https://sputnik.az/20231107/the-telegraph-qerb-zelenskiye-munasibetini-ve-ukraynaya-desteyini-deyisir-460359611.html
The Telegraph: Qərb Zelenskiyə münasibətini və Ukraynaya dəstəyini dəyişir
The Telegraph: Qərb Zelenskiyə münasibətini və Ukraynaya dəstəyini dəyişir
Sputnik Azərbaycan
Nəşr qeyd edir ki, Qərb ölkələrinin diqqəti Yaxın Şərqə yönəlib. 07.11.2023, Sputnik Azərbaycan
2023-11-07T16:37+0400
2023-11-07T16:37+0400
2023-11-07T16:37+0400
vladimir zelenski
dünya xəbərləri
rusiya
qərb
qərb
qərb
qərb
kiyev
kiyev
abş
https://cdnn1.img.sputnik.az/img/07e7/09/1d/459116749_0:157:3000:1845_1920x0_80_0_0_d050af454c0722fe6a6a431c94ae9f60.jpg
BAKI, 7 noyabr - Sputnik. Qərb ölkələri Ukrayna Prezidenti Vladimir Zelenskiyə münasibətlərini dəyişir və onların diqqəti Yaxın Şərqə yönəlir. Bu barədə Rusiya mediası İngiltərəni "The Telegraph" qəzetinə istinadən xəbər verib. "Qərbin baxışı payız yağışları qoşunların hərəkətini çətinləşdirəcəyi üçün məhz Ukrayna Silahlı Qüvvələrinin (USQ) hücumunun başa çatacağı anda Zelenskinin məyusluğuna çevrilib", - məqalə müəllifləri vurğulayırlar. Qeyd olunur ki, Qərbin bütün "lazım olduğu qədər" Kiyev rejimini dəstəkləmək vədlərinə baxmayaraq, Ukraynanın müttəfiqlərinin münaqişədən yorulması riski həmişə olub. Eyni zamanda, məqalə müəllifləri yazırlar ki, ABŞ Ukraynanın ən mühüm müttəfiqi olub və Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə ən böyük töhfə verib, lakin son vaxtlar Vaşinqton dəstəyin davam etdirilməsinə şübhə ilə yanaşır. Nəşr qeyd edir ki, sabit silah tədarükü olmadan Kiyev qarşıdakı yazda çox çətin vəziyyətə düşmək riski daşıyır, çünki USQ artıq müasir hava hücumundan müdafiə sistemləri ilə təchiz olunmalıdır. Öz növbəsində, "Biz Rusiya ilə birlikdəyik" ictimai hərəkatının rəhbəri Vladimir Roqov hesab edir ki, Qərb artıq Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının simasında Zelenskini əvəz etməyə hazırlaşır, onun fikrincə, Qərb mediası vasitəsilə Rusiya ilə dialoqa hazır kimi təbliğ olunur.
qərb
kiyev
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/1d/459116749_166:0:2834:2001_1920x0_80_0_0_bd97c09aca4fab0bb6813582c1209506.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
vladimir zelenski, rusiya, qərb, qərb, qərb, qərb, kiyev, kiyev, abş, abş, ukrayna
vladimir zelenski, rusiya, qərb, qərb, qərb, qərb, kiyev, kiyev, abş, abş, ukrayna
The Telegraph: Qərb Zelenskiyə münasibətini və Ukraynaya dəstəyini dəyişir
Nəşr qeyd edir ki, Qərb ölkələrinin diqqəti Yaxın Şərqə yönəlib.
BAKI, 7 noyabr - Sputnik. Qərb ölkələri Ukrayna Prezidenti Vladimir Zelenskiyə münasibətlərini dəyişir və onların diqqəti Yaxın Şərqə yönəlir.
Bu barədə Rusiya mediası İngiltərəni "The Telegraph" qəzetinə istinadən xəbər verib.
"Qərbin baxışı payız yağışları qoşunların hərəkətini çətinləşdirəcəyi üçün məhz Ukrayna Silahlı Qüvvələrinin (USQ) hücumunun başa çatacağı anda Zelenskinin məyusluğuna çevrilib", - məqalə müəllifləri vurğulayırlar.
Qeyd olunur ki, Qərbin bütün "lazım olduğu qədər" Kiyev rejimini dəstəkləmək vədlərinə baxmayaraq, Ukraynanın müttəfiqlərinin münaqişədən yorulması riski həmişə olub.
Eyni zamanda, məqalə müəllifləri yazırlar ki, ABŞ Ukraynanın ən mühüm müttəfiqi olub və Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə ən böyük töhfə verib, lakin son vaxtlar Vaşinqton dəstəyin davam etdirilməsinə şübhə ilə yanaşır.
Nəşr qeyd edir ki, sabit silah tədarükü olmadan Kiyev qarşıdakı yazda çox çətin vəziyyətə düşmək riski daşıyır, çünki USQ artıq müasir hava hücumundan müdafiə sistemləri ilə təchiz olunmalıdır.
Öz növbəsində, "Biz Rusiya ilə birlikdəyik" ictimai hərəkatının rəhbəri Vladimir Roqov hesab edir ki, Qərb artıq Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının simasında Zelenskini əvəz etməyə hazırlaşır, onun fikrincə, Qərb mediası vasitəsilə Rusiya ilə dialoqa hazır kimi təbliğ olunur.