https://sputnik.az/20231107/qazaxistan-a-de-gomruk-rusumlarina-yanasmanin-yeniden-nezerden-kecirilmesinde-israrlidir-460368120.html
Qazaxıstan Aİİ-də gömrük rüsumlarına yanaşmanın yenidən nəzərdən keçirilməsində israrlıdır
Qazaxıstan Aİİ-də gömrük rüsumlarına yanaşmanın yenidən nəzərdən keçirilməsində israrlıdır
Sputnik Azərbaycan
Bir sıra sənədlərə dəyişiklik etmək üçün iş aparmaq lazımdır. Bu baxımdan Qazaxıstan bu məsələ ilə bağlı müsbət qərarın qəbulu üçün fəal işləyir. 07.11.2023, Sputnik Azərbaycan
2023-11-07T17:32+0400
2023-11-07T17:32+0400
2023-11-07T17:32+0400
astana
iqtisadiyyat
avrasiya iqtisadi ittifaqı
aii
qazaxıstan
qazaxıstan respublikası
gömrük
gömrük rüsumu
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1c/452216742_0:209:2897:1839_1920x0_80_0_0_33ade530f7e1e73c282d34ba22a78e2e.jpg
BAKI, 7 noyabr — Sputnik. Qazaxıstan Avrasiya İqtisadi İttifaqına (Aİİ) gömrük rüsumlarında fərqin əlavə ödənilməsi imkanını təqdim etməyi təklif edir. Qazaxıstanın "LS" nəşri bu barədə xəbər verib. Belə ki, məlumatlara görə, Qazaxıstanın Ümumdünya Ticarət Təşkilatındakı (ÜTT) öhdəlikləri ilə əlaqədar olaraq, ölkəyə müəyyən növ malların idxalı zamanı Aİİ-nin Vahid Gömrük Tarifində müəyyən edilmiş idxal rüsumlarından daha aşağı dərəcələri ödəmək mümkündür. Bu halda, məhsullar şərti olaraq buraxılır və Aİİ-nin digər üzv dövlətlərinin ərazisinə daşınmır. Eyni zamanda, Aİİ-nin Vahid Gömrük Tarifi dərəcələri ilə rüsum ödənilməklə Qazaxıstana gətirilən mallar ittifaq məhsulu statusu alır. Onların digər üzv dövlətlərin ərazisinə daşınması elektron qaimə-fakturanın surəti, habelə Avrasiya Hökumətlərarası Şurasının qərarı ilə nəzərdə tutulmuş digər sənədlər olduqda həyata keçirilir. Lakin hazırda idxal rüsumlarında fərqin əlavə ödənilməsi imkanı yoxdur. Bununla belə, xarici iqtisadi fəaliyyət iştirakçıları mal idxal edərkən Aİİ-nin Vahid Gömrük tarifləri ilə ödəniş etmək imkanına malikdirlər. "Gömrük rüsumlarında fərqin əlavə ödənilməsi mümkünlüyü məsələsi Aİİ çərçivəsində dəfələrlə nəzərdən keçirilib, lakin bu gün konsensus əldə olunmayıb. Danışıqlar davam edir", - deyə Qazaxıstan Ticarət Nazirliyi izah edib. Bundan əlavə, Qazaxıstan Respublikasının dövlət qurumunun məlumatına görə, bir sıra sənədlərə dəyişikliklərin edilməsi üçün iş görülməlidir. Bu baxımdan Qazaxıstan bu məsələ ilə bağlı müsbət qərarın qəbulu üçün fəal işləyir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1c/452216742_83:0:2814:2048_1920x0_80_0_0_68c7b8c5ddd9ed8da5cfd7821971a675.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
astana, avrasiya iqtisadi ittifaqı, aii, qazaxıstan, qazaxıstan respublikası, gömrük, gömrük rüsumu
astana, avrasiya iqtisadi ittifaqı, aii, qazaxıstan, qazaxıstan respublikası, gömrük, gömrük rüsumu
Qazaxıstan Aİİ-də gömrük rüsumlarına yanaşmanın yenidən nəzərdən keçirilməsində israrlıdır
Bir sıra sənədlərə dəyişiklik etmək üçün iş aparmaq lazımdır. Bu baxımdan Qazaxıstan bu məsələ ilə bağlı müsbət qərarın qəbulu üçün fəal işləyir.
BAKI, 7 noyabr — Sputnik. Qazaxıstan Avrasiya İqtisadi İttifaqına (Aİİ) gömrük rüsumlarında fərqin əlavə ödənilməsi imkanını təqdim etməyi təklif edir.
Qazaxıstanın "LS" nəşri bu barədə xəbər verib.
Belə ki, məlumatlara görə, Qazaxıstanın Ümumdünya Ticarət Təşkilatındakı (ÜTT) öhdəlikləri ilə əlaqədar olaraq, ölkəyə müəyyən növ malların idxalı zamanı Aİİ-nin Vahid Gömrük Tarifində müəyyən edilmiş idxal rüsumlarından daha aşağı dərəcələri ödəmək mümkündür. Bu halda, məhsullar şərti olaraq buraxılır və Aİİ-nin digər üzv dövlətlərinin ərazisinə daşınmır.
Eyni zamanda, Aİİ-nin Vahid Gömrük Tarifi dərəcələri ilə rüsum ödənilməklə Qazaxıstana gətirilən mallar ittifaq məhsulu statusu alır. Onların digər üzv dövlətlərin ərazisinə daşınması elektron qaimə-fakturanın surəti, habelə Avrasiya Hökumətlərarası Şurasının qərarı ilə nəzərdə tutulmuş digər sənədlər olduqda həyata keçirilir.
Lakin hazırda idxal rüsumlarında fərqin əlavə ödənilməsi imkanı yoxdur. Bununla belə, xarici iqtisadi fəaliyyət iştirakçıları mal idxal edərkən Aİİ-nin Vahid Gömrük tarifləri ilə ödəniş etmək imkanına malikdirlər.
"Gömrük rüsumlarında fərqin əlavə ödənilməsi mümkünlüyü məsələsi Aİİ çərçivəsində dəfələrlə nəzərdən keçirilib, lakin bu gün konsensus əldə olunmayıb. Danışıqlar davam edir", - deyə Qazaxıstan Ticarət Nazirliyi izah edib.
Bundan əlavə, Qazaxıstan Respublikasının dövlət qurumunun məlumatına görə, bir sıra sənədlərə dəyişikliklərin edilməsi üçün iş görülməlidir. Bu baxımdan Qazaxıstan bu məsələ ilə bağlı müsbət qərarın qəbulu üçün fəal işləyir.