Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Gələn ilin qəbul imtahanına antiterror tədbirləri ilə bağlı tapşırıqlar salınacaq

© Sputnik / Murad OrujovDövlət İmtahan Mərkəzinin binası
Dövlət İmtahan Mərkəzinin binası - Sputnik Azərbaycan, 1920, 07.11.2023
Abunə olmaq
Materiallar həm də 2024-cü ildə “Abituriyent” jurnalının 2-ci sayında dərc ediləcək.
BAKI, 7 noyabr - Sputnik. 2024-cü ildə II və III ixtisas qrupları üzrə qəbul imtahanlarında tarix fənnindən 2023-cü il 19-20 sentyabrda Azərbaycan ordusunun Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirlərinə dair tapşırıqlar tərtib ediləcək.
Bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib.
Qeyd olunub ki, hazırda ümumtəhsil müəssisələrinin 11-ci siniflərində təhsil alanlar istifadədə olan dərsliklərdən antiterror tədbirlərinə dair bilgilər almayıblar. Ona görə də qəbul imtahanlarında tarix fənnindən antiterror tədbirlərinə dair istifadəsi nəzərdə tutulan tapşırıqlar bu material əsasında tərtib ediləcək.
Materiallar həm də 2024-cü ildə “Abituriyent” jurnalının 2-ci sayında dərc ediləcək.
Xəbər lenti
0