DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Hürriyət: Fidan dövlət katibinin ədəbsizliyinə görə Blinkeni qucaqlamaqdan imtina edib

© AFP 2024 / ADEM ALTANHakan Fidan və Entoni Blinken
Hakan Fidan və Entoni Blinken - Sputnik Azərbaycan, 1920, 07.11.2023
Abunə olmaq
Türkiyə mətbuatının müzakirə etdiyi vəziyyət noyabrın 6-da Blinkenin Türkiyəyə səfəri zamanı baş verib.
BAKI, 7 noyabr - Sputnik. Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ diplomatın göstərdiyi ədəbsizliyə görə ABŞ dövlət katibi Entoni Blinkeni qucaqlamaqdan imtina edib.
Bu barədə Rusiya mediası Türkiyənin "Hürriyet" qəzetinə istinadən xəbər verib.
Türkiyə mətbuatının müzakirə etdiyi vəziyyət noyabrın 6-da Blinkenin Türkiyəyə səfəri zamanı baş verib.
"Blinkenin maşını Xarici İşlər Nazirliyinin qapısına çatanda Hakan Fidan nazirlər dəvət olunanda olduğu kimi diplomatı qarşılamaq üçün aşağı enərək nazirliyin qapısına çıxır. Lakin Blinken isə avtomobildən düşməyərək telefonla danışmağa davam edib. Bu vəziyyəti görən Fidan dönüb binaya daxil olur", - nəşr qeyd edib.
Jurnalistlər bildirirlər ki, bundan sonra Türkiyə naziri Blinkenin "diplomatik ədəbsizliyinə" görə həmkarını qucaqlamaq cəhdini imtina edib.
"Sabah" qəzetinin bu yaxınlarda xəbər verib ki, Entoni Blinken Hakan Fidanla salamlaşarkən onu qucaqlamağa çalışsa da, nazir bir addım geri çəkilib.
Xəbər lenti
0