https://sputnik.az/20231107/srailin-sabiq-bas-naziri-srail-ordusunun-hemas-i-mehv-etmek-ucun-vaxti-azalir-460361292.html
İsrailin sabiq baş naziri: İsrail ordusunun HƏMAS-ı məhv etmək üçün vaxtı azalır
İsrailin sabiq baş naziri: İsrail ordusunun HƏMAS-ı məhv etmək üçün vaxtı azalır
Sputnik Azərbaycan
Ehud Barak hesab edir ki, TSAXAL əməliyyatlarına ictimai dəstək azalır. 07.11.2023, Sputnik Azərbaycan
2023-11-07T19:48+0400
2023-11-07T19:48+0400
2023-11-07T19:48+0400
həmas
dünya xəbərləri
israil
fələstin
rusiya xin
rusiya xarici işlər nazirliyi
ehud barak
baş nazir
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/06/460304414_0:160:3072:1888_1920x0_80_0_0_64b6f17d32560a379d5c723475c4621f.jpg
BAKI, 7 noyabr - Sputnik. İsrailin Qəzza zolağında Fələstinin HƏMAS hərəkatını məhv etmək üçün bir neçə həftəsi ola bilər, çünki ABŞ və digər ölkələrdə ictimai iradlar İsrail ordusunun anklavda atdığı bombardmanlara qarşı sürətlə artır. Bu barədə Rusiya mediası İsrailin sabiq baş naziri Ehud Barakın söylədiklərinə istinadən xəbər verib. ABŞ-ın "Politico" qəzetinə verdiyi müsahibəsində Barak qeyd edib ki, ərəb ölkələrinin Silahlı Qüvvələri Mahmud Abbasın rəhbərlik etdiyi Fələstin hakimiyyətinə anklavı ələ keçirməyə kömək etmək üçün İsrailin apardığı hərbi kampaniyasından sonra Qəzza zolağına nəzarəti ələ keçirə bilər. Barakın sözlərinə görə, oktyabrın 7-də HƏMAS-ın hücumundan dərhal sonra digər ölkələrin İsrailə qarşı yaranan rəğbəti azalmağa başlayır. "Gördüyünüz kimi bu pəncərə bağlanır. ABŞ İsrailə nə edəcəyini diktə edə bilməz. Ancaq biz onları nəzərə də almaya bilmərik", - deyə sabiq baş nazir bildirib. Bu yaxınlarda "Politico" yazıb ki, ABŞ Dövlət Departamentinin əməkdaşları Vaşinqtonun İsraillə bağlı ictimai siyasətini kəskin şəkildə tənqid edərək, hakimiyyətin İsrail ordusunun beynəlxalq normaları pozmasını qınamalı olduğunu iddia ediblər. Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında Fələstinin HƏMAS hərəkatının hərbi qanadının elan etdiyi Əl-Əqsa tufanı əməliyyatı çərçivəsində İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. Bundan əlavə, kütləvi raket hücumlarından sonra təşkilatın qırıcıları İsrailin cənubundakı sərhəd bölgələrinə daxil olub. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı Dəmir Qılınclar əməliyyatına başlayıb. Hücumdan bir neçə gün sonra İsrail hərbçiləri Qəzza sərhədi yaxınlığındakı bütün yaşayış məntəqələrini nəzarətə götürüb və hədəflərə, o cümlədən mülki şəxslərə hava zərbələri endirməyə başlayıb. İsrail həmçinin Qəzza zolağının tam blokadaya alındığını elan edib: su, qida, elektrik, dərman və yanacaq tədarükü dayandırılıb. Rusiya Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb. Rusiya prezidenti Vladimir Putin bildirib ki, Yaxın Şərq böhranının həlli yalnız BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilmiş və Fələstin daxilində müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan "iki dövlət" formuluna əsasən mümkündür. Tərəflərin ərazi maraqları ilə bağlı Fələstin-İsrail münaqişəsi uzun onilliklər ərzində regionda gərginlik və toqquşma mənbəyi olub. 1947-ci ildə SSRİ-nin fəal rolu ilə BMT-nin qərarı iki dövlətin - İsrail və Fələstinin yaradılmasını müəyyən etdi, lakin yalnız İsrail dövləti yaradıldı. İsrail iki dövlət prinsipi ilə razılaşdığını bəyan etməklə yanaşı, Fələstin torpaqlarını tam azad etməyib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/06/460304414_171:0:2902:2048_1920x0_80_0_0_60b8ab8d03b1e0ab30238abd74b677d5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
həmas, israil, fələstin, rusiya xin, rusiya xarici işlər nazirliyi, ehud barak, baş nazir
həmas, israil, fələstin, rusiya xin, rusiya xarici işlər nazirliyi, ehud barak, baş nazir
İsrailin sabiq baş naziri: İsrail ordusunun HƏMAS-ı məhv etmək üçün vaxtı azalır
Ehud Barak hesab edir ki, TSAXAL əməliyyatlarına ictimai dəstək azalır.
