https://sputnik.az/20231107/bu-taksi-suruculeri-buraxilis-karti-ala-bilmeyecekler---nazirlik-460331085.html
Bu taksi sürücüləri buraxılış kartı ala bilməyəcəklər - Nazirlik
Bu taksi sürücüləri buraxılış kartı ala bilməyəcəklər - Nazirlik
Sputnik Azərbaycan
"Avtomobil nəqliyyatı haqqında" Qanuna əsasən, taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını... 07.11.2023, Sputnik Azərbaycan
2023-11-07T11:28+0400
2023-11-07T11:28+0400
2023-11-07T11:29+0400
taksi
cəmiyyət
ayna
yerüstü nəqliyyat agentliyi
sürücü
sürücülər
taksi sürücüsü
https://cdnn1.img.sputnik.az/img/07e7/09/17/458893805_0:236:3222:2048_1920x0_80_0_0_e1fa9d3fb1aa9d4b044a2cbe911a3ca3.jpg
BAKI, 7 noyabr — Sputnik. Nazirlər Kabinetinin 4 sentyabr 2023-cü il tarixli Sərəncamı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələbləri, həmçinin sürücü barədə məlumatların siyahısı ilə bağlı təklifləri 4 ay müddətində Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb. Bu barədə Sputnik Azərbaycan-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir. Məlumata görə təsdiq olunacaq texniki göstəricilərə, daxili və xarici tərtibata dair tələblərə cavab verən taksi nəqliyyat vasitələrinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən müvafiq icazə veriləcək. "Avtomobil nəqliyyatı haqqında" Qanuna əsasən, taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Belə ki, xüsusi hazırlıq keçməsini təsdiq edən sənədi olmayan sürücülər buraxılış vəsiqəsi və buraxılış kartının alınması üçün müraciət edə bilməyəcək və onların taksi fəaliyyəti göstərməsi mümkün olmayacaq. Sürücülər təlimlərdə iştirak etmək üçün AYNA-nın Təlim-Tədris Mərkəzinə (ünvan: Bakı şəhəri, Ziya Bünyadov prospekti, 39C) və Peşə Təhsili üzrə Dövlət Agentliyinin müəyyən etdiyi peşə məktəblərinə müraciət edə bilərlər. Qeyd edək ki, bu günədək 11 min 845 nəfər təlimlərdə iştirak etmək üçün müraciət edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/17/458893805_67:0:2798:2048_1920x0_80_0_0_2bbed7ec072360d9e042d36d46bed737.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
taksi, ayna, yerüstü nəqliyyat agentliyi, sürücü, sürücülər, taksi sürücüsü
taksi, ayna, yerüstü nəqliyyat agentliyi, sürücü, sürücülər, taksi sürücüsü
Bu taksi sürücüləri buraxılış kartı ala bilməyəcəklər - Nazirlik
11:28 07.11.2023 (Yenilənib: 11:29 07.11.2023) "Avtomobil nəqliyyatı haqqında" Qanuna əsasən, taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər.
BAKI, 7 noyabr — Sputnik. Nazirlər Kabinetinin 4 sentyabr 2023-cü il tarixli Sərəncamı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələbləri, həmçinin sürücü barədə məlumatların siyahısı ilə bağlı təklifləri 4 ay müddətində Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.
Bu barədə Sputnik Azərbaycan-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə təsdiq olunacaq texniki göstəricilərə, daxili və xarici tərtibata dair tələblərə cavab verən taksi nəqliyyat vasitələrinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən müvafiq icazə veriləcək.
"Avtomobil nəqliyyatı haqqında" Qanuna əsasən, taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər.
Belə ki, xüsusi hazırlıq keçməsini təsdiq edən sənədi olmayan sürücülər buraxılış vəsiqəsi və buraxılış kartının alınması üçün müraciət edə bilməyəcək və onların taksi fəaliyyəti göstərməsi mümkün olmayacaq.
Sürücülər təlimlərdə iştirak etmək üçün AYNA-nın Təlim-Tədris Mərkəzinə (ünvan: Bakı şəhəri, Ziya Bünyadov prospekti, 39C) və Peşə Təhsili üzrə Dövlət Agentliyinin müəyyən etdiyi peşə məktəblərinə müraciət edə bilərlər.
Qeyd edək ki, bu günədək 11 min 845 nəfər təlimlərdə iştirak etmək üçün müraciət edib.