https://sputnik.az/20231107/rusiyanin-nuve-yanacagindan-asililigi-abs-in-milli-tehlukesizliyini-tehdid-edir-460354533.html
Rusiyanın nüvə yanacağından asılılığı ABŞ-ın milli təhlükəsizliyini təhdid edir?
Rusiyanın nüvə yanacağından asılılığı ABŞ-ın milli təhlükəsizliyini təhdid edir?
Sputnik Azərbaycan
ABŞ-ın energetika nazirinin köməkçisi olan Haffın sözlərinə görə, ABŞ reaktorlarının istifadə etdiyi yanacağın, təxminən 20%-nin Rusiya təchizatçıları ilə... 07.11.2023, Sputnik Azərbaycan
2023-11-07T17:14+0400
2023-11-07T17:14+0400
2023-11-07T17:14+0400
nüvə
dünya xəbərləri
rusiya
yanacaq
asılılıq
abş
energetika nazirliyi
plan
https://cdnn1.img.sputnik.az/img/42140/94/421409477_0:160:3072:1888_1920x0_80_0_0_7ab9ee68c709c1c78059e42001eae76b.jpg
BAKI, 7 noyabr — Sputnik. ABŞ-ın Rusiya nüvə yanacağından asılılığı ciddi narahatlıq doğurur və ölkənin milli təhlükəsizliyi üçün kritik təhdid yaradır. Bunu ABŞ Energetika Nazirliyinin ABŞ Nüvə Enerjisi İdarəsinin rəhbəri Ketrin Haff deyib. "Bizim nüvə enerjisi üzrə, xüsusən də Rusiyadan asılılığımızdan qurtulmağımız həqiqətən vacibdir... Fəaliyyət olmadan Rusiya bu bazarı saxlamağa davam edəcək... bu, milli təhlükəsizlik, iqlim və enerji müstəqilliyimiz üçün həqiqətən vacibdir", - deyə Haff Bu barədə "Financial Times" qəzetinə müsahibəsində bildirib. ABŞ-ın energetika nazirinin köməkçisi olan Haffın sözlərinə görə, ABŞ reaktorlarının istifadə etdiyi yanacağın, təxminən 20%-nin Rusiya təchizatçıları ilə müqavilə əsasında gəlməsi "ciddi narahatlıq doğurur". O, Rusiyanın dünyanın nüvə zənginləşdirmə potensialının, təxminən 50%-nə nəzarət etdiyini və illərdir "ucuz zənginləşdirilmiş uran məhsullarını dünya bazarlarına atmaqla" ABŞ-ın nüvə təchizat zəncirini sarsıtmaq üçün uğurla çalışdığını etiraf edib. ABŞ energetika nazirinin köməkçisinin sözlərinə görə, ABŞ Prezidenti Co Baydenin administrasiyası ABŞ şirkətlərini uranın zənginləşdirilməsi və konversiya imkanlarının artırılmasına həvəsləndirmək strategiyasını dəstəkləmək məqsədi ilə Konqresdən 2,16 milyard dollar istəyib. Haffın fikrincə, bu plan ABŞ Energetika Nazirliyini nüvə reaktorlarının genişlənən gələcək parkı üçün adekvat yanacaq tədarükünü təmin etməkdəm ötrü şirkətlər üçün son instansiyanın uzunmüddətli alıcısı edəcək. Bununla belə, o əlavə edib ki, bu hökumət investisiyalarının uğuru Rusiyanın nüvə məhsulları və xidmətlərinə uzunmüddətli məhdudiyyətlərin tətbiqindən asılı olacaq. "Biz keçmişdə görmüşük ki, ucuz Rusiya zənginləşdirilmiş uran məhsullarının tullantıları tarixən bizim yanacaq dövriyyəmizə ciddi ziyan vurub və bizi bugünkü vəziyyətə gətirib çıxarıb", - nəşr Haffın sözlərindən sitat gətirib. Əlavə olaraq, o bildirib ki, ABŞ 2050-ci ilə qədər iqlim hədəflərinə çatmaq üçün növbəti iki-üç il ərzində 5-dən 10-a qədər yeni reaktor müqaviləsi imzalamalıdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42140/94/421409477_171:0:2902:2048_1920x0_80_0_0_c16e9b2d55e10070af2b4147960d62eb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
nüvə, rusiya, yanacaq, asılılıq, abş, energetika nazirliyi, plan
nüvə, rusiya, yanacaq, asılılıq, abş, energetika nazirliyi, plan
Rusiyanın nüvə yanacağından asılılığı ABŞ-ın milli təhlükəsizliyini təhdid edir?
