DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Slovakiya Ukraynaya hərbi yardım göstərməyəcək

© Sputnik / Aleksandr Smotrov / Mediabanka keçidBratislava şəhərinə mənzərə, arxiv şəkli
Bratislava şəhərinə mənzərə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.11.2023
Abunə olmaq
Slovakiyaya bu hüququ Aİ qaydaları verir, ona görə Kiyevə hərbi yardım ikitərəfli əməkdaşlığın mövzusudur. Bu şərt ölkənin könüllü qərar verməsini nəzərdə tutur.
BAKI, 7 noyabr — Sputnik. Avropa İttifaqı bu cür dəstəyi bəyan etsə də, ölkə Ukraynaya hərbi yardım göstərməyəcək.
Bunu Slovakiyanın baş naziri Robert Fitso bildirib.
Bundan əvvəl bir sıra Slovakiya KİV-ləri Brüsseldə keçirilən sammitdə Fitsonun, bu cür dəstəyin davam etdirilməsini təklif edən Aİ kommünikesini guya dəstəklədiyini bildirib.
"Mininci dəfə təkrar edirəm: biz Ukraynaya nə dövlət hərbi yardımı, nə silah, nə də sursat göndərməyəcəyik", - deyə Fitso videomüraciətində bildirib.
Baş nazir xatırladıb ki, Slovakiyaya bu hüququ Aİ qaydaları verir, ona görə Kiyevə hərbi yardım ikitərəfli əməkdaşlığın mövzusudur. Bu şərt ölkənin könüllü qərar verməsini nəzərdə tutur.
Xatırladaq ki, bu günlərdə Slovakiya Müdafiə Nazirliyinin rəhbəri Robert Kalinyak da respublika hakimiyyətinin ABŞ ilə müdafiə sazişinin şərtlərinə yenidən baxmağı planlaşdırdığını açıqlayıb.
Xəbər lenti
0