Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Xankəndidəki Zəfər paradından görüntülər - VİDEO

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və oğulları Heydər Əliyev Xankəndi şəhərində keçirilən paradda iştirak ediblər
Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və oğulları Heydər Əliyev Xankəndi şəhərində keçirilən paradda iştirak ediblər - Sputnik Azərbaycan, 1920, 08.11.2023
Abunə olmaq
Zəfər paradına müdafiə nazirinin birinci müavini, general-polkovnik Kərim Vəliyev komandanlıq edib.
BAKI, 8 noyabr - Sputnik. Bu gün Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev paradda iştirak ediblər.
Zəfər paradına müdafiə nazirinin birinci müavini, general-polkovnik Kərim Vəliyev komandanlıq edib.
Əvvəlcə müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə raport verib.
Dövlət bayrağı və Zəfər bayrağının ardınca Azərbaycan Ordusunun qoşun növlərinin bayraqları meydana gətirilib.
Sonra Vətən müharibəsində və antiterror tədbirlərində əsl qəhrəmanlıq, şücaət, rəşadət və yüksək peşəkarlıq nümunələri göstərərək xalqımıza Böyük Qələbənin sevincini yaşadan hərbi qulluqçular tribunanın önündən keçiblər.
Paraddan görüntüləri təqdim edirik:
Xəbər lenti
0