ABŞ-ın energetika nazirinin köməkçisi olan Haffın sözlərinə görə, ABŞ reaktorlarının istifadə etdiyi yanacağın, təxminən 20%-nin Rusiya təchizatçıları ilə müqavilə əsasında gəlməsi "ciddi narahatlıq doğurur".
BAKI, 7 noyabr — Sputnik. ABŞ-ın Rusiya nüvə yanacağından asılılığı ciddi narahatlıq doğurur və ölkənin milli təhlükəsizliyi üçün kritik təhdid yaradır.
Bunu ABŞ Energetika Nazirliyinin ABŞ Nüvə Enerjisi İdarəsinin rəhbəri Ketrin Haff deyib.
"Bizim nüvə enerjisi üzrə, xüsusən də Rusiyadan asılılığımızdan qurtulmağımız həqiqətən vacibdir... Fəaliyyət olmadan Rusiya bu bazarı saxlamağa davam edəcək... bu, milli təhlükəsizlik, iqlim və enerji müstəqilliyimiz üçün həqiqətən vacibdir", - deyə Haff Bu barədə "Financial Times" qəzetinə müsahibəsində bildirib.
ABŞ-ın energetika nazirinin köməkçisi olan Haffın sözlərinə görə, ABŞ reaktorlarının istifadə etdiyi yanacağın, təxminən 20%-nin Rusiya təchizatçıları ilə müqavilə əsasında gəlməsi "ciddi narahatlıq doğurur".
O, Rusiyanın dünyanın nüvə zənginləşdirmə potensialının, təxminən 50%-nə nəzarət etdiyini və illərdir "ucuz zənginləşdirilmiş uran məhsullarını dünya bazarlarına atmaqla" ABŞ-ın nüvə təchizat zəncirini sarsıtmaq üçün uğurla çalışdığını etiraf edib.
ABŞ energetika nazirinin köməkçisinin sözlərinə görə, ABŞ Prezidenti Co Baydenin administrasiyası ABŞ şirkətlərini uranın zənginləşdirilməsi və konversiya imkanlarının artırılmasına həvəsləndirmək strategiyasını dəstəkləmək məqsədi ilə Konqresdən 2,16 milyard dollar istəyib.
Haffın fikrincə, bu plan ABŞ Energetika Nazirliyini nüvə reaktorlarının genişlənən gələcək parkı üçün adekvat yanacaq tədarükünü təmin etməkdəm ötrü şirkətlər üçün son instansiyanın uzunmüddətli alıcısı edəcək.
Bununla belə, o əlavə edib ki, bu hökumət investisiyalarının uğuru Rusiyanın nüvə məhsulları və xidmətlərinə uzunmüddətli məhdudiyyətlərin tətbiqindən asılı olacaq.
"Biz keçmişdə görmüşük ki, ucuz Rusiya zənginləşdirilmiş uran məhsullarının tullantıları tarixən bizim yanacaq dövriyyəmizə ciddi ziyan vurub və bizi bugünkü vəziyyətə gətirib çıxarıb", - nəşr Haffın sözlərindən sitat gətirib.
Əlavə olaraq, o bildirib ki, ABŞ 2050-ci ilə qədər iqlim hədəflərinə çatmaq üçün növbəti iki-üç il ərzində 5-dən 10-a qədər yeni reaktor müqaviləsi imzalamalıdır.