BAKI, 7 noyabr - Sputnik. İsrailin Qəzza zolağında Fələstinin HƏMAS hərəkatını məhv etmək üçün bir neçə həftəsi ola bilər, çünki ABŞ və digər ölkələrdə ictimai iradlar İsrail ordusunun anklavda atdığı bombardmanlara qarşı sürətlə artır.
Bu barədə Rusiya mediası İsrailin sabiq baş naziri Ehud Barakın söylədiklərinə istinadən xəbər verib.
ABŞ-ın "Politico" qəzetinə verdiyi müsahibəsində Barak qeyd edib ki, ərəb ölkələrinin Silahlı Qüvvələri Mahmud Abbasın rəhbərlik etdiyi Fələstin hakimiyyətinə anklavı ələ keçirməyə kömək etmək üçün İsrailin apardığı hərbi kampaniyasından sonra Qəzza zolağına nəzarəti ələ keçirə bilər.
Barakın sözlərinə görə, oktyabrın 7-də HƏMAS-ın hücumundan dərhal sonra digər ölkələrin İsrailə qarşı yaranan rəğbəti azalmağa başlayır.
"Gördüyünüz kimi bu pəncərə bağlanır. ABŞ İsrailə nə edəcəyini diktə edə bilməz. Ancaq biz onları nəzərə də almaya bilmərik", - deyə sabiq baş nazir bildirib.
Bu yaxınlarda "Politico" yazıb ki, ABŞ Dövlət Departamentinin əməkdaşları Vaşinqtonun İsraillə bağlı ictimai siyasətini kəskin şəkildə tənqid edərək, hakimiyyətin İsrail ordusunun beynəlxalq normaları pozmasını qınamalı olduğunu iddia ediblər.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında Fələstinin HƏMAS hərəkatının hərbi qanadının elan etdiyi Əl-Əqsa tufanı əməliyyatı çərçivəsində İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. Bundan əlavə, kütləvi raket hücumlarından sonra təşkilatın qırıcıları İsrailin cənubundakı sərhəd bölgələrinə daxil olub. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı Dəmir Qılınclar əməliyyatına başlayıb. Hücumdan bir neçə gün sonra İsrail hərbçiləri Qəzza sərhədi yaxınlığındakı bütün yaşayış məntəqələrini nəzarətə götürüb və hədəflərə, o cümlədən mülki şəxslərə hava zərbələri endirməyə başlayıb. İsrail həmçinin Qəzza zolağının tam blokadaya alındığını elan edib: su, qida, elektrik, dərman və yanacaq tədarükü dayandırılıb.
Rusiya Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb. Rusiya prezidenti Vladimir Putin bildirib ki, Yaxın Şərq böhranının həlli yalnız BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilmiş və Fələstin daxilində müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan "iki dövlət" formuluna əsasən mümkündür.
Tərəflərin ərazi maraqları ilə bağlı Fələstin-İsrail münaqişəsi uzun onilliklər ərzində regionda gərginlik və toqquşma mənbəyi olub. 1947-ci ildə SSRİ-nin fəal rolu ilə BMT-nin qərarı iki dövlətin - İsrail və Fələstinin yaradılmasını müəyyən etdi, lakin yalnız İsrail dövləti yaradıldı. İsrail iki dövlət prinsipi ilə razılaşdığını bəyan etməklə yanaşı, Fələstin torpaqlarını tam azad etməyib.