https://sputnik.az/20231108/prezident-azerbaycan-ovladlari-susa-emeliyyati-zamani-boyuk-pesekarliq-gosteribler-460391805.html
Prezident: "Azərbaycan övladları Şuşa əməliyyatı zamanı böyük peşəkarlıq göstəriblər"
Prezident: "Azərbaycan övladları Şuşa əməliyyatı zamanı böyük peşəkarlıq göstəriblər"
Sputnik Azərbaycan
Azərbaycan lideri İlham Əliyev Xankəndidə keçirilən paradda çıxış edib. 08.11.2023, Sputnik Azərbaycan
2023-11-08T16:28+0400
2023-11-08T16:28+0400
2023-11-08T16:28+0400
azərbaycan xəbərləri
prezident ilham əliyev
ali baş komandan
azərbaycan silahlı qüvvələrinin ali baş komandanı
xankəndi
xankəndi şəhəri
parad
hərbi parad
zəfər günü
silahlı qüvvələr
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1e/441569156_0:50:1000:613_1920x0_80_0_0_db7c656359da2e5ef85ecd8ef83869ce.jpg
BAKI, 8 noyabr - Sputnik. Qırx dörd gün ərzində döyüş meydanında düşməni məğlub edərək, şəhər və kəndlərimizi azad edərək Azərbaycan əsgəri və zabiti əsl qəhrəmanlıq göstərmişdir. Hər gün biz irəli gedirdik, bir gün belə geriyə addım atmamışdıq.Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paradda çıxışında bildirib.Düşmən ordusunun Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığını, fədakarlığını görərək daha da böyük təşvişə düşdüyünü, onların özlərinin etirafına görə, 44 günlük müharibə zamanı Ermənistan ordusunda 12 min fərarinin olduğunu deyən dövlətimizin başçısı qeyd edib: “Azərbaycan Silahlı Qüvvələrinin bir nəfər də olsun hərbçisi döyüş meydanını tərk etməmişdir. Bu, Azərbaycan xalqının əyilməz ruhunu və yüksək mənəvi keyfiyyətlərini bir daha bütün dünyaya nümayiş etdirdi”.Azərbaycan Prezidenti Vətən müharibəsi dövründə həyata keçirilən Şuşa əməliyyatından da danışıb.Bu əməliyyat zamanı Azərbaycan övladlarının fədakarlıq göstərdiklərini bildirən dövlətimizin başçısı qeyd edib: “Şuşa əməliyyatı, təbii ki, 44 günlük Vətən müharibəsi dövründə xüsusi yerə malikdir. Çünki çox çətin coğrafi vəziyyətdə yerləşən, alınmaz qala sayılan Şuşanı yüngül silahlarla, bir çox hallarda əlbəyaxa döyüşlər nəticəsində azad etmək böyük güc, peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan övladları bunu göstərmişlər”.
xankəndi şəhəri
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1e/441569156_59:0:942:662_1920x0_80_0_0_611b749dcb1cf435da3e999f0a7528fd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, ali baş komandan, azərbaycan silahlı qüvvələrinin ali baş komandanı, xankəndi, xankəndi şəhəri, parad, hərbi parad, zəfər günü, silahlı qüvvələr, azərbaycan silahlı qüvvələri, şuşa
prezident ilham əliyev, ali baş komandan, azərbaycan silahlı qüvvələrinin ali baş komandanı, xankəndi, xankəndi şəhəri, parad, hərbi parad, zəfər günü, silahlı qüvvələr, azərbaycan silahlı qüvvələri, şuşa
Prezident: "Azərbaycan övladları Şuşa əməliyyatı zamanı böyük peşəkarlıq göstəriblər"
Azərbaycan lideri İlham Əliyev Xankəndidə keçirilən paradda çıxış edib.
BAKI, 8 noyabr - Sputnik. Qırx dörd gün ərzində döyüş meydanında düşməni məğlub edərək, şəhər və kəndlərimizi azad edərək Azərbaycan əsgəri və zabiti əsl qəhrəmanlıq göstərmişdir. Hər gün biz irəli gedirdik, bir gün belə geriyə addım atmamışdıq.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paradda çıxışında bildirib.
Düşmən ordusunun Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığını, fədakarlığını görərək daha da böyük təşvişə düşdüyünü, onların özlərinin etirafına görə, 44 günlük müharibə zamanı Ermənistan ordusunda 12 min fərarinin olduğunu deyən dövlətimizin başçısı qeyd edib: “Azərbaycan Silahlı Qüvvələrinin bir nəfər də olsun hərbçisi döyüş meydanını tərk etməmişdir. Bu, Azərbaycan xalqının əyilməz ruhunu və yüksək mənəvi keyfiyyətlərini bir daha bütün dünyaya nümayiş etdirdi”.
Azərbaycan Prezidenti Vətən müharibəsi dövründə həyata keçirilən Şuşa əməliyyatından da danışıb.
Bu əməliyyat zamanı Azərbaycan övladlarının fədakarlıq göstərdiklərini bildirən dövlətimizin başçısı qeyd edib: “Şuşa əməliyyatı, təbii ki, 44 günlük Vətən müharibəsi dövründə xüsusi yerə malikdir. Çünki çox çətin coğrafi vəziyyətdə yerləşən, alınmaz qala sayılan Şuşanı yüngül silahlarla, bir çox hallarda əlbəyaxa döyüşlər nəticəsində azad etmək böyük güc, peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan övladları bunu göstərmişlər”.