https://sputnik.az/20231107/qezzaya-nuve-bombasi-atilmasi-ile-bagli-sozler-qebuledilmezdir---bee-xn-460301347.html
Qəzzaya nüvə bombası atılması ilə bağlı sözlər qəbuledilməzdir - BƏƏ XİN
Qəzzaya nüvə bombası atılması ilə bağlı sözlər qəbuledilməzdir - BƏƏ XİN
Sputnik Azərbaycan
Bundan əvvəl israilli nazirin sözləri Ərəb Dövlətləri Liqası, eləcə də bir sıra ərəb və qeyri-ərəb ölkələri tərəfindən pislənib. 07.11.2023, Sputnik Azərbaycan
2023-11-07T01:19+0400
2023-11-07T01:19+0400
2023-11-07T01:19+0400
qəzza
dünya xəbərləri
rusiya xin
rusiya xarici işlər nazirliyi
fələstin
israil
ərəb dövlətləri liqası
bəə
xin
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/0b/459500231_0:161:3070:1888_1920x0_80_0_0_7485a3cc30a4fb9fbe08bc12579ee5bd.jpg
BAKI, 7 noyabr — Sputnik. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İsrailin Qüds və İrs məsələləri üzrə naziri Amixay Eliyahunun Qəzza zolağında nüvə silahından istifadə ehtimalı ilə bağlı sözlərini qəbuledilməz adlandırıb. "BƏƏ İsrailin irs naziri Amixay Eliyahunun Qəzza zolağına nüvə bombası atmaq istəməsi ilə bağlı rüsvayçı və qəbuledilməz bəyanatlarını qətiyyətlə pisləyir. Bu cür bəyanatlar beynəlxalq hüququ pozur və müharibə cinayətlərinin və törədilməsinə təhrik edir və onlar həmçinin ciddi narahatlıq doğurur", - nazirlik qeyd edib. Bundan əvvəl israilli nazirin sözləri Ərəb Dövlətləri Liqası, eləcə də bir sıra ərəb və qeyri-ərəb ölkələri tərəfindən pislənib. Venesuela onun bəyanatı ilə bağlı BMT iclasının çağırılmasını tələb edib. Fələstinin HƏMAS hərəkatının hərbi qanadının elan etdiyi "Əl-Əqsa tufanı" əməliyyatı çərçivəsində oktyabrın 7-də İsrail Qəzza zolağından görünməmiş miqyaslı raket hücumuna məruz qalıb. Bundan sonra təşkilatın döyüşçüləri İsrailin cənubundakı sərhəd bölgələrinə daxil olub, burada həm hərbçilərə, həm də mülki şəxslərə atəş açıb, həmçinin 200-dən çox insanı girov götürüb. İsrail yerli hakimiyyət orqanlarının məlumatına görə, 1,4 mindən çox insan, o cümlədən 300 hərbçi həlak olub, 5 mindən çoxu yaralanıb. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı "Dəmir Qılınclar" əməliyyatına başlayıb. Bir neçə gün ərzində İsrail hərbçiləri Qəzza ilə sərhədə yaxın bütün əraziləri nəzarətə götürüb və hədəflərə, o cümlədən mülki şəxslərə hava zərbələri endirməyə başlayıb. Qəzza zolağında qurbanların sayı 9,7 min nəfəri keçib, 24,8 mindən çoxu yaralanıb. Rusiya səfirliyi münaqişənin kəskinləşməsi zamanı 20 rusiyalının öldürüldüyünü, ikisinin girov götürüldüyünü, yeddi nəfərin itkin düşdüyünü bildirib. Müxtəlif mənbələrə görə, təxminən 150 israilli HƏMAS-ın əsirliyində ola bilər. Hərəkat özü bildirib ki, Qəzza zolağında təxminən 200-250 məhbus var. Rusiya Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb. Rusiya prezidenti Vladimir Putinin fikrincə, Yaxın Şərq böhranının həlli yalnız BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilmiş və Fələstin daxilində müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan "iki dövlət" formuluna əsasən mümkündür. Tərəflərin ərazi maraqları ilə bağlı Fələstin-İsrail münaqişəsi uzun onilliklər ərzində regionda gərginlik və döyüş mənbəyi olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/0b/459500231_170:0:2901:2048_1920x0_80_0_0_032c8a79e83315ce0c9e88ff631f3c97.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
qəzza, rusiya xin, rusiya xarici işlər nazirliyi, fələstin, israil, ərəb dövlətləri liqası, bəə, xin
qəzza, rusiya xin, rusiya xarici işlər nazirliyi, fələstin, israil, ərəb dövlətləri liqası, bəə, xin
Qəzzaya nüvə bombası atılması ilə bağlı sözlər qəbuledilməzdir - BƏƏ XİN
Bundan əvvəl israilli nazirin sözləri Ərəb Dövlətləri Liqası, eləcə də bir sıra ərəb və qeyri-ərəb ölkələri tərəfindən pislənib.
