https://sputnik.az/20231107/sabahdan-azerbaycanda-bes-gunluk-bayram-tetili-baslayir-460327622.html
Sabahdan Azərbaycanda beş günlük bayram tətili başlayır
Sabahdan Azərbaycanda beş günlük bayram tətili başlayır
Sputnik Azərbaycan
Altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində bayramdan sonra iş günləri 10-11 noyabr tarixləri müəyyən edilib. 07.11.2023, Sputnik Azərbaycan
2023-11-07T08:49+0400
2023-11-07T08:49+0400
2023-11-07T08:49+0400
azərbaycan xəbərləri
zəfər günü
tətil
prezident ilham əliyev
dövlət bayrağı günü
https://cdnn1.img.sputnik.az/img/07e5/01/07/425899289_0:0:3067:1725_1920x0_80_0_0_3c9eed931ec4a88389e203acb13ee1d4.jpg
BAKI, 7 noyabr - Sputnik. Sabahdan-noyabrın 8-dən Azərbaycanda beş gün ardıcıl iş olmayacaq.Nazirlər Kabinetinin müvafiq qərarına əsasən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il 10 noyabr iş günü ilə 4 noyabr istirahət gününün yerləri dəyişdirilib.Beləliklə, ölkədə ardıcıl 5 gün - 8, 9, 10, 11 və 12 noyabr tarixləri qeyri-iş günü olacaq. İş günü isə noyabrın 13-dən başlayacaq.Qeyd edək ki, noyabrın 8-də Azərbaycanda Zəfər Günüdür. Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-nin Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb.9 Noyabr isə Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.Altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində bayramdan sonra iş günləri 10-11 noyabr tarixləri müəyyən edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/07/425899289_205:0:2934:2047_1920x0_80_0_0_799701e207a7b2d2a5f8f08170a3c412.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
zəfər günü, tətil, prezident ilham əliyev, dövlət bayrağı günü
zəfər günü, tətil, prezident ilham əliyev, dövlət bayrağı günü
Sabahdan Azərbaycanda beş günlük bayram tətili başlayır
Altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində bayramdan sonra iş günləri 10-11 noyabr tarixləri müəyyən edilib.
BAKI, 7 noyabr - Sputnik. Sabahdan-noyabrın 8-dən Azərbaycanda beş gün ardıcıl iş olmayacaq.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il 10 noyabr iş günü ilə 4 noyabr istirahət gününün yerləri dəyişdirilib.
Beləliklə, ölkədə ardıcıl 5 gün - 8, 9, 10, 11 və 12 noyabr tarixləri qeyri-iş günü olacaq. İş günü isə noyabrın 13-dən başlayacaq.
Qeyd edək ki, noyabrın 8-də Azərbaycanda Zəfər Günüdür. Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-nin Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb.
9 Noyabr isə Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində bayramdan sonra iş günləri 10-11 noyabr tarixləri müəyyən edilib.