https://sputnik.az/20231108/prezident-ferrux-saribaba-qirxqiz-ve-diger-herbi-emeliyyatlar-ermenistana-mesaj-idi-460396546.html
Prezident: "Fərrux, Sarıbaba-Qırxqız və digər hərbi əməliyyatlar Ermənistana mesaj idi"
Prezident: "Fərrux, Sarıbaba-Qırxqız və digər hərbi əməliyyatlar Ermənistana mesaj idi"
Sputnik Azərbaycan
Dövlət başçısının sözlərinə görə, bu əməliyyatlar Ermənistana göndərilmiş bir mesaj idi ki, bizi heç kim və heç nə dayandıra bilməz. 08.11.2023, Sputnik Azərbaycan
2023-11-08T20:48+0400
2023-11-08T20:48+0400
2023-11-08T20:48+0400
azərbaycan xəbərləri
prezident ilham əliyev
ermənistan
mesaj
https://cdnn1.img.sputnik.az/img/07e5/04/14/426750362_0:0:1000:563_1920x0_80_0_0_4db7941615a8959a9ed03c21e4fa2712.jpg
BAKI, 8 noyabr - Sputnik. Son üç il ərzində keçirilmiş hərbi əməliyyatlar, o cümlədən Fərrux əməliyyatı, Sarıbaba-Qırxqız əməliyyatı və digər hərbi əməliyyatlar həm bizim strateji mövqelərimizi böyük dərəcədə yaxşılaşdırmışdır.Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paradda çıxışında bildirib.Dövlətimizin başçısının sözlərinə görə, bu əməliyyatlar, eyni zamanda, Ermənistana göndərilmiş bir mesaj idi ki, bizi heç kim və heç nə dayandıra bilməz, Qarabağ Azərbaycan torpağıdır və burada vəziyyəti biz diktə edirik və siz dərhal silahlı qüvvələrinizi bizim torpaqlarımızdan çıxarmalısınız. “Əgər o vaxt mənim sözümə baxsaydılar, sentyabr ayında keçirilmiş antiterror tədbirlərinə ehtiyac qalmazdı. Onların bütün bəlalarının səbəbkarları elə onların özləridir. Onların bəlaları təkcə üç il bundan əvvəl başlamayıb, hələ 1990-cı illərin əvvəlində başlayıb”, - deyə Prezident əlavə edib.
https://sputnik.az/20231108/prezident-ve-xanimi-xankendinde-zefer-paradinda-istirak-edibler-460377436.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/14/426750362_67:0:982:686_1920x0_80_0_0_de4e1c7b40962e394f616c7a3eab0d02.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, ermənistan, mesaj
prezident ilham əliyev, ermənistan, mesaj
Prezident: "Fərrux, Sarıbaba-Qırxqız və digər hərbi əməliyyatlar Ermənistana mesaj idi"
Dövlət başçısının sözlərinə görə, bu əməliyyatlar Ermənistana göndərilmiş bir mesaj idi ki, bizi heç kim və heç nə dayandıra bilməz.
BAKI, 8 noyabr - Sputnik. Son üç il ərzində keçirilmiş hərbi əməliyyatlar, o cümlədən Fərrux əməliyyatı, Sarıbaba-Qırxqız əməliyyatı və digər hərbi əməliyyatlar həm bizim strateji mövqelərimizi böyük dərəcədə yaxşılaşdırmışdır.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paradda çıxışında bildirib.
Dövlətimizin başçısının sözlərinə görə, bu əməliyyatlar, eyni zamanda, Ermənistana göndərilmiş bir mesaj idi ki, bizi heç kim və heç nə dayandıra bilməz, Qarabağ Azərbaycan torpağıdır və burada vəziyyəti biz diktə edirik və siz dərhal silahlı qüvvələrinizi bizim torpaqlarımızdan çıxarmalısınız.
“Əgər o vaxt mənim sözümə baxsaydılar, sentyabr ayında keçirilmiş antiterror tədbirlərinə ehtiyac qalmazdı. Onların bütün bəlalarının səbəbkarları elə onların özləridir. Onların bəlaları təkcə üç il bundan əvvəl başlamayıb, hələ 1990-cı illərin əvvəlində başlayıb”, - deyə Prezident əlavə edib.