BAKI, 7 noyabr — Sputnik. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İsrailin Qüds və İrs məsələləri üzrə naziri Amixay Eliyahunun Qəzza zolağında nüvə silahından istifadə ehtimalı ilə bağlı sözlərini qəbuledilməz adlandırıb.
"BƏƏ İsrailin irs naziri Amixay Eliyahunun Qəzza zolağına nüvə bombası atmaq istəməsi ilə bağlı rüsvayçı və qəbuledilməz bəyanatlarını qətiyyətlə pisləyir. Bu cür bəyanatlar beynəlxalq hüququ pozur və müharibə cinayətlərinin və törədilməsinə təhrik edir və onlar həmçinin ciddi narahatlıq doğurur", - nazirlik qeyd edib.
Bundan əvvəl israilli nazirin sözləri Ərəb Dövlətləri Liqası, eləcə də bir sıra ərəb və qeyri-ərəb ölkələri tərəfindən pislənib. Venesuela onun bəyanatı ilə bağlı BMT iclasının çağırılmasını tələb edib.
Fələstinin HƏMAS hərəkatının hərbi qanadının elan etdiyi "Əl-Əqsa tufanı" əməliyyatı çərçivəsində oktyabrın 7-də İsrail Qəzza zolağından görünməmiş miqyaslı raket hücumuna məruz qalıb. Bundan sonra təşkilatın döyüşçüləri İsrailin cənubundakı sərhəd bölgələrinə daxil olub, burada həm hərbçilərə, həm də mülki şəxslərə atəş açıb, həmçinin 200-dən çox insanı girov götürüb. İsrail yerli hakimiyyət orqanlarının məlumatına görə, 1,4 mindən çox insan, o cümlədən 300 hərbçi həlak olub, 5 mindən çoxu yaralanıb.
Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı "Dəmir Qılınclar" əməliyyatına başlayıb. Bir neçə gün ərzində İsrail hərbçiləri Qəzza ilə sərhədə yaxın bütün əraziləri nəzarətə götürüb və hədəflərə, o cümlədən mülki şəxslərə hava zərbələri endirməyə başlayıb.
Qəzza zolağında qurbanların sayı 9,7 min nəfəri keçib, 24,8 mindən çoxu yaralanıb. Rusiya səfirliyi münaqişənin kəskinləşməsi zamanı 20 rusiyalının öldürüldüyünü, ikisinin girov götürüldüyünü, yeddi nəfərin itkin düşdüyünü bildirib. Müxtəlif mənbələrə görə, təxminən 150 israilli HƏMAS-ın əsirliyində ola bilər. Hərəkat özü bildirib ki, Qəzza zolağında təxminən 200-250 məhbus var.
Rusiya Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb. Rusiya prezidenti Vladimir Putinin fikrincə, Yaxın Şərq böhranının həlli yalnız BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilmiş və Fələstin daxilində müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan "iki dövlət" formuluna əsasən mümkündür.
Tərəflərin ərazi maraqları ilə bağlı Fələstin-İsrail münaqişəsi uzun onilliklər ərzində regionda gərginlik və döyüş mənbəyi olub.