https://sputnik.az/20231107/ermenistan-isgal-altinda-olan-8-azerbaycan-kendini-tehvil-vermeyib---xn-460353868.html
Ermənistan işğal altında olan 8 Azərbaycan kəndini təhvil verməyib - XİN
Ermənistan işğal altında olan 8 Azərbaycan kəndini təhvil verməyib - XİN
Sputnik Azərbaycan
Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub ki, Ermənistan yenə də sülh sazişi istiqamətində danışıqlara maneçilik törətmək yolunu seçdi. 07.11.2023, Sputnik Azərbaycan
2023-11-07T14:30+0400
2023-11-07T14:30+0400
2023-11-07T14:40+0400
xin
azərbaycan xəbərləri
bəyanat
azərbaycan xin
ermənistan
zəfər günü
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/15/434460057_0:103:2000:1228_1920x0_80_0_0_a22d00af88b4771f10ced136930dfe05.jpg
BAKI, 7 noyabr — Sputnik. Müharibənin və münaqişənin bitməsindən dərhal sonra sülh təşəbbüsü ilə çıxış edən Azərbaycan öhdəliklərinə sadiq qalaraq iki ölkə arasında münasibətlərin normallaşması və sülh prosesini aktiv təşviq etməyə, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri, habelə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin cəmiyyətimizə reinteqrasiyası istiqamətində tədbirlər görməyə başladı. Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 8 Noyabr – Zəfər Günü münasibətilə bəyanatında qeyd olunub. "Buna baxmayaraq, Ermənistan yenə də sülh sazişi istiqamətində danışıqlara maneçilik törətmək, hərbi-siyasi təxribatları və mina təhdidini davam edərək sülh prosesini, vətəndaşlarımızın həyatını, regiondakı bərpa və yenidənqurma işlərini təhdid altına almaqda davam etmək yolunu seçdi. Ermənistan tərəfi bununla yanaşı, öhdəliklərinə zidd olaraq, bölgədə sülh və təhlükəsizliyə əsas təhdid mənbəyi olan erməni silahlı qüvvələrini nəinki Azərbaycan ərazilərindən çıxarmadı, onlara maddi və maliyyə dəstəyini davam etdirdi, Azərbaycan ərazilərinə qanunsuz olaraq silah, hərbi texnika və mina ötürülməsi fəaliyyətindən əl çəkmədi. Ermənistan həmçinin hələ də işğal altında olan 8 Azərbaycan kəndini Azərbaycana təhvil vermədi", - bəyanatda vurğulanıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/15/434460057_114:0:1887:1330_1920x0_80_0_0_10f281a9cec269cfe876728b06a9584f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xin, bəyanat, azərbaycan xin, ermənistan, zəfər günü
xin, bəyanat, azərbaycan xin, ermənistan, zəfər günü
Ermənistan işğal altında olan 8 Azərbaycan kəndini təhvil verməyib - XİN
14:30 07.11.2023 (Yenilənib: 14:40 07.11.2023) Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub ki, Ermənistan yenə də sülh sazişi istiqamətində danışıqlara maneçilik törətmək yolunu seçdi.
BAKI, 7 noyabr — Sputnik. Müharibənin və münaqişənin bitməsindən dərhal sonra sülh təşəbbüsü ilə çıxış edən Azərbaycan öhdəliklərinə sadiq qalaraq iki ölkə arasında münasibətlərin normallaşması və sülh prosesini aktiv təşviq etməyə, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri, habelə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin cəmiyyətimizə reinteqrasiyası istiqamətində tədbirlər görməyə başladı.
Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 8 Noyabr – Zəfər Günü münasibətilə bəyanatında qeyd olunub.
"Buna baxmayaraq, Ermənistan yenə də sülh sazişi istiqamətində danışıqlara maneçilik törətmək, hərbi-siyasi təxribatları və mina təhdidini davam edərək sülh prosesini, vətəndaşlarımızın həyatını, regiondakı bərpa və yenidənqurma işlərini təhdid altına almaqda davam etmək yolunu seçdi. Ermənistan tərəfi bununla yanaşı, öhdəliklərinə zidd olaraq, bölgədə sülh və təhlükəsizliyə əsas təhdid mənbəyi olan erməni silahlı qüvvələrini nəinki Azərbaycan ərazilərindən çıxarmadı, onlara maddi və maliyyə dəstəyini davam etdirdi, Azərbaycan ərazilərinə qanunsuz olaraq silah, hərbi texnika və mina ötürülməsi fəaliyyətindən əl çəkmədi. Ermənistan həmçinin hələ də işğal altında olan 8 Azərbaycan kəndini Azərbaycana təhvil vermədi", - bəyanatda vurğulanıb.