməkdaşlıq
Aİİ-də regionlararası əməkdaşlıq üzrə portal işə düşüb
Portalda Aİİ ölkələrinin region hökumətinə, sahibkarlara və sərmayəçilərə aid istənilən iqtisadi subyekt sərbəst şəkildə məlumat yerləşdirə bilər.
BAKI, 9 noyabr - Sputnik. Aİİ-də regionlararası əməkdaşlıq üzrə portal fəaliyyətə başlayıb.
Bu barədə "MİR" telekanalına Avrasiya İqtisadi Komissiyasının (AİK) iqtisadi siyasətin strategiyaları şöbəsinin rəisi Andrey Panteleyev məlumat verib.
"Avrasiya İqtisadi İttifaqında regionlararası əməkdaşlıq üzrə portal fəaliyyətə başlayıb. Portalda Aİİ ölkələrinin region hökumətinə, sahibkarlara və sərmayəçilərə aid istənilən iqtisadi subyekt sərbəst şəkildə məlumat yerləşdirə bilər. Məsələn, sahibkarlar maliyyə cəlb etmək və digər regionlarda tərəfdaş axtarmaq məqsədilə öz şirkətləri, istehsal etdikləri məhsullar, xidmətlər, həmçinin mövcud və potensial investisiya layihələri barəsində məlumat yerləşdirə bilərlər", - o, deyib.
Komissiyanın nümayəndəsi vurğulayıb ki, bu gün Aİİ ölkələrinin əməkdaşlığı əsasən ölkələrin paytaxtları vasitəsilə həyata keçirilir. Digər şəhərlər və bölgələr əməkdaşlığa çox zəif cəlb olunublar.
Panteleyev hesab edir ki, yeni portalın açılması onların bu proseslərə daha fəal cəlb olunmasına xidmət edir.
Şöbə rəisi həmçinin bildirib ki, Aİİ-də xüsusən biznes xətti ilə regionlarası əməkdaşlıq aktivləşir. Misal üçün, Rusiya-Qırğızıstan regionlarası konfransda bölgələrdə təxminən 900 milyon dollarlıq layihələrin həyata keçirilməsi barədə razılaşmalar əldə olunub.
Bir müddət əvvəl Aİİ dövlət başçıları regionlararası əməkdaşlıq mövzusunu Strategiya-2025-ə daxil ediblər, daha sonra isə AİK regionlararası əməkdaşlığın aktivləşdirilməsin dair tədbirlər planını qəbul edib.