SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Patruşev Qərbi Ermənistan-Azərbaycan nizamlanmasına mane olmaqda ittiham edib

© Sputnik / Aleksey Druzhinin / Mediabanka keçidNikolay Patruşev
Nikolay Patruşev - Sputnik Azərbaycan, 1920, 08.11.2023
Abunə olmaq
Patruşev Moldovanın Qərb siyasətinin yeni qurbanı ola biləcəyini deyib.
BAKI, 8 noyabr - Sputnik. “Ermənistanla Azərbaycan arasında normallaşma yalnız regiondankənar qüvvələrin vəziyyətə müdaxilə etməyi dayandırması halında mümkündür”. Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Moskvada MDB ölkələrindən olan həmkarları ilə görüşdə deyib.
Onun sözlərinə görə, Qərbin addımları vəziyyətə mənfi təsir edir və regionda ziddiyyətlərin qalmasına səbəb olur: “Biz Cənubi Qafqazda vəziyyətin sabitləşməsində, regionun inkişafı üşün şəraitin yaradılmasında, qarşılıqlı inam və əməkdaşlığın möhkəmləndirilməsində maraqlıyıq”.
Bu məqsədlə Rusiya bu ölkələr arasında sülh müqaviləsinin bağlanması, sərhədlərin delimitasiyası, nəqliyyat kommunikasiyalarının açılması maraqları naminə Ermənistan-Azərbaycan münasibətlərinin hərtərəfli normallaşdırılması istiqamətində ardıcıl addımlar atır deyə o, əlavə edib.
Patruşevin fikrincə, Qərb, onun üçün arzuolunmaz hesab olunan ölkələrdə, rəsmi Vaşinqtonun rəhbərliyi altında məqsədyönlü şəkildə böhran vəziyyəti yaradaraq və dəstəkləyərək, sabitliyi pozmağa çalışır:
“Qərbin Kiyevə dəstəyi münaqişəni yalnız qızışdıracaq. Döyüş meydanında uğur qazana bilməyən Kiyev Moskvaya qarşı terror üsullarına getdikcə daha çox əl atır. Leninqrad, Kalinin və Kursk atom elektrik stansiyalarına (AES) hücuma cəhd göstərib”.
TŞ katibi vurğulayıb ki, Qərbin hərəkətləri fonunda nüvə silahından istifadə riski artır:
“Rusiya mütəmadi olaraq Qərb ölkələrinin, ilk növbədə ABŞ-ın keçmiş sovet ölkələri ərazisində apardığı təhlükəli bioloji təcrübələr haqqında məlumat alır. Qərbin hərəkətləri BMT və ATƏT beynəlxalq təşkilatların işini dəyərsizləşdirir”, - deyə Patruşev əlavə edib.
Patruşev Moldovanın Qərb siyasətinin yeni qurbanı ola biləcəyini deyib.
O, həmçinin qeyd edib ki, silahlanma üzərində qlobal nəzarət zəifləyib.
Xəbər lenti
0